Soğuk Muharebe! (SOYUQ MÜHARİBƏ)

14.12.2017 19:59

Kişi Okumuş

1 Yorum

Soğuk Muharebe! (SOYUQ MÜHARİBƏ)

Hafiz Rüstem

hafiz.1951@mail.ru

Hazırda ürəyim və onun ətrafını küt ağrı tutub. Evin sahibəsi kompüter arxasında çox oturduğumu dərhal diaqnozlaşdırır və belə getsə xəstəxanalıq olacağımı proqnozlaşdırır. O, mənə mümkün qədər bu elektron şüadan uzaqlaşmağı və uzanıb-dincəlməyi məsləhət görür. Məni indi əslində ürəyimin mövcud vəziyyətinə şəfa verə biləcək hardasa aşağıdakı şeir-məlhəm düşündürür:

Yanımdan keçirkən de, qəsdən niyə
Sən vurdun özünü görməməzliyə?

Görərək, özünü korluğa qoydun,
Səslədim, özünü karlığa qoydun.

Yanımda deyilsə üzün kölgəli,
Neçin bu rəftarın olsun ləkəli?

Vəzifəm əskikmi o vəzifəndən?
Üzr istəyimmi bununçün səndən?

Aramıza düşən soyuqluq nədir?
Cəmiyyətdə soyuq müharibədir!

Bunun səbəbi nə? Korluq, zəlillik,
Mənəvi yoxsulluq, ruhi əlillik.

Özgə uğuruna paxıllıq, həsəd,
İnsana laqeydlik, haqqa xəyanət.

Özünü özgənin fövqündə görmək,
Ləyaqət tapdamaq, şərəf itirmək.

İnamsız yaşamaq, şübhəli olmaq,
Ağla güvənməyib hissə qapılmaq.

Bunların önünü almaq olmazmı?
İnsan öz nəfsini cilovlamazmı?

Bununçün çəkirik ürək korluğu,
Ən ülvi, ən təmiz dilək korluğu.

Doğmalıq yerini verib yadlığa,
Çoxdan başlamışıq diplomatlığa.

Vətən də, dövlət də qalıb bir yana,
Bəzimiz çəkilib öz dar qınına.

Yaşayır nə bir dost, nə yoldaş olub,
Vətəndaş bərkiyib bədəndaş olub.

Alır əlimizdən bəxtiyarlığı,
Sağlam can korluğu, bədən korluğu.

Çəkirik əqidə, məslək korluğu,
Qəlbən bağışlanan çiçək korluğu.

Üz-üzə, göz-gözə şax baxsın gərək,
Sözün əməlinlə düz çıxsın gərək.

Hərə öz işinə yandırarsa can,
Korluqdan, zülmətdən qurtular cahan.

Bir sabah çəkmərik işıq korluğu,
Həyata, insana aşiq korluğu.

1979

İlgili Terimler :

YORUMLAR