Azerbaycan iktidarının korkusu, baskıyı artırıyor!

19.08.2017 19:44

639 Kişi Okumuş

0 Yorum

Azerbaycan iktidarının korkusu, baskıyı artırıyor!

Araz Gündüz

 

Azərbaycan iqtidarının getdikcə güclənən repressiyaları can qorxusundan yaranan bir davranışdır: törətdikləri cinayətlərin miqyasını, dəhşətli dərəcədə böyüklüyünü və ən ağır cəzaya layiq olduğunu çox yaxşı anlayırlar, buna görə də, haqqa doğru dikələn başları əyməyə, doğrunu danışan dilləri susdurmağa çalışırlar. Öz qorxularını qorxu yaratmaqla toxtatmaq istəyirlər.

Ölkədə heç bir xüsusi, məmur özbaşınalığı deyilən bir olay yoxdur, mövcud iqtidarın talan və oğurluq tapşırıqlarını canla-başla yerinə yetirən qulluqçularıdır məmurlar və bu gördükləri işdən öz paylarını da götürürlər sözsüz.

Ölkədəki mövcud faciəli duruma qarşı ən kəskin, aydın və birmənalı münasibəti ortaya qoyan iki tanınmış lider var: Əli Kərimli və Cəmil Həsənli. Nala-mıxa döymədən, sözü yastılamadan, hər şeyi öz adı ilə cağırmaqla sözlərini deyir, xalqı ayıq olmağa çağırırlar. Bu iki liderə qarşı yersiz və qərəzli qarayaxmalara əl atan istənilən məxluqun dönük, satqın və vicdansız olacağına şübhəm yoxdur. Alışdığımız dillə desəm, bu adamlar vicdanını pula satmış siyasi fahişələrdir və onların zaman-zaman, göstərdikləri pozğunluğa görə yuxarı başa dartılıdığı, ağa süfrəsinin qırınqırtıları ilə yemləndiyini də az görməmişik.

 

İlgili Terimler :

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz