GENCE HADİSELERİNE İÇERİDEN BAKIŞ! (2)

26.06.2018 10:41

1.350 Kişi Okumuş

0 Yorum

GENCE HADİSELERİNE İÇERİDEN BAKIŞ! (2)

Ezizağa Süleymanov
Emekli Albay

Ölkə daxilində siyasi , cəbhə xəttində hərbi vəziyyət gün-gündən pisləşirdi.
1993-cü ilin fevral ayının 4-5-dən sonra ölkədə daxili siyasi vəziyyət birdən birə kəskin şəkildə dəyişməyə başlamışdı. Ölkə iqtidara müxalifətdə olan qüvvələr televiziya və mətbuat vasitəsi ilə ölkə rəhbərliyinin apardığı iqtisadi və siyasi vəziyyəti tənqid edir. Hətda İqtidarda olan hakimiyyəti istefa verməyə çağrırfılar. Müxalifət qüvvələrinin birdən birə fəallaşması ölkəyə rəhbərlik edən şəxsləri bərk qorxuya salmışdı. Müxalifət qüvvələrinin birdən birə fəallaşmasının ilk günlərində ölkə rəhbərliyi çaşqınlıqlarını o qədər üzdə büruzə verməsələr də güc nazirliklərinin rəhbərlərinə və o cümlədən ölkə prezidentinə bir başa tabe olan Milli Qvardiya komandanına verilən tapşırıqlardan bu açıq aydın hiss edilirdi. Həmin ərafədə ölkə prezidenti Əbülfəz Elçibəy Gəncə şəhərinə səfər etmişdi.
Ölkənin Müdafiə Naziri Rəhim Qazıyev 8 fevral 1993-cü il tarixində səhər saat 9 radələrində Ağdərə rayonunun mərkəzində yerləşən briqada komandiri polkovnik ( hal-hazırda Müdafiə nazirinin birinci müavini qərargah rəisi ordu general-polkovniki) Nəcməddin Sadıqovun kabinetində Gəncə, Tərtər, Ağdərə, Kəlbəcər istiqamətində yerləşən hərbi hissələrin korpus komandiri Sürət Hüseynovun iştirakı ilə bu bölgədə yerləşən tabor komandirləri də hərbi müşavirəyə dəvət olunmuşdu. Müdafiə Naziri Rəhim Qazıyevin iştirakı ilə keçirilən toplantıda Sərdar Həmidovla Sürət Hüseynova arasında mübahisə baş vermiş mübahisə bu iki şəxs arasında əlbəyaxa olmaq həddinə çatmışdı. Sərdar Həmidov ortalıqa girən Müdafiyə Naziri Rəhim Qazıyevin qəməri papağını da stolun üstündən götürüb pəncərədən çolə atmışdı. Baş verən mübahisənin böyüməsinə Nəcməddin Sadıqov imkan verməyərək mübahisə edənləri sakitləşdirə bilmişdi. Sərdar Həmidov tərəfindən təhqir olunduğunu hesab edən Sürət Hüseynov bildirmişdi ki bu hayıfı Sərdar Həmidovda qoymayacaq. Onu da bildirim ki, Sərdar Həmidov əslən Kəlbəcər rayonundan idi. Onun atasının məzarı Kəlbəcər rayonunun ərazisindəki Kolanı kəndinin kolanı qəbirəstanda idi.
Tərtər rayonunun icra başçısı vəzifəsində işləyən Tərtər rayonu özünümüdafiyə taborunun komandiri Sərdar Həmidov, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Respublikanın Daxili İşlər Naziri vəzifəsində işləyən general-mayor İsgəndər Həmidovun doğmaca böyük qardaşı idi. Müdafiə Naziri Rəhim Qazıyevin ölkə daxilində ordu quruculuğunu lazımı səviyyədə qura bilməməsi ucbatından cəbhə bölgəsində yerləşən özünümüdafiə taborlarının əksər komandirləri rayonun icra başçısı vəzifəsində olmaqla yanaşı həmi də özünümüdafi taborlarının komandiri idilər. Bu şəxslər bəzəndə briqada, korpus komandirlərinin, hətda Müdafiə Nazirinin göstəriş və tapşırıqlarına əməl etmirdilər.

Sərdar Həmidov

Arada dolaşan söz-söhbətlərə görə Sürət Hüseynov, Sərdar Həmidovla aralarında baş verən mübahisədən dərhal sonra, ona tabe olan komandirlərə göstəriş verərək tabeçiliyində olan, Rus ordusuna məxsus hərbi texnikanı və desant qüvvəsini Ağdərə və Kəlbəcər istiqamətində erməni döyüşçülərinə qarşı təmas xəttindən çıxartdırmışdı. Həmin gündən də Ağdərə-Tərtər cəbhə bölgəsində ermənilərlə təmas xəttində döyüş vəziyyəti ermənilərin xeyrinə dəyişmişdi. Bir günün içərisində bu cəbhə bölgəsində vəziyyət o həddə gəlib çatmışdır ki, Ölkə rəsmiləri yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirdilər.

Ölkə rəsmilərinin Ağdərə, Kəlbəcər cəbhə bölgəsində döyüş vəziyyətini yaxşılaşdırmaq üçün atdıqları məcburi addımlar bir nəticə verməmişdi. Ölkə daxilində cəbhə bölgəsi ilə bağlı yaranmış vəziyyətdən təşvişə düşən İqdidar rəsmilərinin çaşqınlığından məharətlə istifadə edən müxalifət qüvvələri tutarlı arqumetlərə istisna edərək, Ölkə iktidarına qarşı güclü siyasi təbliğata başlamışdılar. Müxalifətin fəallaşmasından təşvişə düşən iqtidar sahibləri məcbur olaraq Milli Qvardiyanın şəxsi heyətini həyacan siqnalı ilə ayağa qaldırmışdılar. 9 fevral 1993-cü ildə axşam üstü birdən birə Qvardiya komandanlığında çaxnaşma düşmüşdü. Dünənə qədər gizli olaraq güc nazirlərinin rəhbərinə və Milli Qvardiya komandanına ölkə rəhbərliyi tərəfindən verilən şifahi göstərişlər 10 fevral 1993-cü il tarixindən rəsmi olaraq yazlı əmr formasında verilmişdi.
Milli Qvardiya komandanı əvəzi Polkovnik-leytenant Tahir Məmmədovun şifahi əmrinə əsasən Milli Qvardiyanın alay komandiri mayor Elmar Hüseynov mənə yazılı sürətdə dövlət əhəmiyyətli obyektlərin, prezident aparatının, nazirlər kabinetinin, Milli Məclisin və respublika televiziya verilişləri şirkətinin inzibati binalarının qvardiya döyüşçüləri tərəfindən mühafizəyə götürülməsi barədə əmr hazırlamağı tapşırdı. Baxmayaraq ki, həmin vaxtlar Milli Qvardiya döyüşçülərinin ümumi sayı ştat cədvəli üzrə o qədər də çox deyildi. Milli Qvardiyanın şəxsi heyətinin bir hissəsi Qubadlı-laçın cəbhə bölgələrində erməni qəsbkarları ilə ön döyüş cəbhə xəttində yerləşdirilmişdi. Qvardiyaçılar, Qubadlı-Laçın bölgəsində Milli Ordu və yerli özünü müdafiə taborlarının döyüşçüləri ilə birlikdə erməni döyüşçülərinin hücumlarının qarşısını məharətlə alırdılar.
Milli Qvardiya komandanı əvəzi polkovnik-leytenant Tahir Məmmədovun əmrinə əsasən 10 fevral 1993-cü il tarixindən dövlət əhəmiyyətli obyektlər, Milli Qvardiyaçılar tərəfindən sutkalıq mühafizəyə götürülmüşdü. Ölkə daxilində yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq Ölkə rəhbərliyi müxalifət qüvvələrinin dövlət çevrilişinə cəhd edə biləcəklərindən çəkinirdilər. Bir tərəfdən də görülən qabaqlayıcı tədbirlərə baxmayaraq Ağdərə, Kəlbəcər istiqamətdəki döyüş bölgəsindən çox ağır xəbərlər gəlirdi. Bu bölgədə yerləşən döyüşçülərimizi ruhlandırmaq məqsədi ilə Respublikanın daxili işlər naziri İsgəndər Həmidov Tərtər, Ağdərə cəbhə xəttindən həyatını təhlükə altına ataraq xidməti maşınl ilə 5-6 nəfər mühafizəçiləri ilə birlikdə Qozlu və taxta körpünü keçərək, Kəlbəcərə getmişdi. Hər gün Kəlbəcər-Ağdərə cəbhə bölgəsinə əlavə hərbi qüvvələr cəlb olunsa da cəbhə bölgəsində bir yeni irəlləyiş yox idi. Döyüş vəziyyəti erməni döyüşçülərinin xeyrinə günbəgün dəyişirdi. Ağdərə, Kəlbəcər cəbhə xəttinə göndərilən 700 məhbusun bu günlər ərzində 600-dən çoxu ön cəbhə xəttindən çıxıb qaçmış 50-dən cox məhbus isə hücum edən erməni döyüşçülərinə mərdliklə sinə gələrək cəngavər kimi döyüşmüş, hərbi döyüş taktikasının nə olduğunu bilməyərək döyüş komandirlərinin verdikləri əmrə tabe olmadan yerləşdikləri postlardan çıxmağı özlərinə sığışdırmayıb erməni döyüşçülərinin mühasirəsinə düşüb, vətən yolunda qəhrəmancasına döyüşərək şəhid olmuşdular. (Nə qədər doğru və yalnış olduğunu tam bilməsəmdə deyilənlərə görə həmin məhbus dəstəsi səhfən Omon döyüşçüləri ilə həmin ərazidə toquşmuşlar.) Türmədən azad olunan məhbuslarla bağlı keçmiş iş yoldaşlarımda biri polkovnik Akif Rüstəmovla söhbətimdən mənə məlum olmuşdu ki, O dövürdə Məhbusların azad edilib cəbhə bölgəsinə göndərilməsi ideyası İsgəndər Həmidovla bərabər Sürət Hüseynova məxsus imiş. polkovnik Akif Rüstəmov söyləyirdi ki, həmin ərafədə məhbusların həbisxanalardan buraxılması Ölkə prezdentinə verilmiş yalnış məlumatlar əsasında baş vermişdi. Əbülfəz Elçibəy gecdə olsada başa düşmüşdür ki, Məhbusların türmədən azad edilməsinə razılıq verməsi səhfdir. Elçibəy İƏMR-i polkovnik Məmməd Zeynalovu yanına çağıraraq izahat tələb etmişdi. Bundan qorxuya düşən İƏM və Türmələrin rəisi polkovnik Zeynalov türmələrdən və islah Əmək Müəssələrindən buraxılan məhbusların geri qaytarılması yolunda müəjjən hərəkətə keçmişdi. Özünə yaxın olan və vaxtı ilə bizim hər birimizlə dostluq münasibətində səmimiliyinə güvəndiyimiz 2 saylı İslah əmək müəssisəsinin rəisi polkovnik Məmmədəli Zeynalovu yanına çağıraraq kömək etməyi xahiş etmişdi. Nəzərnizə çatdırım ki, Məmməd Zeynalovla Məmmədəli Zeynalov qohum olmasalarda ölkə prezidenti Əbülfəz Elçibəylə eyni bölgədən idilər. Bütün bunlara baxmayaraq O dövürdə İƏM-də yerlipərəslik yox idi hər kəsə xidmətinə görə qiymət verirdilər. Belə zabitlər çox idi. Onların arasındada polkovnik Akif Rüstəmov, Ağəmməd Məmmədov əslən gəncəli olan polkovnik Şamil müəllim kimi İstər müəəsə tərkibində istərsədə cəmiyyət arasında hörmətli zabitlərdə vardı. Məmmədəli müəllimdə bu üç zabiti Məmməd Zeynalova məhbusları geri döndərə bilcəklərini məsləhət görmüşdü. Məmməd müəllimin əmri ilə Polkovnik Akif Rüstəmov polkovnik Ağamməd Məmmədov, polkovnik Şamil müəllim məhbusların dalınca yevlağa göndərilmişdilər. Yevlaxda nə baş vermişdi.? Yevlaxın polis rəisi ilə Akif müəlimgil görüşəndə ondan məhbusların geri qaytarılmasına yardımçı olmasını istəyəndə Rəis Daxili İşlər nazirinin o cümlədən Məmməd zeynalovun ünvanına nalayıq söyüş söymüş, Yevlağı silahlı cinayətkarların əlinə verdiyini bildirmişdi.. Onlarda kor peşiman geri qaymışlar. İdarə rəisinin müavini polkovnik Vasif Talıbova Yevlağdakı vəziyyəti məruzə etmişlər. Bundan xəbər tutan Məmməd Zeynalov təzədən onlara Yevlaxa qayıtmaları barədə göstəriş vermiş özü də Yevlaxa gedəcəyini söyləmişdiş )Yenə Tarixçilərə ehtiyac var.


(Yəqin ki gələcəkdə tarixçilər bu barədə araşdırma aparıb, vətənin yolunda şəhid olan bu igid övladlarımızın şəxsiyətlərini müəyyən edəcəklər. Onu da deməyi özümə borc bilirəm ki, türmələrdən buraxılıb döyüş bölgəsinə göndərilən və vətən yolunda qəhrəmancasına şəhid olan igid vətən övladlarından 50 nəfərə qədərinin məzarı Tərtər rayonunun ərazisindədir. Ağdərə rayonunun ərazisindəki Atek kəndi ətrafında erməni döyüşçülərinə qarşı qəhrəmancasına döyüşən keçmiş məhbuslardan 50 nəfərinin meyiti Tərtər özünü müdafiyə taborunun döyüşçülərinin başda tabor komandirinin müavini olmaqla (ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı) Vəzir Orucovun şücayəti ilə erməni döyüşçülərinin mühasirəsindən çıxardılaraq Tərtər rayonuna gətirilmişdi.

VƏZİR ORUCOV

Tərtər Rayonunun icra hakimiyyətinin başçısı Sərdar Həmidovun şəxsi vəsaiti hesabına dəfin edilmiş. Onlara qara mərmərdən sinə və baş daşı qoyulmuşdu.)
Ağdərə, Kəlbəcər istiqamətində erməni hərbi birləşmələrinin kəskin hücumlarının qarşısını ala bilməyən Müdafiə Nazirliyinin rəhbərliyi ölkə prezidenti Əbülfəz Elçibəyə müraciyət edərək, əlavə canlı döyüş qüvvələri istəmişdi. Bu döyüş bölgəsində ən böyük təhlükə ondan ibarət idi ki, vaxtında zəruri tədbirlər görülməsə idi 4000 mindən artıq Ağdərə cəbhə bölgəsinə cəlb edilən qoşun birləşmələri erməni döyüşçülərinin mühasirəsinə düşə bilərdi. Ağdərə cəbhə bölgəsində yaranmış acınacaqlı döyüş vəziyyətindən hali olan ölkə rəhbərliyi, 13 fevral 1993-cü il tarixində səhər saat 7 iradələrində Milli Qvardiyanın şəxsi heyətini Ölkə prezidenti Əbülfəz Elçibəyin birbaşa göstərişi ilə həyəcan siqnalı ilə ayağa qaldırılmışdı. Milli Qvardiyanın şəxsi heyəti qısa bir vaxt kəsiyində Milli Qvardiyanın qərərgahı yerləşən Spartak stadionuna toplaşmışdılar. İlk dəfə olaraq Spartak stadionunda sraya düzülüb əmr gözləyən Milli Qvardiyanın şəxsi heyətinin qarşısına çıxan Milli Qvardiya komandanı əvəzi polkovnik-leytenant Tahir Məmmədov, Ağdərə-Kəlbəcər istiqamətindəki cəbhə xəttində ermənilərlə qarşı gedən döyülərdə yaranmış acnacaqlı döyüş vəziyyətini qısaca olaraq izah edib, bu vəziyyətin yaranma səbəblərini şəxsi heyətə açıqlamışdı. Tahir Məmmədov Ağdərə cəbhə bölgəsində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərin ermənilərin xeyirinə acınacaqlı vəziyyətə düşməsinin səbəbini Dağlıq Qarabağ üzrə korpus komandiri olan Sürət Hüseynovda görürdü. Sürət Hüseynov qoşuları ermənilərə qarşı döyüş xəttindən çıxartdığı üçün vətən xaini adlandırmışdı.
Tahir Məmmədov Sürət Hüseynovla bərabər adları bu vaxta qədər rəsmi olaraq çəkilməyən, Son vaxtlarda Sürət Hüseynovu dəstəkləyən bəzi müxalifət partiyaların liderlərinin ünvanına müəyyən mənfi fikirlər səsləndirdi. O Milli Qvardiyanın şəxsi heyəti qarşısındakı çıxışının sonunda ölkə prezidenti Əbülfəz Elçibəyin Milli Qvardiyanın şəxsi heyətinə inandığını və onlara böyük etimad göstərdiyini bildirirdi. Tahir Məmmədov şəxsi heyətin sırası qabağında qvardiyaçılara söyləyirdi ki, ölkə prezidenti Əbülfəz Elçibəy inanır ki, qvardiyaçılar Ağdərə istiqamətində gedən döyşlərdə Milli Ordu döyüşçüləri ilə birlikdə erməni döyüşçülərinin hücumlarının qarşısını ala biləcəklər. Bu gün biz, prezidentin Milli Qvardiyaçılara göstərdiyi etimadı döyüş bölgəsində doğrultmalıyıq. Bu dəqiqələrdə sizin sıralarınızdan 100 nəfər qvardiyaçı başda alay komandirinin müavini mayor Həsənov Əbdülkərim İbad oğlu olmaqla, Ağdərə cəbhə bölgəsinə göndəriləcək. Mən çox gözəl bilirəm, sizin çoxunuz bir-iki gündür ki, Qubadlı-Laçın cəbhə bölgəsindəki döyüş cəbhə xəttindən gəlmişsiniz. Yorğunsunuz. Lakin düzgün başa düşün. Ağdərə cəbhə bölgəsində yaranmış hərbi vəziyyət bunu tələb edir. Bununla da, Tahir Məmmədov çıxışını yekunlaşdırıb komandirlərə Ağdərə cəbhə bölgəsinə gedənlərilən qvardiyaçıları müəyyənləşdirmək üçün sərbəstlik verib, kabinetinə getmişdi.
Bu gün həyəcan siqnalı ilə qərargaha çağırılan qvardiyaçıların çoxunun döyüş bölgəsinə göndəriləcəylərindən xəbərləri yox idi. Onlar ailələrinə xəbər vermək üçün komandirlərə yaxınlaşıb icazə almaq istəyirdilər. Lakin buna vaxt yox idi. Hətta iş o yerə gəlib çatmışdır ki, döyüşə göndərilən qvardiyaçılar Ağdərə cəbhə bölgəsindəki briqadanın qərargahında silahlandırılacaqlar. Bəzi qvardiyaçılar Qvardiyadakı havadarlarının köməkliyi ilə Ağdərə cəbhə bölgəsinə getməmək üçün aradan çıxmaq istəyirdilər. Belə insanlardan biri Milli Qvardiya komandanının siyasi sahə üzrə köməkçisi vəzifəsinə təzə təyin olunmuş baş leytenant Məzahir Bağırova yaxını, saylan, onun vasitəsi ilə Milli Qvardiya sıralarına qəbul edilən, əslən Gədəbəy rayonundan olan Rzayev adlı birisi idi. Mən onun Məzahir Bağırov vasitəsi ilə aradan çıxmaq istədiyini görüb, Rzayevin aradan çıxmağına imkan verməmişdim. Bununla əlaqədar olaraq Məzahir Bağırovla mənim aramda mübahisə düşmüşdü. Bizim aramızda baş verən mübahisədən xəbərdar olan komandan əvəzi Tahir Məmmədov Qvardiyaçı Rzayevi həmin günün əmri ilə dərhal Milli Qvardiya sıralarından azad edib, Milli Qvardiya sıralarından qovlamışdı. Məzahir Bağırova isə kəskin şəkildə iradını bildirmişdi.
Allahtala mənə elə bir zehin qismət edib ki, Milli Qvardiyada xidmət edən hər bir şəxsin ad familiyasını, atasının adını əzbər bilirdim. Sıraya düzülmüş bölüklərin cərgəsindən keçəndə, kimin sırada olmamağını bir baxışla görürdüm. Ona görə də komandirlərin çoxu məndən heç nə gizlətmirdilər. Komandirlərə mənim armda çox gözəl dostluq əlaqələri var idi. Milli Qvardiya komandanı əvəzi Tahir Məmmədov da bəzi zabitlərin kimliyindən gecdə olsa xəbər tutmuşdu.
Ged-gedə qvardiyaçılar arasındakı ayrı-seçkilik aradan götürülürdü Milli Qvardiya komandanı əvəzi Tahir Məmmədov ilk Milli Qvardiya sıralarına qəbul edilən qvaryaçı zabitlərə və qvardiyaçılara daha çox inanır və güvənirdi.
13 fevral 1993-cü il tarixində saat 9 radələrində Milli Qvardiyanın Ağdərə cəbhə bölgəsinə göndərilən şəxsi heyəti başda alay komandirinin müavini mayor Həsənov Əbdülkərim İbad oğlu olmaqla qvardiyaçılar avtobuslara minərək yola düşmüşdülər. Bir ədəd piyadaların zirehli döyüş maşını, ağır yük daşıyıcısı olan maz markalı maşının aparıcı qoşqusunun üstünə qoyularaq qvardiyaçıların arxasınca Ağdərə cəbhə bölgəsinə göndərilmişdi. Mayor Abdülkərim Həsənov xidməti maşını olan nivada sürücüsü, hərbi mükəlləfiyyətli əsgər Pərzadovla bərabər qvardiyaçıları döyüş bölgəsinə aparan avtobusların önündə gedirdi.
13.02.1993 Ağdərə

Ardı var diqqətlə izləyin

İlgili Terimler :

YORUMLAR