Nimet Penahlı, Alemşah Memmedov’a şiir yazdı…

05.07.2017 19:37

650 Kişi Okumuş

0 Yorum

Nimet Penahlı, Alemşah Memmedov’a şiir yazdı…

Nimet Penahlı‘nın şiirini, kardeş gazete Xural’dan iktibas ediyoruz.

 

Milli Dövlətçilik Partiyasının sədri, “Meydan” hərəkatının liderlərindən Nemət Pənahlı “Azadlıq” batalyonunun komandiri Ələmşah Məmmədova və silahdaşlarına şeir həsr edib. Şeiri Ələmşah Məmmədovun həyat yolundan bəhs edən və Əkbər Mirzəzadənin yazdığı “Azadlıq Xalq ordusu” kitabının Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı zamanı yazan Nemət Pənahlı, onu facebook səhifəsində paylaşıb. Xural.com əfsanəvi batalyon komandiri Ələmşah Məmmədovun, silahdaşlarının və bütün Qarabağ döyüşçülərinin, şəhidlərin, qazilərin, bütün azadlıq aşiqlərinin əziz xatirəsinə ithaf olunan bu şeiri təqdim edir.

HAYDI, SON DÖYÜŞƏ QALX, VƏTƏN OĞLU!

Gəlinlər dul qalıb, körpə atasız,
Gözəllər sevdasız, ana balasız,
Mərdlərin olmayır başı bəlasız,
Gurla, ildırım tək çax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Qazilər zindanda qolları bağlı,
Analar, bacılar sinəsi dağlı,
Mən dəli-divanə, hamı ağıllı,
Saplanıb köksümə ox, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Tövbə edib qayıt Haqqın yoluna,
Görün düşmüsünüz kimin dalına?!
Qanlı qan ağlayır sənin halına,
Nə yaman gündəsən ah, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Gavurlar əlində qız-gəlin əsir,
Zalımın qılıncı məzlumu kəsir,
Qalıb dərd əlində xalq əsir-yesir,
Od vurub, yandırıb, yax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Zülmə boyun əymə, millət, danış, din!
Bəsdi əcnəbidən yardım diləndin,
Tamam əldən gedir namus, qeyrət, din,
Düşmənə aldandın çox, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Ah-nalə qəlbimi yandırıb yaxdı,
Namərdin insafı, vicdanı yoxdu,
Şeirim fəryaddı, amandı, ahdı,
Yaman günə qaldı xalq, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Oğrular, əyrilər kəsir düzləri,
Dinlə mənaları, oxu sözləri,
Gözləyir Qarabağ, Təbriz bizləri,
Bayrağı zirvəyə tax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Bütün millət olub qaçqın, didərgin,
İnsanlar edilir “mədəni” sürgün,
Yenə də qiyamət qopacaq bir gün,
Kükrəyib meydana çıx, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Bizi bağışlamaz şəhid ruhları,
Ərşə dirənibdi məzlum ahları,
Daşqalaq eyləyib bu əclafları,
Ölümün gözünə bax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Silaha sarılıb biz kəfən geyək,
Birlikdə yumruğu hədəfə döyək,
Zülmə, müsibətə yetər, dur deyək,
Zalımı taxtından yıx, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Qisas qiyamətə qalmasın gərək,
Olum-ölüm deyib döyüşə girək,
Yağı düşmənlərin dərsini verək,
Əldən uçub gedir vaxt, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Bərabər savaşdıq bu meydanlarda,
Azadlıq uğrunda tökdük qanlar da,
İgidlər tanınar çətin anlarda,
Könüllərdə quraq taxt, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Nemət qorxmayıbdı ölümdən, qandan,
İstiqlal uğrunda savaşdıq candan,
Ölüm də qaçıbdı hər zaman ondan,
Şəhidə kəfən də yox, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!

Xural.com

İlgili Terimler :

YORUMLAR