Azerbaycan: Gazeteci Efkan Muhtarlı’ya 6 yıl hapis cezası verildi…

Azerbaycan Azadlıq Gazetesinin verdiği habere göre, daha önceden Gürcistan’dan kanun dışı olarak kaçırılarak Azerbaycan’a götürülen gazeteci Efkan Muhtarlı, 6 yıl hapse mahkûm edildi…
Haberin orijinali şöyle:
Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi; “Bizi susdura bilmәyәcәksiz”
Jurnalist Әfqan Muxtarlının mәhkәmәsi başa çatıb. Məhkəmənin hökü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Mәhkәmә Balakәn rayonunda keçirilirdi.
Yekun prosesdә dövlәt ittihamçısı vә jurnalistin özü çıxış edib. Prokuror Ә.Mixtarlıya 8 il hәbs cәzası verilmәsini istәyib.
Dövlət ittihamçısının çıxışından öncə məhkəmədə Ə.Muxtarlının vəkillərinin bir neçə vəsatəti olub. Müdafiəçilər məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyiblər. Həmin şahidlər də Müsavat partiyasının keçmiş və indiki başqanları İsa Qəmbərlə Arif Hacılı, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı və digərləri olub.
Amma hakim Hümbət Səlimov bu vəsatəti təmin etməyib.
Daha bir vəsatət isə Ə.Muxtarlının oğurlanması faktı üzrə Gürcüstanda cinayət işinin başlanması ilə əlaqədar qonşu ölkənin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatının iş materiallarına əlavə edilməsi haqda olub. Bu vəsatət ötən məhkəmə iclasında qaldırılsa da, müzakirəsi bu dəfəyə saxlanılıb.
Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqlənib. Prokuror bu sənədlərin cinayət işinə aidiyyəti olmadığını bildirərək, işə əlavə olunmasına etiraz edib. Hakim də vəsatəti təmin etməyib.
Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxışlar mərhələsi başlayıb.
Prokuror deyib ki, Ə.Muxtarlıya CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Onun sözlərinə görə, jurnalistin üzərində 10 min avro ilə Balakən ərazisində Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməsi, onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurması məhkəmədə zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri ilə təsdiqini tapıb. Prokuror çıxışının sonunda Ə.Muxtarlıya 8 il həbs cəzası verilməsini istəyib.
Dövlət ittihamçısından sonra çıxış edən vəkillər Elçin Sadıqov və Nemət Kərimli isə əksinə, Ə.Muxtarlı haqqında cinayət işinin də, ona verilən ittihamların da saxta olduğunu bildiriblər. Vəkillər deyib ki, Əfqanın cibində pul sərhədi keçməsi, hərbçilərə müqavimət göstərməsi haqda cinayət işinin materiallarında yazılanlar sadəcə, uydurulmuş ssenaridir. Müdafiəçilər bildirib ki, gerçəkdə belə bir hal olmayıb, çünki Ə.Muxtarlını Tiflisdə yaşadığı evin yaxınlığında mülki geyimlilər oğurlayıb, gətirib Azərbaycandakılara təhvil veriblər.
Vəkil Nemət Kərimli deyir ki, Gürcüstan prezidentinin bəyanatı, qonşu ölkədə cinayət işinin başlanması da Əfqanın oğurlanıb gətirildiyini sübut edir. Müdafiəçi Gürcüstan prezidentinin “bu oğurluq ölkə adına utancverici haldır” bəyanatını yada salıb: “Bu cümlədə açıq şəkildə ifadə olunur ki, Əfqan Muxtarlı oğurlanıb gətirilib”.
Digər vəkil Elçin Sadıqov Ə.Muxtarlı ilə eyni ərəfədə həbs olunan AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işindəki sənədə diqqət çəkib. Bildirib ki, materiallar arasında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən alınan sənədlər var və orada Ə.Muxtarlının Tiflisdə izlənməsindən bəhs olunur.
Müdafiəçilər məhkəmənin obyektiv olmamasından, tərəflərin bərabərliyi prinsipinə əməl olunmamasından gileyləniblər. Bildiriblər ki, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb.
Vəkillər məhkəmədə şahid qismində dindirilən hərbçilərin ifadələrinin də sübut kimi qəbul olunmasına etiraz ediblər. Bildiriblər ki, həmin şahidlər dindiriləndə məhkəmə zalının qapısı məqsədli şəkildə açıq saxlanmış, onlar da qapı arxasından bir-birinin ifadələrini eşidib, əvvəl danışılana uyğun ifadə vermişdilər. Qanunun tələbi isə belədir ki, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir. Vəkillərin sözlərinə görə, hərbçi şahidlər öz yoldaşlarının ifadələrini eşitdiklərini dindirmədə də təsdiqlədilər. Bu əsasla hərbçi şahidlərdən yalnız birinin ifadəsi sübutlar siyahısından çıxarılsa da, müdafiəçilər hesab edir ki, bu, hamısına aid edilməliydi.
Müdafiəçilər deyir ki, işi araşdırmış təhqiqatçının da ittiham tərəfinin şahidləri siyahısına daxil edilib, məhkəmədə dindirilməsi halı ilə praktikada ilk dəfədir qarşılaşırlar.
Ə.Muxtarlının araşdırma yazılarına görə, siyasi sifarişlə həbs olunduğunu vurğulayan vəkillər çıxışlarının sonunda ona bəraət verilməsini istəyiblər.
Ardından Ə.Muxtarlı məhkəmədə son sözünü deyib. Azərbaycan hökumətinin korrupsiya əməlləri, hakim ailənin biznesi, əmlakları haqda araşdırmalarına görə həbs olunduğunu deyən jurnalist də Tiflisdən oğurlanıb Bakıya gətirildiyini, işgəncəyə məruz qaldığını söyləyib. Bütün bunlara baxmayaraq, öldürülmədiyinə görə özünü şanslı sayan Ə.Muxtarlı bundan sonra da susmayacağını bəyan edib: “Elmar Hüseynovu öldürdünüz, Rafiq Tağını öldürdünüz, bloqqer Mehman Qələndərlini istintaq təcridxanasında öldürüb qanını batırdınız, Rasim Əliyevi öldürdünüz… Amma biz gəldik, yazırıq və yazacağıq. Bizi susdura bilməyəcəksiniz. Mən şanslıyam ki, Gürcüstandan Bakıya gətiriləndə öldürülmədim. İstintaq təcridxanasında da öldürmədilər məni. Uzağı 7 il həbs cəzası verəcəksiniz. Bu da bizi susdurmağa bəs etməyəcək. Bizi həbs etsəniz də, öldürsəniz də bizdən sonrakılar bu mübarizəni davam etdirəcək. Bizim əsas məqsədimiz İlham Əliyevi devirmək deyil, bizim ən ali məqsədimiz insanlara ümid verməkdir”.
Ə.Muxtarlı araşdırmalarından da danışıb. Bildirib ki, Göygölün zəbt olunması, orada prezidentin ailəsinə məxsus villa, Silahlı Qüvvələrdəki yeyintilər, Azərbaycanın hakim ailəsinin Gürcüstana turizm, sənaye sahələrində yatırması haqda araşdırma yazıları onu hədəfə çevirib: “Azərbaycan xalqından oğurladıqları pulları investisiya olaraq, Gürcüstana yatırırlar…”, –Ə.Muxtarlı son sözündə belə deyib.
Bu yerdə hakim Hümbət Səlimov onun çıxışını yarımçıq dayandırıb və ittihamların mahiyyəti haqda danışmağı tələb edib. Jurnalist bildirib ki, elə danışdıqlarının hamısının həbsinə birbaşa aidiyyəti var.Ə.Muxtarlı çıxışının yarımçıq dayandırılmasına da etiraz edib. Bildirib ki, heç kim onun sözünü kəsə bilməz, sona qədər mübarizə aparacaq, sözünü deyəcək: “Siz mənə söz verə, mənim sözümü kəsə bilməzsiniz. Mən sözümü ömrümün axırına qədər deyəcəm”.
Ə.Muxtarlının bu fikirlərindən sonra məhkəməni izləməyə gələnlər onu alqışlayıblar. Bu da hakimi əsəbləşdirib və Ə.Muxtarlının son sözünü kəsərək məhkəmə zalını tərk edib. Hökm üçün müşavirəyə gedən hakim məhkəmə nəzarətçilərinə də göstəriş verib ki, jurnalisti alqışlayan şəxslər hökm elan olunanda zala buraxılmasın. Müşavirәdәn sonra isә hökm oxunub.
-
Fransa, İngiltere ve Kanada’nın Gazze uyarısı: İsrail’in kredisi tükeniyor mu?
-
Hindistan’da Türkiye’ye boykot çağrıları
-
BM: Üç ay süren İsrail ablukasının ardından yardım tırları Gazze’ye girdi
-
Çin’in yeni ‘drone ana gemisi’ ilk test uçuşu için gün sayıyor
-
Fırtınalar ve kasırgalar ABD’nin orta kesimlerini vurmaya devam ediyor: En az 20 ölü
-
Eurostat 2024 verilerini açıkladı: Türkiye net kazançlarda Avrupa’nın alt sıralarında
HABER LİSTESİ
-
01
Fransa, İngiltere ve Kanada’nın Gazze uyarısı: İsrail’in kredisi tükeniyor mu?İsrail, 7 Ekim 2023’teki Hamas saldırılarının ardından çoğunluğu ABD tarafından finanse edilen, tedariği sağlanan silahlarla savaşa girdi. Diğer müttefikleri de İsrail’e kendi yöntemleriyle aynı derecede etkili bir destek verdiler: Çoğunluğu İsrailli sivillerden oluşan 1.200 kişinin öldürülmesi ve 251 kişinin rehin olarak Gazze’ye sürüklenmesi karşısında duyulan dehşete dayanan derin bir iyi niyet ve dayanışma kredisi. Artık […] -
02
Hindistan’da Türkiye’ye boykot çağrılarıHindistan ve Pakistan arasında yaşanan çatışmanın ardından, Hindistan’da Türkiye’ye yönelik boykot çağrılarının kapsamı genişliyor. Hindistan Ticaretçileri Konfederasyonu (CAIT) 16 Mayıs Cuma günü Yeni Delhi’de Türkiye ve Azerbaycan ile tüm ithalat ve ihracatı durdurma kararını görüşmek üzere ulusal bir konferans düzenliyor. Hindistan, ulusal güvenlik endişelerini gerekçe göstererek Türk havacılık firması Çelebi’nin havaalanlarında faaliyet göstermesini yasakladı. Çelebi […] -
03
BM: Üç ay süren İsrail ablukasının ardından yardım tırları Gazze’ye girdiİsrail, Gazze’nin ikinci en büyük kenti Han Yunus’u boşaltma emri verirken, kara ve hava saldırılarını da genişletti. Daha önce savaşta büyük yıkıma uğrayan kente yönelik yeni bir operasyon başlatıldı. Birleşmiş Milletler (BM), İsrail’in yaklaşık üç ay süren ablukasının ardından ilk yardım TIR’larının Gazze’ye girdiğini doğruladı. İsrail’in Gazze’ye insani yardım koordinasyonundan sorumlu savunma birimi Cogat’a göre, […] -
04
Çin’in yeni ‘drone ana gemisi’ ilk test uçuşu için gün sayıyorTam kapasiteyle çalıştığında, Jiu Tian adlı bu insansız hava aracı, düşman hava savunma sistemlerini etkisiz hale getirmek için birlikte hareket edecek 100’e kadar küçük drone’dan oluşan devasa bir sürüyü serbest bırakabilecek. Çin’in 100’e kadar küçük drone’u aynı anda havaya salabilen yeni bir drone taşıyıcısı (ana gemisi), devlet televizyonu CCTV’nin haberine göre önümüzdeki günlerde ilk test […] -
05
Fırtınalar ve kasırgalar ABD’nin orta kesimlerini vurmaya devam ediyor: En az 20 ölüABD’nin orta kesimlerinde etkili olan şiddetli fırtına ve kasırgaların ardından, Teksas’tan Kentucky’ye kadar uzanan bölgelerde temizlik ve kurtarma çalışmaları sürüyor. Son dört günde yaşanan hava olaylarında 20’den fazla kişi hayatını kaybetti. St. Louis’te Cuma günü yaşanan kasırganın yaklaşık 5.000 binaya zarar verdiği ve 1 milyar doları aşan maddi hasara yol açtığı belirtiliyor. Belediye Başkanı, federal […]