ALLAH’A İNAMSIZ YAŞAMAK OLMUYOR!..
08.08.2017 17:25
1.146 Kişi Okumuş
2 Yorum

Hafiz Rüstem
Tarixən İslamın zühuruna qədər də türklər monoteist tanrıçı olmuşlar.Türklərin Tanrısı ilə İslamın Allahı eyni məfhumlardır. Elə buna görə də türkçülüyü tanrıçılıqdan ayırmaq əti dırnaqdan ayırmağa bərabərdir. Təsadüfi deyil ki, Qorqud ata öz ölməz dastanının ilk mənzuməsini məhz Tanrının vəsfi ilə başlayır:
“Allah, Allah!” deməyincə işlər önməz,
Qadir Tanrı verməyincə ər bayımaz.
Əzəldən yazılmasa qul başına qəza gəlməz,
Əcəl vədə irməyincə, kimsə ölməz”.
(KDQ, B.:Yeni nəşrlər evi, 1999, səh.30)
Yaxın keçmişdə olduğu kimi hazırda da qonşi İran və Türkiyədən fərqli olaraq bizim ölkədə bəzi ateist qüvvələr hələlik İslami maarifin, dini təlim və tədrisin təhsil sistemində oturuşmadığı, kifayət qədər yüksək savadlı, müstəqil və qərəzsiz din xadimlərinin və ruhani kadrların çatışmadığı və eyni zamanda bu mühüm əxlaq və mənəviyyat sahəsinin KİV-də professional şəkildə təbliğ və təşviq olunmadığı bir şəraitdən sui-istifadə edərək açıq-açığına , süni şəkildə Tanrını türkçülükdən təcrid etməyə “təşəbbüs göstərirlər”. Unudurlar ki, onsuz da İnsan Allahın şüur verməklə şərəfləndirdiyi, yəni fərqləndirmə qüvvəsinə sahib etdiyi haqqı batildən, mütləqi qeyri-mütləqdən ayırmağa qadir bir varlıqdır. Bir fərqlə ki, o, yəni insan Əbədi Mütləq Şüurun, Haqqın müəyyən mahiyyətini özündə əks etdirən, onun təcəllası olan, ancaq mütləqləşməyə qətiyyən qadir olmayan və heç vaxt da qadir olmayacaq, fani, müvəqqəti, səbatsız, qeyri-mütləq ifadəçisidir. Başqa sözlə, İnsan Yaradanın özü yox, onun təqlidçi-yaradıcısıdır (Aristotel). Məhz seçilmiş insan (bu tip insanlar cəmiyyətdə barmaqla sayıla bilər) hər şeyi yox, müəyyən şeyləri dərk etməyə, hər işi yox, müəyyən işləri daha yaxşı yerinə yetirməyə (N.Tusi) qabil olan hikmət sahibi, kamil bir ustad ola bilir. Onu mütləqləşdirmək – yeni mütləqiyyətçiliyə, mütləq hakimiyyətə rəvac verməkdir. Öz Yaradanını danmaq, əsl mənəviyyata, ruhaniyyətə (ruhaniyyata yox!) arxa çevirmək növbəti bir şərə xidmət etməkdir. Sədi Şirazi məhz bunlar üçün deyib:
Bir kəs ki Qurana inanmayır heç,
Cavabı odur ki, cavab vermə, keç!
Məhz bu qüvvələrə cavab verməyə təşəbbüs edən, Allahın varlığını tutarlı, təkzibedilməz elmi-dini fakt və dəlillərlə əsaslandıran Hafiz Rüstəmin “İnamsız yaşamaq olmur” adlı məqaləsinin müvafiq hissəsinin aktuallığını, geniş oxucu marağına səbəb ola biləcəyini nəzərə alaraq, onu yeni düzəlişlər və zəruri əlavələrlə “Tan yeri” saytında təkrar yayımlamağı vacib bildik.
***
İnam həm də din-imandır. Son dövrdə yeni din yaradıcılığı ilə məşğul olan, özlərini Mütləq inamçılar adlandıran bir zümrəni anlamağa çalışıram. Hərçənd onlar tapındıqları Mütləqə İnam ideologiyasını din hesab etmirlər. Əvvəlcə öz orijinal interpretasiyalarında “İnsanilik üstə Ruhanilik baxışının iki ən başlıca anlayışı”na aydınlıq gətirirlər:
“MÜTLƏQ – bugündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan (Əgər əbədi sabahdan söhbət gedirsə, onun indiki zaman feli sifəti gələcək zaman feli sifətinə çevrilməlidir, yəni aşkara çıxacaq şəklində olmalıdır – H.R. ) nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir.
İNSAN – Özündə Mütləqlik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən Üstün olan, Mütləqliyə can atan və Mütləqləşməyə Qadir olan Ruhani Varlıqdır” (Safruh Atalı, Yolruh Atalı.”İnamın gəlişi” B.: Qanun – 2010, səh.4).
Bununla yanaşı dinə münasibətlərini açıq-açığına bildirdikləri müddəaları da yuxarıda gətirdiyim sitatda olduğu kimi, imlasına və durğu işarələrinə toxunmadan oxucuların nəzərinə çatdırıram:”Böyüklüyü Allahın əlindən alıb (Yeni zühur edən əsl sovet ateistinin eqoist və inkarçı danışıq tərzi – H.R.)İnsana verməyə gəlir İnam. Din ilə İnamın başlıca fərqi: İnam – İnsandan gəlir. Din – (guya) Allahdan. Din də İnsandan gəlir, İnam da. Din gəlişində “Allah” uydurmasına (Əstəğfürullah!!! – H.R.) əl atılır – sonrakı bütün fəsadlarıyla.
İnam – Asif Atanın Adı ilə bağlı olan dünyabaxış – Dünyanın, Həyatın, İnsanın mahiyyətinə inanmaqdır və mahiyyəti əzəli, əbədi, sonsuz və kamil – yəni Mütləq saymaqdır. Buna görə də Asif Atanın yaratdığı dünyabaxış – Mütləqə İnam adlanır və bu həm də onun altı ideyasından birincisidir (qalan beşi bunlardır: Kamil İnsan, Ruhani Birlik, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər). Burada təbiətüstü yaradıcıya yer yoxdur. Mahiyyət şəxslənmir, substansiyalaşmır, danışmır, acıqlanmır, qorxutmur, şirin vədlər vermir.
Mahiyyət Kamil İnsan tərəfindən dərk olunur, beləcə insanlaşma və insanlaşdırma düsturu irəli sürülür.
Ruhani Birlik ideyası cəmiyyətçiliyi: ağa-nökər münasibətlərini, təbəqəçiliyi, özgəçiliyi, maddiyyatçılığı rədd eləyir (Leninin fəhlə sinfi dünyanın altıda bir hissəsində, yəni sabiq SSRİ-də “qəbirqazanı” olduğu kapitalizmin yetmiş ildən sonra yenidən xortlayıb diriləcəyini qabaqcadan bilsəydi, yəqin ki, vaxtilə inqilabi şüarlarında sıx-sıx işlətdiyi, gurultulu, pafoslu “daloy”lara qətiyyən yer verməzdi- H.R)
Müstəqil Vətən ideyası həm dini, həm də dünyəvi kürəsəlçiliyi, kosmopolitçiliyi, vətənsizliyi ardıcıl olaraq rədd eləyir, damğalayır. Bu, dinin – ümmətçilik, demokratiyanın – transmillilik təlqinləri biçimində gerçəkləşən kosmopolitizminə qarşı döyüşdür və s.”(Yenə orada: səh..8).
(Onu da unutmayaq ki, biz nəhəng bir imperiya miqyasında zorən tətbiq olunan dinsizlik və allahsızlıq eksperimentinin labüd, acı aqibətini gördük, ancaq “Kreml xəyalpərəsti”nin sinifsiz, xoşbəxt kommunizm cəmiyyətinə çata bilmədik).
Göründüyü kimi dini yeni bir mücərrəd, transsendental (təcrübə fövqündə olan) inamla əvəz etməklə (əslində din elə Allahın varlığına inam deməkdir), Mütləq Şüuru, Tanrını fani mütləqə inam (dünyanın, həyatın, insanın mahiyyətinə inanmaq və mahiyyəti əzəli, əbədi, kamil, yəni Mütləq saymaq) adlı yeni bir “sxolastika” səviyyəsinə endirməklə (sonuncunu tərcih etməklə) əslində sırf milli əsası olmayan yeni sinifsiz, empirik, ateist-materialist dünyabaxış təklif olunur. İlk ağlıma gələn idealist Platonun (e.ə. 428 – 348) uzaqgörənliyidir:”Maddi əşyalar yüksək ideyaların kölgəsindən başqa bir şey deyildir. Allah isə ən uca ideyadır və insan daima Allaha oxşamağa çalışmalıdır”.
Bizim mütəfəkkir Füzulimiz “Leyli və Məcnun”da mahiyyət daşıyıcısı olan kamil insan obrazının zavallı aqibətini az qala 500 il bundan əvvəl canlandırıb:
Kimdir ki, gəlib cahanə, getməz?
Kim kamil olur, zavalə yetməz?
Xoş xaneyi-eyşdir bu aləm,
Dərda ki, deyil əsası möhkəm.
Mən şəxsən keçən əsrin 70-ci illərində “Müdriklik səlahiyyəti” adlı kitabıyla barmaqla göstərilən Asif Əfəndiyevi yeni, orijinal Azərbaycan filosofu və ədəbiyyat tənqidçisi kimi təqdir etmişəm. Ancaq indi onun cidd-cəhdlə təbliğ olunan mütləqə inam ideologiyasını, bu ideologiyanın əsasında duran antiislami görüşlərini, sanki yeni din yaradıcısı kimi müqəddəsləşdirilməsini , peyğəmbərdən də yüksək elan edilməsini(?), hətta ona vacib səcdə duaları oxunmasını (və burada “Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz İnam Ataya Ali Səcdəylə!” başladıqları adlarını çəkmədiyim, yeni “kurallarını”) ən yaxşı halda bidətçilik, mürtədlik, küfr və Allaha şərik qoşmaq – yəni böyük günahlara yuvarlanmaq kimi başa düşürəm. Elə buna görə də mən onları ilk növbədə İmam Əlinin (ə) bu məşhur kəlamından düzgün nəticə çıxarmağa çağırıram:”İnsanların ən bəsirətlisi öz eyiblərini görən və öz günahlarından əl çəkən şəxsdir”.
Qasim Ənvar “Risaleyi-sual və cavab” traktatında dünyanın bütün keçmiş, indiki və gələcək faciələrinin səbəblərini beş böyük günahda görür: 1) küfr (Allaha inamsızlıq, yaxud allahsızlıq), 2) şirk (Allaha şərik qoşmaq), 3) nifaq (ikitirəlik, araya ziddiyyət salma) 4) bidət (dinə müğayir yenilik) və 5) məsiyyət (asilik, üsyankarlıq).
İnamçılar da heç şübhəsiz, əbədi var olan Mütləq Şüuru, Allahı danmaqla, “Mütləqimiz, Peyğəmbərimiz…” dedikləri fani bir şəxsə səcdə etməklə insanları yuxarıda zikr etdiyimiz böyük günahlara sövq edirlər. Halbuki fani bəndəyə yox, yalnız onun yaradıcısı olan Allaha (Quran, “Ələq”, 19; “əl-Həcc, 77) səcdə edilməlidir:”Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat imamların məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş Mütəal Allaha şükr etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda, haramdır”(Ayətullah əl-Uzma Seyyid Əli Sistani). Həmişə qəlbimizdə məxsusi yer tutan, mübarək ruhları və əməllərilə yenə də qaranlıq yollarımızı işıqlandıran, bütün zamanların ali görkləri, örnəkləri, öndərləri olan, can atdığımız düzlük, təmizlik, saflıq idealımıza çevrilən, fani dünyamızın nizamını qoruyan Allaha yaxınlar, mənəvi-ruhi dəyərlərimiz, müqəddəslər: ulu mələklər, peyğəmbərlər, imamlar, mövlanalar, övliyalar və çağdaşımız, maddi və mənəvi asılı olduğumuz fani böyüklər: valideynlər, müəllimlər, ustadlar, ağsaqqallar, rəhbər vəzifəlilər hamısı vasitələrdir. Səcdə bütün vasitələrin yeganə Ali Məqsədi – Mütləq Şüura, yəni Allahadır.Yalnız O əbədi olan, külli-aləmin Sahibi səcdəyə layiqdir. Heç nə, heç bir şey səbəbsiz yaranmır. Bütün səbəblərin səbəbkarı, bütün varlıqların, bütün cism və cismanilərin Yaradıcısı məhz səcdə ünvanı ola bilər. Məhz Allaha səcdə bəşəriyyətin xilasını, ümumdünya sivilizasiyalarının nicatını, qurtuluşunu stimullaşdırır. Yalnız tək olan, heç bir şeyə ehtiyacı olmayan, nə övladı olan, nə övlad olan, dünyada misli-bərabəri olmayan, adi insan şüuruyla zatı dərk olunmayan, bütün məxluqları yaradan və yaratdıqlarına təmənnasız nemətlər verən, həmişədiri, Rəhman və Rəhim olan, hakimlərin hakimi, Adil Allaha ixlasla baş əymək, şükr etmək, minnətdar olmaq, əcr istəmək, bəndəlik etmək insanı şərəfləndirə bilər. Yalnız Allah qarşısında baş əyən başıuca olar. Bütün nifaqların, fəsadların, üsyanların, müharibələrin, dəhşətlərin mənbəyi məhz insanın insana səcdəsindən, kor-koranə itaətindən, Allahı yox, allahlıq iddiasında olanları haqq bilmələrindən başlanır. Gün kimi aydındır ki, cəmiyyətdə vəzifəli-vəzifəsiz, ağa-nökər, varlı-yoxsul, tabelilik-tabesizlik münasibətləri, normal subordinasiya hədlərini aşıb birinin digərindən qeyri-məhdud , mütləq üstünlüyünə, ayrı-seçkiliyə, diskriminasiyaya, təcavüzə gətirib çıxarır. Yəni üstün ictimai-siyasi, mali-iqtisadi mövqe və statusdan sui-istifadə halları, “istismarçıların istismar olunanlar” üzərində zülm və qəddarlığı yaranır. Hətta adil hökmdar olmuş Yusif peyğəmbərin belə öz rəiyyətilə tam ədalətlə rəftar etməsi şübhə altındadır:”Belə rəvayət edirlər ki, Yusif (ə.s.) ölməzdən qabaq belə vəsiyyət edir ki, onu babası İbrahim peyğəmbərin yanında dəfn etsinlər. Yusifin tabutunu onun qəbrinin yanına gətirdikdə Cəbrail (ə.s.) gəlib deyir:”Onun yeri bura deyildir; çünki o, etdiyi şahlıq üçün Qiyamət günü cavab verməlidir”.
Yusifin halı belə olanda gör başqa hökmdarların halı necə olacaq!” (Xacə Nizamülmülk “Siyasətnamə”. B.:”Elm” nəşriyyatı,1989, səh.34)
Bu mənada güc sahibləri həmişə nəticə etibarilə insanın milli, irqi və digər məhdudiyyətlər tanımayan faili-muxtarlığına, şəxsi həyatına, iradə azadlığına qənim kəsilir, onu layiq olmadığı labüd, hüquqsuz vəziyyətlərə düçar edir, əsl şeytana çevrilirlər. Elə buna görə də şeytanı mövhümi, şər qüvvə kimi başqa yerdə axtarmaq absurddur. Birinin digərindən maddi asılılığı insan şəxsiyyətinin alçaldılmasını, yaxud şəxsiyyətə pərəstişi reallaşdırır. O şəxsiyyətə pərəstişi ki, yaxın tarixi keçmişdə hakimi-mütləq olan Stalin və Hitlerin şəxsində dünya miqyasında milyonlarla günahsız insanlara yalnız qanlı repressiyalar, böyük faciələr və fəlakətlər gətirdi. Çünki Stalin və Hitler iki hökmdar şeytan idilər. Allah bizi içimizdəki bu cür şeytanlardan, tiranlardan qorusun! Məhz bu kimi acı tarixi təcrübələrə görə insana səcdənin hər hansı təzahür forması yolverilməzdir. Bu gün Asif Ataya səcdə duaları oxumaq sabahkı arzuolunmaz şəxsiyyətə pərəstişi yenidən dirçəltmək deməkdir. Yeni bütə sitayiş etmək yeni zülmə zəmin yaratmaq deməkdir. Odur ki, mərhum Asifə yox, hər hansı yeni fani bir insana yox, yalnız əbədi olan Haqq-Təalaya səcdə edilməlidir. Biz əlahəzrət filankəsin, filan rəhbərin sayəsində deyil, məhz Allahın sayəsində ruzi qazanırıq, mal-mülkə, vəzifəyə, gücə və hakimiyyətə yiyələnirik. Məhz Allahın hökmlərini və o hökmlərə uyğunları yerinə yetirən hakim adildir, haqlıdır, ədalətlidir, bu hökmləri icra etməyən zalım da, məzlum da məhkumdur, haqsızdır.
Dünya tarixində yeni din yaradıcılığı iddiaları həmişə olub. Ancaq heç birisi Allahın son Peyğəmbərimiz vasitəsilə insanlara bəxş etdiyi İslam dini və mədəniyyəti qədər geniş vüsət tapmayıb və tapmayacaq. Öz tolerantlığı, xüsusilə ümumbəşəri sosial-əxlaqi mahiyyətinə görə üstün və kamil olan, üzərinə heç bir kölgənin yaxın düşmədiyi və düşməyəcəyi “Nurələnnur” olan İslam dininin Qiyamətə qədər inamla irəliləyəcəyinə şübhə etmirəm.
Bu din təkcə ehkamlar toplusu deyil. Bu din bizim 1400 illik Əmin-Amanlığımız, Əxlaqımız, Mənəviyyatımız, Şərq Mədəniyyətimiz, Ruhani və Cicmani Həyat Tərzimiz, Yaxşı İşlərə Dəvət Edən və Pis Əməllərdən Çəkindirən Bu Dünyamız və Axirətimizdir!
Dünya yaranandan bəri müxtəlif dillərdə ( dini-mifoloji qaynaqlara görə hətta bitkilər, heyvanlar, cansız əşyalar da öz dillərində Yaradanı çağırır, Ona pənah aparırlar) cismani və ruhani paklıqla, səmimi-qəlbdən ucalan dualar, iltimaslar, qılınan namazlar, oxunan azanlar, edilən ibadətlər, səcdələr yeganə ALLAHIMIZA, RƏBBİMİZƏ, TANRIMIZA, ÇƏLƏBİMİZƏ, XUDAMIZA, YƏZDANIMIZA, BOQUMUZA, QODUMUZA ünvanlanıb. Həzrət Əbubəkr Məhəmməd peyğəmbər (s) ölərkən minbərdən demişdir:”Kim Məhəmməd üçün ibadət edirdisə, Məhəmməd ölübdür, kim Məhəmmədin Allahına ibadət edirdisə, Məhəmməd onun üçün sağdır”. Təfsiri belədir: ”Məhəmmədə sitayiş edirdinizsə, o öldü. Məhəmmədin Allahına sitayiş edirdinizsə, O, ölməyib və ölməyəcəkdir”(Xacə Nizamülmülk.”Siyasətnamə”. B.: “Elm” nəşriyyatı, 1989, səh.142)
Yəni hazırda şeytan vəsvəsəsinə uyub Allahın varlığını danan bir ovuc adam doğrudanmı özlərini arqument və faktlarla Allahın varlığını təsdiq etmiş böyük elm və din xadimlərindən daha ağıllı və üstün hesab edirlər?
Dialektik qanunların Mütləq İdeyadan, yəni Allahdan yaranması barədə çoxsaylı qnoseoloji təlimlərdən yalnız birini – İmmanuil Kantın (1724 – 1804) universal idealist idrak metoduna çevrilmiş “antinomiyalar”(hərfi mənada qanunda ziddiyyət – məntiqi cəhətdən eyni dərəcədə əsaslandırılmış iki hökm arasındakı ziddiyyət) haqqında məşhur təlimini misal gətirirəm: “İ.Kanta görə, ağıl dünyanı bütöv bir tam kimi dərk edərkən çıxılmaz ziddiyyətə düşür, çünki bir-birinə əks iddiaları eyni qüvvə ilə sübut etməyə çalışır: 1) dünyanın zamanca əvvəli və məkanca hüdudu vardır – dünyanın zamanca əvvəli və məkanca hüdudu yoxdur; 2) dünyada hər şey tərkibcə mürəkkəbdir – dünyada tərkibcə mürəkkəb heç bir şey yoxdur, hər şey sadədir; 3) hadisələri izah etmək üçün iradə azadlığı olmalıdır – heç bir iradə azadlığı yoxdur; 4) dünyada Mütləq Zəruri Vücud vardır – heç bir mütləq zəruri vücud yoxdur.
Kant bu təlim vasitəsilə insan idrakının şeylərin mahiyyətini dərk etməyə qadir olmadığını əsaslandırıb”(ASE, ııı cild. B: 1979, səh.435)
”İslam dini sağlam təfəkkürə, məntiqə əsaslanan bir dindir. Allahın bu sonuncu haqq dinində elmə, məntiqə zidd heç bir şey yoxdur”(akademik V.Məmmədəliyev).
Məşhur “Toyuq əvvəl yaranıb, yoxsa yumurta?” sual-məsələsi”nin həllində olduğu kimi çaşıb qalanlar da var: “Allah – insan münasibətlərinin fonunda elm də din kimi bəsit və konservativ görünür. Hər iki cəbhə nələrisə – biri Onun varlığını, digəri yoxluğunu israrla sübut eləməyə çalışır”(prof.Hüseyn İsmayılov).
Məhəmməd peyğəmbərin (s) ümmətinə verdiyi nəsihətlərdən biri bu dəyərli hədisdir:”Allah-Təalanın bəndəsindən üz çevirməyinin əlaməti ona faydası olmayan, yararsız işlərlə məşğul olmasıdır”
Hələlik İmam Qəzalidən (1059 – 1111) faydalanmağı məsləhət görərdim. O, dini dünya və axirət elmi hesab edir, ancaq dünyəvi elmləri də əsasən inkar etmir. Onun əsrləri adlayıb keçən polad məntiqi bu gün də əyilməz və sınmazdır:”Allahı unudan kimsələr haqqında çox ibrətli bir beyt var:
Nə yazıq, Səndən başqa birisini görmək üçün yuxusuz qalan gözlərə,
Nə yazıq, Səndən başqası üçün tökülən göz yaşlarına.
Haqq yolla, doğru yolla getmək istəyənə dörd şey vacibdir:
- Bidətlərdən uzaq, doğru və sağlam bir etiqad;
- Bir daha qüsura yol verməmək və günaha batmamaq barədə (qəti şəkildə) tövbə etmək;
- Haqq sahiblərinin sənin üzərindəki haqlarını, onların razı olduğu və sənin üzərində haqları qalmayacaq bir şəkildə ödəmək;
- Allahın əmr və qadağalarını biləcək qədər dini bilikləri, dünyada özünü saxlaya biləcək qədər də digər elmləri oxuyub öyrənmək”.(İmam Qəzali.”Ey oğul” risaləsi. B.: “Nurlar”- 2007, səh.22)
Mövlana Füzuli bu gün də dünyanın söz xiridarlarını heyran edən “Türkcə divanı”nı Eşqi-İlahiyə yüksək rəməl bəhrində həsr etdiyi aşağıdakı qəzəllə (qismən ixtisarla və şərhsiz təqdimatla) başlayır:
Qəd ənarəl eşqü lil-üşşaq minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Ey ki, əhli-eşqə söylərsən məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Ey Füzuli, intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Qəzəlin ilk və son beytlərinin (mətlə və məqtəsinin) izahlarını verməkdən özümü saxlaya bilmirəm: Eşq aşiqlərin hidayət yolunu işıqlandırmışdır. Həqiqət yolunun yolçusu həmişə eşqə iqtida edər (İqtida namaz və ya digər ibadətlər zamanı arxada dayananların öz hərəkətlərini hamıdan öndə durmuş imamın hərəkətlərinə uyğun şəkildə, həm də eyni vaxtda təkrar etməsinə deyilir). Ey Füzuli, Allah Eşqindən sonsuz zövq aldın, Haqqın adıyla başlanacaq hər bir iş belə olacaq.
Məhz bu kimi xariqüladə, yüksək əyarlı şahbeytlərin həqiqi şahanə zövqünü təbii, olduğu kimi duymaq, şəxsən hiss etmək istəyən hər bir azərbaycanlıya ərəb və fars dillərini mükəmməl öyrənməyi tövsiyə edərdim.
Bütün qüdrətli, klassik şairlərimiz öz cahanşümul əsərlərini əbəs yerə münacat və nətlə başlamamışlar. Böyük Şəhriyarımız isə dünya şöhrətli “Heydərbabaya salam”ını eyni ənənəvi müqəddəs bir inam və etiqadla bitirir:
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun.
Keçmişlərdən gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın!
Hər içiboş sözlərə aldanmasın!
Biz indiki, çağdaş xələflər ulu, klassik sələflərimizin dərin, ülvi bir inamla getdikləri, böyük sənətkarlıqla tərənnüm etdikləri və gələcək nəsillərə müqəddəs miras kimi əmanət qoyduqları, həmişəmüasir HİDAYƏT YOLUNU itirsək, qazancımız nə olacaq? Bu, bizim onsuz da ağrı-acılarla dolub-daşan ürəyimizdə “Torriçelli boşluğu”ndan da betər yeni bir havasız , həyatsız, ölü bir boşluğun, vakuumun, yaxud dibsiz, dəhşətli bir uçurumun, kanyonun, əslində isə mütləq mahiyyətsiz, mənasız, məzmunsuz bir heçliyin, puçluğun yaranmasına səbəb olmazmı? Ümumiyyətlə, bəşəriyyətin maddi və mənəvi ümumnicat yollarının nə üçün məhz “qıldan nazik, qılıncdan iti Sirat körpüsü”ndən keçəcəyi barədə müqəddəs olduğu qədər həmişəaktual düşüncələrə dalmağa dəyməzmi?
P.S. Kiçik formatlı bir kitabda (S.Atalı, Y.Atalı .“İnamın gəlişi”. Atakənd -32, yəni Bakı: Qanun – 2010) özlərinin ifadələriylə desək, Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatının Yaradıcısı İnam Ataya (baş hərflərlə fetişləşdirilən isimə – Asif Əfəndiyevə) məxsus Dünyabaxışın mahiyyətini izah edərkən yol verilən ideya-məzmun (artıq bu barədə yuxarıda qısaca bəhs etmişik), dil-üslub, leksik-fonetik, qrammatik, orfoqrafik ( qarşılıqları olan alınma sözlər –neologizmlər: gərəkdirən, kürəsəlçilik, qutsal bitiqlər, ilişkilər, ruhaniyyat, evladlar, kurallar, Ocaq –Türk abesi, yerel, göyel, sonev və s. ) səhvlərə göz yummaq olmur.
Bəşəriyyətin minillər boyu yığıb toplamış olduğu mənəvi sərvətlərə yox demək, özünü hamıdan ağıllı hesab etmək çox ciddi bir xəstəliyin sindromlarındandır.
İki minilliyi əhatə edən, bəşəriyyətin hazırda istifadə etdiyi məqbul miladi, hicri ( günəş və ay təqvimləri) təqvimlərə alternativ olaraq yeni təqvimin icadı, ay və həftə günlərinin yeni adlarla əvəz edilməsi, ənənəvi toy-yas mərasimlərinin, qiblənin dəyişdirilməsi, “həmişə canlı Mütləq” hesab etdikləri Məbuda – Asifə “Səhər Ricaları”, “Gündüz və Axşam Təmasları” və s. kimi yeni adpərəstlik və bütpərəstlikdən LA İLAHƏ İLLƏLLAHA sığınıram. “Hamınız Allahdansınız və dönüşünüz də Onadır”(Quran).
Bir olan Allaha inamsız yaşamaq olmur.
ASİF ATA
Sən insanı ucadan da uca görən,
Onu kamil, yenilməz, qosqoca görən.
Türk soyunu xacə görən, xoca görən
Mənim ölməz filosofum, Asif ata,
Bir başqadır qorxum, xofum, Asif ata.
Bu dünyanın, bu həyatın, bu insanın
Deyirsən ki, mahiyyətinə inanın.
Mahiyyətisə mütləqə inam sanın
Sən ruhani bir rəhbərsən, Asif ata,
Çox cəsursan, hünərvərsən, Asif ata.
Deyirsən ki, inanaq bu mahiyyətə,
Yetişməkçün, qovuşmaqçün həqiqətə,
İnam, idrak, mənəviyyat və iradə
İçimizdən köməyimiz, Asif ata,
Zay olmasın əməyimiz, Asif ata.
Mütləqliyə qadir yalnız İlahidir,
Hər bir şeyin O sahibi, pənahıdır.
Uzaq başı kamil insan bir dahidir,
Öz nəfsinin köləsidir, Asif ata?
Yaranıbdır, öləsidir, Asif ata.
Səni yeni bir “peyğəmbər” eləyiblər,
Bütləşdirib fövqəlbəşər eləyiblər,
Səcdə qılıb sənə zərər eləyiblər,
İnciməsin məndən “Ocaq”, Asif ata,
Bağışlasın sizi Allah, Asif ata…
“Kredo” qəzeti, 4. II. 2011
YORUMLAR
Hafiz Rüstəm Çox-çox təşəkkürlər Sizə, Cahit bəy! Özünüz də oxuyub-gördünüz ki, mən dinimizə qarşı çıxanlara, bu dini sxolastika, mövhumat mənbəyi, xurafat qaynağı kimi aşağılamağa çalışanlara, nəfs və ambisiya əsiri olan insanı mütləqləşdirməyə, onu səcdəyə layiq etməklə şəxsiyyətə pərəstişi, diktatura institutunu ideallaşdırmaq istəyənlərə, bir sözlə külli-aləmin yaradıcısı olan ALLAHı bayağılaşdırıb uydurma sayanlara elmi-dini cavab verməyə səy göstərmişəm. Çünki müasir “alimlər” ALLAHın mövcudluğunu şübhə altına almağa, yoxluğunu isbat etməyə, dırnaqarası din xadimləri isə əksinə, ehkamlarla, dini hədis və hökmlərlə Allahın mövcudluğunu təsdiq etməyə can atırlar. Çox qəribədir ki, Allahın varlığını isbat etməkdə müasir ” alimlər” də, eləcə də özündən deyən, ancaq elmi istinadlara söykənməyən “ruhanilər” də ifrata varırlar və konkret bir elmi cavab hazırlaya bilmirlər. Bu elmi məqalə mənim İNSANı fetişləşdirənlərə, onu aşırı dərəcədə mütləqləşdirənlərə, ALLAHı isə uydurma hesab edənlərə qarşı etirazımdan yaranmışdır. Bir daha Sizə təşəkkürlər, Cahitbəy – mənim imanlı, əqidəli dostum və məsləkdaşım!
НравитсяЕще реакции · Ответить · 1 · 8 августа в 20:29 · Отредактирован
Управление
Cahit Kılıç
Cahit Kılıç Allah sizi var eylesin, aziz üstadım. Tarih, hakikati görenleri, hakkı ve hakikati müdafaa edenleri yazacaktır. İnkârcıların adresi ise tarihin çöplüğü (zibilliği) olacaktır. Mesele, sadece Yüce Yaratıcıyı inkâr etmek değildir. Mesele, aynı zamanda yar…Еще
Показать перевод
Супер · Ответить · 1 · 8 августа в 19:47
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Cahit bəy, Sizin yüksək elmi təfəkkürünüz, ədəbi-bədii zövqünüz, fitri ziyalılığınız yuxarıdakı şərhinizdən aydın görünür. Tanrım Sizi həmişə söz və fikir zirvəsində saxlasın!
Нравится · Ответить · 1 · 8 августа в 20:04
Управление
Cahit Kılıç
Cahit Kılıç Amin. Cümlemizi inşallah.
Показать перевод
Супер · Ответить · 1 · 8 августа в 20:05
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Hüquqi cəhətdən azadlığın əsasını hüquqi bərabərlik təşkil edir. Əgər hazırda bizdə hökm sürən vəhşi kapitalizm dövründə insan haqları tapdanırsa, varlı-yoxsul arasında bu qədər astronomik maddi rifah fərqi yaranırsa, deməli fantastik qeyri-bərabərlik …Еще
Нравится · Ответить · 1 · 9 августа в 5:57 · Отредактирован
Управление
Hafiz Rüstəm
Напишите ответ…
Выберите файл
Hafiz Rüstəm
Hafiz Rüstəm Etibar Etibarli: Oxudum, Hafiz müəllim! Adətən, belə yazıları öxumaq üçün həvəs, hövsələ lazımdır. İnanın, bilmədim nə vaxt axıra çatdım. Bu, hazır dissertasiyadır. Sizin ərəb-fars dilini bilməyiniz bu geniş, ətraflı məqalədə irəli sürdüyünüz müddəaların elmi cəhətdən əsaslandırılmasına birbaşa zəmin yaratmışdır. Bu məqalə hələ də “atını səyirdən” xurafatın qarşısına sədd çəkir. Digər tərəfdən, bu məqalə indiki qloballaşan dünyada , sivlizasiyaların toqquşduğu bir dövrdə sürətlə “göyərib boy atan” zərərli meyllərin “çiçəklənməsinə” çalışan gizli və aşkar aprılan təbliğatlara tutarlı cavabdır. Bu məqalə həm də Sizin çoxşaxəli yaradıcılığınızdan xəbər verir. Qoy, din xadimləri, filosoflar, siyasətçilər ..və digər marqalananlar bu yazını oxusunlar və bilsinlər ki, indiyədək müxtəlif fikirlər burulğanında çapalayan, lakin həllini tapmayan, həmişə mübahisə obyekti olan “ALLAH, TANRI” məfhumlarının varlığı, yaxud yoxluğu barədə məsələ necə çözülür və nəhayət, cavabın mahiyyəti nədən ibarətdir! Bu zəhmətə görə sağ olun!!!!
СуперЕще реакции · Ответить · 2 · 3 ч
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Çox-çox təşəkkürlər, Etibar müəllim!Hafiz Rüstəm Çox-çox təşəkkürlər Sizə, Cahit bəy! Özünüz də oxuyub-gördünüz ki, mən dinimizə qarşı çıxanlara, bu dini sxolastika, mövhumat mənbəyi, xurafat qaynağı kimi aşağılamağa çalışanlara, nəfs və ambisiya əsiri olan insanı mütləqləşdirməyə, onu səcdəyə layiq etməklə şəxsiyyətə pərəstişi, diktatura institutunu ideallaşdırmaq istəyənlərə, bir sözlə külli-aləmin yaradıcısı olan ALLAHı bayağılaşdırıb uydurma sayanlara elmi-dini cavab verməyə səy göstərmişəm. Çünki müasir “alimlər” ALLAHın mövcudluğunu şübhə altına almağa, yoxluğunu isbat etməyə, dırnaqarası din xadimləri isə əksinə, ehkamlarla, dini hədis və hökmlərlə Allahın mövcudluğunu təsdiq etməyə can atırlar. Çox qəribədir ki, Allahın varlığını isbat etməkdə müasir ” alimlər” də, eləcə də özündən deyən, ancaq elmi istinadlara söykənməyən “ruhanilər” də ifrata varırlar və konkret bir elmi cavab hazırlaya bilmirlər. Bu elmi məqalə mənim İNSANı fetişləşdirənlərə, onu aşırı dərəcədə mütləqləşdirənlərə, ALLAHı isə uydurma hesab edənlərə qarşı etirazımdan yaranmışdır. Bir daha Sizə təşəkkürlər, Cahitbəy – mənim imanlı, əqidəli dostum və məsləkdaşım!
НравитсяЕще реакции · Ответить · 1 · 8 августа в 20:29 · Отредактирован
Управление
Cahit Kılıç
Cahit Kılıç Allah sizi var eylesin, aziz üstadım. Tarih, hakikati görenleri, hakkı ve hakikati müdafaa edenleri yazacaktır. İnkârcıların adresi ise tarihin çöplüğü (zibilliği) olacaktır. Mesele, sadece Yüce Yaratıcıyı inkâr etmek değildir. Mesele, aynı zamanda yar…Еще
Показать перевод
Супер · Ответить · 1 · 8 августа в 19:47
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Cahit bəy, Sizin yüksək elmi təfəkkürünüz, ədəbi-bədii zövqünüz, fitri ziyalılığınız yuxarıdakı şərhinizdən aydın görünür. Tanrım Sizi həmişə söz və fikir zirvəsində saxlasın!
Нравится · Ответить · 1 · 8 августа в 20:04
Управление
Cahit Kılıç
Cahit Kılıç Amin. Cümlemizi inşallah.
Показать перевод
Супер · Ответить · 1 · 8 августа в 20:05
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Hüquqi cəhətdən azadlığın əsasını hüquqi bərabərlik təşkil edir. Əgər hazırda bizdə hökm sürən vəhşi kapitalizm dövründə insan haqları tapdanırsa, varlı-yoxsul arasında bu qədər astronomik maddi rifah fərqi yaranırsa, deməli fantastik qeyri-bərabərlik …Еще
Нравится · Ответить · 1 · 9 августа в 5:57 · Отредактирован
Управление
Hafiz Rüstəm
Напишите ответ…
Выберите файл
Hafiz Rüstəm
Hafiz Rüstəm Etibar Etibarli: Oxudum, Hafiz müəllim! Adətən, belə yazıları öxumaq üçün həvəs, hövsələ lazımdır. İnanın, bilmədim nə vaxt axıra çatdım. Bu, hazır dissertasiyadır. Sizin ərəb-fars dilini bilməyiniz bu geniş, ətraflı məqalədə irəli sürdüyünüz müddəaların elmi cəhətdən əsaslandırılmasına birbaşa zəmin yaratmışdır. Bu məqalə hələ də “atını səyirdən” xurafatın qarşısına sədd çəkir. Digər tərəfdən, bu məqalə indiki qloballaşan dünyada , sivlizasiyaların toqquşduğu bir dövrdə sürətlə “göyərib boy atan” zərərli meyllərin “çiçəklənməsinə” çalışan gizli və aşkar aprılan təbliğatlara tutarlı cavabdır. Bu məqalə həm də Sizin çoxşaxəli yaradıcılığınızdan xəbər verir. Qoy, din xadimləri, filosoflar, siyasətçilər ..və digər marqalananlar bu yazını oxusunlar və bilsinlər ki, indiyədək müxtəlif fikirlər burulğanında çapalayan, lakin həllini tapmayan, həmişə mübahisə obyekti olan “ALLAH, TANRI” məfhumlarının varlığı, yaxud yoxluğu barədə məsələ necə çözülür və nəhayət, cavabın mahiyyəti nədən ibarətdir! Bu zəhmətə görə sağ olun!!!!
СуперЕще реакции · Ответить · 2 · 3 ч
Управление
Hafiz Rüstəm
Hafiz Rüstəm Çox-çox təşəkkürlər, Etibar müəllim!
Çox təəssüf ki, bu şərhləri düzgün köçürməmişəm, təkrarlara və digər nöqsanlara yol vermişəm. Məni üzürlü hesab edin, Cahit bəy! Növbəti dəfə çalışaram ki, bu cür qüsurlar təkrar olunmasın!