Bir Vakit…

-Genel - 11 Nisan 2018 06:56

Hafiz Rüstem

 

 

 

 

 

 

Bir vaxt oynadardım dağı yerindən,
Yerimdən oynadır indi dağ məni.
Quş qanad salardı nəzərlərimdən,
İndi diksindirir yapalaq məni.

Bir vaxt biz qururduq yeni cəmiyyət,
Bu qədər yox idi şər, böhtan atan.
Daha təmiz idi onda təbiət,
Daha ətirliydi onda gülüstan.

Bir vaxt həzz alardıq azad əməkdən,
İndi azadlıq var, əmək görünmür.
Mənim gözlədiyim bu gələcəkdən
Sadə insanlara kömək görünmür.

Bir ovuc harının əlində əsir
Bütün məmləkətin varı, sərvəti.
Xalq özü “bir həsir – bir Məmmədnəsir”,
Ancaq yer götürür bu müsibəti.

Ölkə başdan-başa çalıb-oxuyur,
Ümid xəstələnib, inam sarsılıb.
Yəqin gördüklərim bir daş yuxudur,
Hər bir kirpiyimdən daş tək asılıb.
2005


Yazarın diğer yazılarına ulaşmak için buraya tıklayınız…

BENZER HABERLER