SƏN EY ƏLAHƏZRƏT XALQ!

19.12.2019 20:36

Kişi Okumuş

0 Yorum

SƏN EY ƏLAHƏZRƏT XALQ!

Hafiz Rüstem

hafiz.1951@mail.ru

 

 

 

 

Şəhid bacımoğlu Füzulinin müqəddəs xatirəsinə

 

Yenə Milli məclisə qeyri-milli lov düşüb,

Yenə saxta seçkilər işə düşüb, şov düşüb.

Geydirmə iqtidarla müxalifət içində

Guya qaçaqaç düşüb, guya qovhaqov düşüb.

Üzdəniraq YAP-çılar, xalqdan uzaq gopçular

Erməniyə yalmanır, xalqa qənim, dov düşüb.

Rusiyadan İsayev, Fransadan Piriyev

Məxfi tilov atıblar, əllərinə ov düşüb.

Bunlar Stalinə də indi “rəhmət” oxudur,

Yadımıza lənətlik Mikoyan, Kirov düşüb.

“YouTube”da, “Instagram”da  “Twitter”də, . “Fb”də

Dillər qandallanıbdı, ayaqlar buxov düşüb.

Ölkənin sərvətləri oğurlanıb, talanıb,

Bir ovuc monarxistə bu millət girov düşüb.

Qarabağ qaziləri – işsiz, evsiz-eşiksiz,

Şəhidlərin qəbrinə od düşüb, alov düşüb.

Bir tərəfdən yaltaqlar, bir yandan da manıslar

Xalqı yatızdırırlar, ürəklərə xof düşüb.

Kim deyir ki, yatmısan, sən ey ƏLAHƏZRƏT XALQ?

Ayağa qalx! Ömrünə qar yağıb, qırov düşüb.

19 dekabr 2019

Hafiz Rüstəm

İlgili Terimler :

YORUMLAR