GENCE HADİSELERİNE İÇERİDEN BAKIŞ!

21.06.2018 07:38

2.620 Kişi Okumuş

0 Yorum

GENCE HADİSELERİNE İÇERİDEN BAKIŞ!

Azerbaycan’ın yakın tarihine damga vuran GENCE HADİSELERİ veya GENCE KIYAMI olarak bilinen ve Azerbaycan halkının kaderine tesir eden o meş’um günleri, bizzat ordunun içinde yaşayan ve o tarihte YARBAY rütbesiyle görev yapan Ezizağa Süleymanov’un hatıralarını, noktasına virgülüne dokunmadan aynen Azerbaycan Türkçesiyle siz değerli okurlarımızın bilgilerine arz ediyoruz… Albay rütbesiyle emekliliğe sevkedilen Ezizağa Bey’in bu değerli anılarını 4 bölüm hâlinde yayımlayacağız. İlk bölüm bugün…
Tanyeri Haber…

 

GENCE HADİSELERİNE İÇERİDEN BAKIŞ!

Ezizağa Süleymanov
Emekli Albay

Bu gün Gəncə Hadisələri ilə bağlı müzakirələr gedir müəyyən fikirlər səslənir Günün aktuallığını nəzərə alaraq məndə iştirakçısı olduğum həqiqətləri oxuculara catdırıram Vaxtı ilədə belə paylaşmalar etmişəm solsial şəbəkələrdə
Ölkədə nə baş verirdi
Paylaşmanı ardıcılqla oxuculara təqdim edəcəm

1993-cü ilin fevral ayının 4-5-dən sonra ölkədə daxili siyasi vəziyyət birdən birə kəskin şəkildə dəyişməyə başlamışdı. Ölkə iqtidara müxalifətdə olan qüvvələr televiziya və mətbuat vasitəsi ilə ölkə rəhbərliyinin apardığı iqtisadi və siyasi vəziyyəti tənqid etməyə başlamışdılar. Müxalifət qüvvələrinin birdən birə fəallaşması ölkəyə rəhbərlik edən şəxsləri bərk qorxuya salmışdı. Müxalifət qüvvələrinin birdən birə fəallaşmasının ilk günlərində ölkə rəhbərliyi çaşqınlıqlarını o qədər üzdə büruzə verməsələr də güc nazirliklərinin rəhbərlərinə və o cümlədən ölkə prezidentinə bir başa tabe olan Milli Qvardiya komandanına verilən tapşırıqlardan bu açıq aydın hiss edilirdi.

1992-ci ilin axrlarında Dağlıq Qarabağ cəbhə bölgəsindən xoş xəbərlər gəlmirdi. Verilən məlumatlara görə Ağdərə, Kəlbəcər istiqamətindəki cəbhə xəttində erməni hərbi birləşmələrinin fəallıqları hiss olunurdu. Ölkə rəsmiləri tərəfindən, yayılması müxalifət qüvvələrinin yalanı kimi qələmə verilən söz-söhbətlər get-gedə həqiqətə çevrilirdi. Ölkə rəhbərliyini təşvişə salan əsas məsələ bu idi. Arada gəzən məlumatlara görə Gəncəbasar bölgəsində Ölkədə hakimiyyətdə olan İqtidara qarşı, siyasi və hərbi gücə malik olan bir qrum formalaşmaq üzrə idi. Üzdədə olmasa prezident aparatının dalanlarında cəbhəçilər söhbət edirdilər ki, ölkənin müdafiə naziri Rəhim Qazıyev cəbhə hakimiyyətinə qarşıdır. Cəbhə bölgəsində baş verən uğursuzluqların bütün günahlarını müdafiə Naziri Rəhim Qazıyevdə görürdülər. Müdafiə Naziri Rəhim Qazıyevlə Gəncə şəhərində yerləşən hərbi korpusun komandiri Sürət Hüseynovun hakimiyyəti ələ almaq niyətlərində olduqlarını xüsusi vuruqlayırdılar. Daxili İşlər Nazirliyinin tərkibində olan Daxili Qoşunların komandanı Fəhmin Hacıyevin Müdafiə Naziri Rəhm Qazıyevə qarşı olam mənfi münasibəti Daxili İşlər Naziri İsgəndər Həmidovla Rəhim Qazıyev münasibətinin korlanmasına təsir etmişdi. Üstəik Cəbhə bölgəsinin qaynar nöqtəsi olan Tərtər taborunun komandiri, Tərtər rayonunun icra hakimiyyətinin başçısı, Daxili İşlər naziri İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovla korpus komandiri Sürət Hüseynovun arasında da soyuq münasibət yaranmışdı. İşin tərsliyindən Ölkə iqtidarına qarşı müxalifət mövqeyi tutan bu siyasi və hərbi qruma Kəlbəcər, Ağdərə, Tərtər, Goranboy istiqamətindəki hərbi birləşmələrinin korpus komandanı təyin edilmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layıq görülmüş Sürət Hüseynov rəhbərlik edirdi. Qarabağ cəbhə bölgəsində döyüşən hərbiçilər arasında Sürət Hüseynovun nüfuzu böyük idi. Ölkə rəhbərliyi ölkə daxilində yaranan siyasi vəziyyəti sabitləşdirmək niyəti ilə Sürət Hüseynovun döyüş bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirərək Sürət Hüseynova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı vermişdi. Kəlbəcər, Ağdərə, Tərtər, Goranboy istiqamətindəki döyüş briqadalarının korpus komandiri (Sürət Hüseynovla Ölkə rəhbərliyi araında baş verən anlaşılmamazlıq siyasi xarakter daşıdığına görə bu temaya toxunmuram. Dərindən araşdırılmasını siyasətçilərin və tarxçilərin öhdəsinə buraxıram.) Sürət Hüseynov cəbhə bölgəsində yaranmış bəzi çatışmamazlıqlara görə ölkə rəhbərliyinə kəsgin narzılıq bildirmişdi. Deyilənlərə görə Sürət Hüseynovla Respublikanın baş Naziri Pənah Hüseynli arasında ziddiyətli maaliyə məsələsi ilə bağlı mübahisə ortalığa çıxmışdı. Heç kimə sir deyildi ki, Respublikanın Müdafiə Naziri Rəhim Qazıyevlə Rusya Fedarasiyasının Müdafiə Naziri Pavel Qraçovla olan yaxınlığı korpus komandiri Sürət Hüseynovun o dövürdə hərbi bazası və canlı qüvvəsinin bir hissəsi Gəncə şəhərində yerləşən Rus ordusunun Xüsusi təyinatlı desant diviziyasının komandiri General Şerbakla möhkəm dostluq əlaqəsinin yaranmasına səbəb olmuşdu. Sürət Hüseynov Gəncədə yerləşən rus ordusunun diviziya komandiri General Şerbakla olan yaxın dostluq əlaqəsindən istifadə edərək Rus ordusunun hələlik tabeçiliyində olan, hərbi zirehli texnikalardan və hərbi texnikaları idarə edən canlı hərbi qüvvəsindən müəyyən pul ödənişi müqabilində cəbhə bölgəsində gedən döyülərdə erməni hərbi birləşmələrinə qarşı məharətlə istifadə edirdi. Belə səbəblər ucbatından ortada yaranmış maalyə vəsaitinin çatışmamazlığı nəticədə ölkə rəhbərlyi ilə korpus komandiri arasında müəyyən anlaşmamazlığın yaranması ziddiyətli şaiələrin yayılma mənbəyi idi. Korpus komandiri Sürət Hüseynov ölkə rəhbərliyindən həmin pulun dövlət tərəfindən ödənilməsini tələb edirdi. Ölkə rəhbərliyi isə bu məsələyə başqacür yanaşırdı. Dağlıq Qarabağ üzrə korpus komandiri Sürət Hüseynovla ölkə rəhbərliyi arasında yaranan narazlığın deyilənlərə görə başqa bir sənəbi Müdafə Naziri Rəhim Qazıyevi müdafiə etməsi idi. Milli Təhlükəsizlik nazirliyini ölkə prezidenti Əbülfəz Elçibəyə verdiyi məxvi məlumata əsasən Müdafiə Naziri Rəhim Qazıyevlə Rusya Fedarasiyasının Müdafiə Naziri Pavel Qraçovla siasi hakimiyyətə qarşı məxvi danışıq testinin ortada olduğu söylənilirdi. Onu da nəzərinizə çatdırım ki, Bütün bu deyilənlər məxvi adlandırılsa da o dövürdə heç bir məxviçilikdən söhbət gedə bilməzdi. Hakimiyyətdə olan XC-si üzvülərinin sürücüləri dövlət rəhbərliyində məxvi sənədin müzakirəsi aparılmamış öz aralarında sürücüləri olduğu vəzifə sahiblərindən eşitdikləri belə söbətləri müzakirə edirdilər. Yəni bizlərədə belə məslələr barəsind gedən söhbətləri bu kataqoriyalı insanlar söyləyirdi. 4-5 gündən sonrada his edirdin ki, eşitdiyin söz-söhbətlərlə bağlı rəhbərlikdə dolaşıq fikirlər ortalıqa çıxır. Bu deyilən və ortada dolaşan söz-söhbətlərin doğru-düzgün olub-olmadığını deyə bilməsəkdə Onu vuruqlayırdılar ki, Ölkə rəhbərliyindən tələb olunan müəyyən məbləğdə pulu ala bilməyən Sürət Hüseynov erməni qəsbkarlarından təmizlənən Ağdərə rayonunun Vəng kəndindəki çaxır zavodunda dəmir çənlərdə saxlanılan, miqdarı 1000 tondan çox olan çaxırı satdıraraq, pulunu muzdlu döyüşçülərə vermək qərarına gəlib. Vəng kəndindəki küllü miqdarda qiyməti olan çaxırın üstündə Sürət Hüseynovla Tərtər rayonunun icra hakimiyyəti başçısı vəzifəsində işləyən, Tərtər rayonunun özünü müdafiə taborunun komandiri Sərdar Həmidov arasında kəskin mübahisə baş vermişdi. Vəngdə olan çaxırın bölüdürülməsində Tərtər Rayonunun icra hakimiyyətinin başçısı Sərdar Həmidovun da öz marağı var idi. Cəbhə bölgəsində çox ziddiyətli vəziyyət yaranmışdı. Arada dolaşan söz-söhbətlərə görə Sürət Hüseynov, Sərdar Həmidovla aralarında baş verən mübahisədən dərhal sonra, ona tabe olan komandirlərə göstəriş verərək tabeçiliyində olan, Rus ordusuna məxsus hərbi texnikanı və desant qüvvəsini Ağdərə və Kəlbəcər istiqamətində erməni döyüşçülərinə qarşı təmas xəttindən çıxardılması barədə göstəriş vermişdi. Həmin gündən də Ağdərə-Tərtər cəbhə bölgəsində ermənilərlə təmas xəttində döyüş vəziyyəti ermənilərin xeyrinə dəyişmişdi. Bir günün içərisində bu cəbhə bölgəsində vəziyyət o həddə gəlib çatmışdır ki, Ölkə rəsmiləri yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirdilər. Ağdərə cəbhə bölgəsində Sürət Hüseynovun göstərişi ilə cəbhə bölgəsindən çıxardılan canlı qüvvəni və hərbi texnikanı əvəz edəcək nə hərbi texnika nədə canlı qüvvə var idi. Daxili İşlər Naziri İsgəndər Həmidov Qardaşı Sərdar Həmidovla korpus komandiri Sürət Hüseynov arasında yaranan narazlıqdan siyasi məqsədlər üçün istifadə edilməsin deyə Ölkə prezidentinə saqətli olduğunu göstərmək üçün Ağdərə Cəbhə bölgəsində döyüş tarazlığını bərpa etmək məqsədi ilə təklif irəli sürmüşdü. Ölkə rəsmiləri o cümlədən daxili işlər naziri İsgəndər Həmidovla həmfikir olan rəsmililər Tərtər, Ağdərə Kəlbəcər istiqamətində erməni döyüşçüləri ilə yaranan döyüş vəziyyətindən çıxış yolunu, DİN-nin tabeçiliyində olan türmə və əmək müəssisələrində cəza çəkən vətənpərvər məhbusları cəzalarını çəkmədən, cəzadan vaxtından əvvəl azad edib, təcili cəbhə bölgəsinə göndərilməsində görürdülər. Daxili İşlər Naziri İsgəndər Həmidov Ağdərə- Kəlbəcər cəbhə bölgəsində yaranmış ağır döyüş vəziyyətinin səbəblərini aradan qaldırılmasına köməklik etmək məqsədi ilə döyüş bölgəsinə gedib Briqada komandiri polkovnik Nəciməddin Sadıqovla görüşmüşdü.


Cəbhə bölgəsində yaranmış acınacaqlı döyüş vəziyyətdən təşvişə düşən ölkə rəsmiləri o cümlədən Daxili İşlər Naziri İsgəndər Həmidov belə fikirləşirdilər ki, ölkə türmələrindən və islah əmək müəssisələrindən buraxdıqıarı məhbusların hesabına ermənilərə qarşı, Ağdərə, Tərtər, Kəlbəcər cəbhə bölgələrində gedən döyüşlərin ön cəbhə xəttində tarazlıq yarada biləcəkdilər. Türmələrdən və əmək müəssisələrindən buraxılan məhbusların hesabına döyüş xəttində ermənilərə qarşı döyüş tarazlığı yaradaraq, Müdafiə Naziri Rəhim Qaıyevi hədəfə gətirmək üçün Sürət Hüseynovu siyasi və hərbi səhnədən sığışdırıb çıxarda biləcəklər. Bu fikirlə onlar Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyi inandıraraq, Əbülfəz Elçibəyi sonrakı aqibəti tam hesablanmamış bir qisim məhbsların azad olunması ücün fərman verməyə məcbur etmişdilər. Əbülfəz Elçibəyin sərəncamı ilə ölkənin islah əmək müəssisələri və türməllərindən 700 dən artıq məhbus vaxtından əvvəl cəzadan azad edilmiş və hərbi forma geydirilərək, silahlandırıb Kəlbəcər, Ağdərə, Tərtər döyüş bölgəsindəki, erməni döyüşçüləri ilə döyüş təmas xəttinə göndərilmişdi.

Prezidentin fərmanı ilə cəzadan azad edilən məhbusların siyahısında ağır cinayətlərdə təksirli bilinən qəti cinayətkarlar çoxluq təşkil edirdilər. Türmə və islah əmək müəssisələrindən ölkə prezidentinin fərmanı ilə azad edilib, silahlandırılaraq cəbhə bölgəsinə göndərilən məhbusların bir hissəsi həmin gündən başlayaraq cəbhə bölgəsinə çatan kimi ələriində silah ardan çıxmışdılar. Bir hissəsi isə Ağdərə, Kəlbəcər cəbhə bölgəsində heç bir təlim keçmədən yerli taborların tərkibinə verilib, ermənilərlə döyüş təmas xəttində yerləşdirilmişdi. Vətənini sevən keçmiş məhbuslar ermənilərə qarşı çox ağır döyüşə girərək bir-iki gün ərzində çox böyük döyüş şücayyəti göstərmişdilər.
Ölkə rəsmilərinin Ağdərə, Kəlbəcər cəbhə bölgəsində döyüş vəziyyətini yaxşılaşdırmaq üçün atdıqları məcburi addımlar bir nəticə verməmişdi. Cəbhə bölgəsinə göndərilən məhbusların bir qismi yuxarıda qeyd etdiyim kimi döyüş bölgəsindən qaçıb dağılmlş, bir qismi Gedib Sürət Hüseynovun Gəncə çəhərində yerləşən silahlı dədtəsinə qoşulmuş, Bir qismi isə bu cəbhədə ağır döyüşlərdə iştirak edərək həlak olmuşdular.( Cəbhə bölgəsində ağır döyüşlərdə həlak olan 50 keçmiş məhbusun məzarı Tərtər şəhər qəbirsanlığındadır.)
Müdafiə Naziri Rəhim Qazıyev Sürət Hüseynovun əli ilə Hakimiyyətə qarşı təziq rıçakını işə salsada bu iki qrup arasında manevir etmək imkanından da məharətlə istifadə edir, Daxili işlər naziri İsgəndər Həmidovu da öz ətrafına çəkmək istəyirdi. Müdafiə Naziri Rəhim Qazıyev Daxili İşlər naziri İsgəndər Həmidovla birlikdə cəbhə bölgəsinə gedir. Özü ilə Respublika telesudiyasının çəkliş qrupunu aparır Döyüş yerlərində müəyyən çəklişlər aparır. Orduda qorxaqlıq obrazı yaradan vidyo görüntüləri ekranda göstərdirməklə Ölkə prezdentinə bir növ siyasi mesajlar ünvanlayırdı.

Ardı var…..

İlgili Terimler :

YORUMLAR