Kadına Güç Gösterenler!..

28.07.2017 21:24

549 Kişi Okumuş

0 Yorum

Kadına Güç Gösterenler!..

Aynur İmran

Aynur_imranova@yahoo.com

Bilirsiniz Azərbaycan siyasətində qadınlar azdır. Səbəbi isə siyasətdə aktiv kişilərin öz “oyunlarında” qadınları görmək istəməməsidir. Hər partiyada 1-2 önə çəkilən qadın görə bilərsiz, qalanları arxa sıralarda çabalayır, amma səylərini qiymətləndirən yoxdur.
Amma siyasətdəki qadınlar da çox bacarıqlı, dəyanətli, dözümlüdürlər. Yəni nə qədər cinsi ayrı seçkiliyə məruz qalsalar da, əslində bəlkə də əks cinsləri onların güclü və sınmaz olduğun görüb qorxur. Belə qadınlarımızdan biri də Gözəl xanımdır…

Bu yaxınlarda Kirpi jurnalında Gözəl xanımla bağlı iyrənc və ədəb qaydalarına sığmayan bir şarj dərc olunmuşdu. Onun ailə həyatı qurmamağı ilə bağlı. Axı hökümətin qucağında oturmaq üçün çabalayanlar hardan bilsin, ailəsi, yaxınları üçün fədakarlıq edib, çalışmağı seçib öz şəxsi həyatından vaz keçmək fədakarlığı nə deməkdir?!

Gözəl xanım neçə illərdir siyasətdədir. Son illərə qədər də yuxarıda qeyd etdiyim o arxa sırada cani-könüldən mübarizə aparan, heç bir təmənnasız, ardıcıl iş ortya qoyan xanımlarımızdan. Son bir neçə ildə önə çəkildi, seçki kampanyalarında höküməti bütün əks cins təmsilçilərindən daha sərt tənqid etməkdən çəkinmədi. Söyüldü məhəl qoymadı, döyüldü geri çəkilmədi, dəfələrlə mitinqlərdə saxlanıldı qorxmadı.

Və sonunda hökümət bu xanımdan özü qorxdu, onun da, mübarizə yoldaşlarının da gözünü qorxutmaq üçün, həm də sonsuz intiqam hissini söndürmək üçün onu həbs etdi.
Əliyev rejimi ölkədə hakimiyyəti ələ keçirəndən düz 25 il keçir. Bu 25 il kiminin canını apardı, kiminin də sağlamlığını… Gözəl xanım da uzun illərdir bu təqiblərin, həbslərin ağrısını canı ilə çəkirdi. Gürcüstana müalicəyə gedib-gəlirdi. Həbsdən sonra Gözəl xanımın vəziyyəti ağırlaşıb. Vəkillərinin verdiyi məlumata görə ayaqları tutulur, hərəkət etməkdə çətinlik çəkir.
Görürsünüz, bu hakimiyyət bu xalqın pulunu mənimsəməklə qalmır, ehtiyac içində yaşatmaqdan qorxmur, hər cür qanunsuzluq eləməkdən çəkinmir, üstəlik də mübarizə aparan kişiəri bir yana qadınına, qızına da əziyyət edir, zülm verir, işgəncə çəkdirir. Başqa vaxt namusdan, qeyrətdən, milli mentalitetdən danışan “bazburutlu” məmurlar gücünü bir qadına göstərməkdən utanmır. Bunların keyfiyyəti budur və bundan qram da artıq deyil. Gözəl xanım həbsdə sağ qalacaqmı bilmirəm, amma bu Əliyev hökümətinin elədikləri tarix boyun onların nəsillərinin üstündən qara ləkə kimi silinməyəcək. Bu bir damğadır, rəzalət damğası, beləsi nə qiymətsiz qalar, nə cəzasız…

İlgili Terimler :

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz