Ağdamlı Kino Fazıl’ın meseli…
Laçin Memişov
Şirməmməd Hüseynovun Mehman Əliyevin həbsi ilə bağlı necə qorxa-qorxa müsahibə verməsini oxudum, yadıma Ağdamlı kino Fazilin məsəli düşdü. Ağdamda Fazil müəllim başqa aləm olub, həmişə hind filmləri yeni çıxanda gedib Rusiyadan, ordan-burdan öz puluynan filmləri alıb gətirib Ağdamda göstərirmiş. Çox vaxt da rus dilindən özü sinxron tərcümə edirmiş. Bir gün “Fillər mənim dostumdur” filmini yeni gətirir, bütün rayon da növbəyə durur, seans seans dalıycan ki, filmə baxsınlar. Gün yekunlaşır, Fazil müəllim pulları seyfə yenicə yığıb qurtarır ki, bir nəfər içəri girir ki, Fazil müəllim, Bəhruzu tutublar. O da hirslənir, seyfin qapısını çırpıb deyir ki, fillər də belə getdi! ![]()
Bu da bizim ziyalı, ağsaqqalların fillərindən biri. Belə getdi. Bizim evimizi ziyalı ağsaqqallar yıxıb, salıblar pox quyusunun dibinə, indi də bizə ağıllı-ağıllı məsləhətlər verirlər. Bizim ziyalılar Heydər Əliyevə yalvarıb Bakıya gətirməyi, Kələkiyə Elçibəyin yanına gedib Heydər Əliyevin tragikomediyasında artistlik etməyi yaxşı bilirlər. Bir də ki, məclisdə yuxarı başda oturub, bozbaşın yağlı yerindən yeyib, gənclər ağzını açan kimi həyatdakı bütün uğursuzluqlarının heyifini onların üstünə çığırıb çıxmaqda görürlər. Bizim ziyalılarımız qorxaqdı, həbsdən də ölümnən də qorxur. Orden, medal almamaqdan, fəxri adsız ölməkdən qorxur.
Baba Pünhan ömründə bircə dəfə mükafat aldı. O da heç birinizin bəyənmədiyiniz AYB-nin təsis etdiyi “Tənqid mükafatı” oldu. Kişi kimi yaşadı, öləndən sonra da kişi kimi hamının ürəyində yaşayır.
İndi daşlayın məni, daş başınıza düşsün, daşlayın!
-
Cahit Kılıç: Kemiyet arş-ı âlâya merdiven uzatırken; keyfiyet yerlerde zelil…
-
Avrupa genelinde orman yangınları: Binlerce kişi evlerini terk etti
-
Rusya, Ukrayna’nın saldırıları sürerken yeni akaryakıt sıkıntısıyla karşı karşıya
-
İran Kızılhaç’tan yardım istedi: Pilotlarımız Katar’da rehin
-
Filistin’de 20 yıl sonra yapılacak genel seçimler için seçmen kaydı başladı
-
Pezeşkiyan: Sorunumuz kat kat arttı ve gelirimiz de azaldı
YORUM BIRAK
YORUMLAR
-
Hafiz Rüstəm 2 Eylül 2017 18:14Laçın düz deyir: “Bizim ziyalılarımız qorxaqdı, həbsdən də, ölümnən də qorxur. Orden, medal almamaqdan, fəxri adsız ölməkdən qorxur. Yasəmən Qaraqoyunlu prezidentə məktubunda cəmiyyətimizin üç kateqoriyasından biri olan, hakimiyyətdən yararlanan, hakimiyyətə ancaq “ləbbeyk!” deyən tərifçi ziyalıları – kar, kor, lal ziyalılar adlandırıb. Nə edəsən ki, bu yaltaq, yalaq, tərifçi ziyalılar, sapı özümüzdən olan baltalar həmişə yalnız oz şəxsi mənfəətlərini, karyeralarını düşünüblər, bir-birlərini satıblar, sadə xalq kütlələrini taleyin ixtiyarına buraxıblar. Həqiqətən bizim bu qondarma əl ziyalıları əslində ictimai-siyasi proseslərə passivlik göstərməklə yanaşı, aktiv həyat mövqeyi, iradəsi və mənəviyyatı olmayan ziyankar ünsürlərdir. Bunlarda ən qiymətli şey bu qara əməlləri müqabilində aldıqları mükafat evlər, prezident təqaüdləri və 0rden-medallardır. Tanrı bizləri bu riyakar ziyalılardan qorusun!
