“Azerbaycan’ın devlet başkanı V. Putin, savunma bakanı ise Sergey Şoygu’dur”

ALINTI YAZILAR - 15 Temmuz 2017 13:54 A A

Ganimet Zahid

 

Mark Tvenin personajları kimi danışan Zakir Həsənov öz müsahibəsində bu fikirləri təsdiq edib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, nəhayət, müsahibə verib və ordumuzun, amma yox, bağışlayın, hərb təsərrüfatımızın bu günə olan durumu ilə bağlı bəzi sirrlərin üstünü açıb. Müsahibə çox diplomatik səpkidə tərtib edilib və hesab etmək olar ki, Müdafiə nazirinin bu müsahibəsinin üstündə onun mətbuat xidməti yox, ola bilsin, hətta prezidentin mətbuat xidmətindən kimlərsə redaktələr eləyib. Bu müsahibə Azərbaycanın hərb təsərrüfatının üzərində Rusiyanın təsirlərini o qədər açıq şəkildə ifadə edib ki, bunu yalnız Rusiyaya nümayiş etdirmək üçün bu qədər aşkarlıqla söyləmək olardı. Yəni, Zakir Həsənov faktiki olaraq, «biz müstəqil dövlətik və lazım gəlsə, ərazilərimizi güc yolu ilə azad edərik» ritorikasını, «biz müstəqil dövlət deyilik və əgər Rusiya imkan versə, torpaqlarımızı azad edərik» yanaşması ilə əvəz edib.

Tkaçev Heydər Əsədova zəng edibmi?

Ötən ilin aprel savaşı ilə bağlı başqa bir faktın da üstü açılıb. O zaman bəlli olmuşdu ki, döyüşlərin dayandırılması üçün Vladimir Putin İlham Əliyevə zəng edib. Amma sən demə, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da Zakir Həsənova zəng edibmiş. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycanın Baş Qərargah rəsisi Nəcməddin Sadıqova zəng edibmiş. Rusiyanın kənd təsərrüfat naziri Aleksandr Tkaçev Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədova zəng edibmiş… Heydər Əsədov həlqəsini mən əlavə etdim və düşünürəm ki, subordinasiya qaydalarına görə belə olmalıdır. Amma qətiyyən şübhəniz olmasın ki, Rusiyanın Daxili İşlər Naziri, Federal Təhlükəsizlik Xidmətinin rəisi də Azərbaycandakı subordinasiya əlavələri ilə zəngləşərək hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər. Bəli, tələb ediblər! Zakir Həsənovun müsahibəsində elə bu şəkildə də ifadə edilir: «Şoyqu mənə zəng etdi və dedi ki, bu işi dayandırın». «Xahiş etdi» yox, «tövsiyyə etdi, məsləhət gördü» yox, məhz, «zəng etdi və dedi!».

Ermənilərin müttəfiqləri var

Zakir Həsənov müsahibəsində bildirir ki, ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasından sui- istifadə edir, «KTMT-ni də öz təxribatlarına alət edib». Və əlavə edir ki, «əgər onda bizi dayandırmasaydılar müqavimətlərini artıq sındırmışdıq». Yaxşı ki, bu müsahibənin ortalarında bir yerdə Zakir Həsənov bildirir ki, «mən siyasətçi deyiləm»… Amma yalan deyir. Müdafiə naziri vəzifəsi hərbi yox, daha çox siyasi postdur. Bu sistemdə sırf hərbi, professional hərbçi vəzifəsi Baş Qərargah rəisi vəzifəsidir, müdafiə naziri postu isə siyasi postdur. Yəni, əgər Zakir Həsənovun siyasətdən başı çıxmırsa, bu postu tutması nonsensdir. «Mən siyasətçi deyiləm» qənaəti onu, ən yaxşı halda, korpus komandiri vəzifəsinə qədər geri atmalıdır.

«Lazım» bəy getdi, «Əgər» xanım gəldi

Siyasətçi olmayan, hərbçi olan Zakir Həsənov deyir ki, «əgər onda bizi dayandırmasaydılar müqavimətlərini artıq sındırmışdıq». Bu, hərbi yanaşma deyil, indiki siyasi münasibətlərin yararsızlığının etirafıdır. Və daha bir etiraf: «KTMT-yə daxil olan Ermənistan başqa ölkələri də öz təxribatlarına alət edib». Zakir Həsənov siyasətçi olmadığını etiraf edir, onun hərbi dühasını isə parlamağa qoymurlar. Şoyqu imkan vermir, KTMT imkan vermir. Nə siyasətçi, nə də hərbçi olan müdafiə naziri başa düşmür ki, siyasi ittifaqlar, üstəlik, buirbaşa hərbi təyinatlı siyasi ittifaqlar istənilən ölkənin təhlükəsizlik prioritetləri sırasında ilk yerdə dayanır. Hətta Amerika boyda nəhəng dövlət də, hər hansı regional münaqişədə təkbaşına iştirak etmir, mütləq və mütləq koalisiya yaradır, müttəfiqlər əldə edir, yalnız bundan sonra hərbi əməliyyatlara hansı şəkildə qatılacağı barədə qərar verir. Baxmayaraq ki, ehtimal edilən hərbi kampaniyaya Amerikanın silahlı qüvvələrinin 1 faizindən də az resurs cəlb edilir.

15-mi, 20-mi və ya Turan çöllərindən Hun axınlarımı?

Ötən il aprel kampaniyasına Azərbaycan silahlı qüvvələrinin 15-20 faizi cəlb edilib. Bunu Zakir Həsənovun özü etiraf edir. Bir faktın üstündə öcəşmək istəmirəm ki, özünün dediyi kimi, «siyasətçi yox, hərbçi olan» Zakir Həsənov silahlı qüvvələrin 5 faizlik resursunu qaralamasına hesablamaqla «çobanı buxalteriya» yanaşması nümayiş etdirir. Bunu öcəşməyəcəm. Amma siyasətçi olmayan Zakir Həsənov ordunun 15-20 faizlik resursunun cəlb edildiyi hərbi kampaniyanın aparılması üçün Azərbaycanın hansı hərbi-siyasi ittifaqa güvəndiyini ittifaqa güvəndiyini bilirmi? Ermənilər, deyək ki, KTMT üzvüdür. Bu, Rusiyanın patronajlığı altında yaradılmış hərbi birlikdir və köhnə SSRİ respublikalarının kövrək hərbi ittifaqıdır. Yəni, bu blokda olan Qazaxıstan Azərbaycana qarşı hərbi-siyasi təzyiqlərdə iştirak etməz. Baxmayaraq ki, ölkəmiz Qırğızstanda dipkorpusun ən mənasız səfiri statusu ilə təmsil edilir, hətta Qırğızstan da Azərbaycana qarşı hərbi-siyasi kampaniyalarda yer almaz. Özbəkistan və Türkmənistan da, aşağı-yuxarı o qədər. Yəni, siyasətçi olmayan Zakir Həsənov vurğulamaq istəyir ki, ermənilər Rusiyaya güvənərək bizi təkləyirlər, gücsüzləşdirirlər, qərarsızlaşdırırlar, Şoyquya zəng etdirirlər ki, əməliyyatları dayandıraq. O, siyasətçi deyil, amma çox maraqlı etirafları var. Bu etirafları bir daha vurğulayıram: Ermənistan öz müttəfiqlərinə güvənir; Şoyqu mənə, Putin isə İlham Əliyevə zəng edib hərbi əməliyyatları dayandırmağı tələb etdilər; Azərbaycan isə müttəfiqsizdir.

Bəli, Azərbaycanın müttəfiqləri yoxdur. Yalnız korrupsiya ortaqları var. Korrupsiya ortaqları isə cari iqtisadi gəlirlərin bölüşdürülməsi ilə məşğuldurlar. Onları ölkənin, yəni Azərbaycanın strateji siyasi mənafeləri maraqlandırmır.

Strateji əməkdaşlığın «s»-sı

Amma bizim ölkəmizin müttəfiqlərinin olmaması hələ hamısı deyil. Bu yaxınlarda guya Azərbaycan mənşəli şirkət olan Silk Way- ə 10 ədəd Boeing-in 1 milyard dollara satılması mərasimində Azərbaycan rəsmiləri ABŞ-Azərbaycan münasibələrinin strateji əməkdaşlıq olduğunu bir daha vurğuladılar, amma bu, kökündən yalandır. Amerika ilə Azərbaycan arasında heç bir strateji ortaqlıq yoxdur. Biznes ortaqlığı var və hətta Pentaqonun yüklərinin İraqa və Əfqanıstana çatdırılması da operativ hərbi planlardır. Türkiyə ilə Azərbaycan arasında strateji hərbi ittifaq yoxdur. «Bir millət iki dövlət» düsturu iqtisadi maraqların, konkret desək neft-qaz ticarətinin və bu zəmində əhəmiyyətli korrupsiya planlarının ütülənməsi halına salınıb. Pakistan Azərbaycanın strateji hərbi müttəfiqi deyil. İslam Əməkdaşlıq Təşkilatı ümumiyyətlə, ciddi siyasi blok da deyil, şirmadır və səhv edirəmsə, uzun müddət həmin təşkilatla işləmiş səfir Arif Məmmədov mənim səhvimi redaktə edə bilər. Azərbaycanla Avropa Birliyi arasında strateji hərbi-siyasi münasibətlər yoxdur. Yəni, Azərbaycan bu dünyada müttəfiqsiz dövlətdir. İlham Əliyevin təşəxxüslü, yekəxana idarəçilyi ölkəni bütün dünyada təklənmiş hala gətirib və həm ölkənin bütövlükdə, həm də onun hər bir vətəndaşının ayrı-ayrılıqda taleyi tükdən asılı şəkildədir. Hələ, ölkənin imici haqqında danışmıram.

Enerji dəhlizləri Azərbaycana məxsus deyil

Azərbaycan böyük regional iqtisadi layihələrin icra edildiyi coğrafiyadır. Buraya BTC, ehtimal edilən TAP, TANAP kimi böyük enerji dəhlizləri daxildir. Amma bu layihələrin heç biri Azərbaycanın iqtisadi müstəqilliyinin təminatı deyil. Bunların hər birinin arxasında Rusiyanın cari və strateji maraqları dayanır. Təəccüblü görünəcək bir iddiadır, elə deyilmi ? Amma bu layihələrin həyata keçirilməsi Azərbaycandan daha çox Rusiyaya gərəkdir. Sizə elə gəlməsin, «bədbəxt Avropa elə bilir ki, bu layihələr Rusiyadan yan keçməklə yaradılan enerji koridorudur». «Bədbəxt Avropa»da bunların «Rusiyadan yan keçən layihələr» olmadığını hamı bilir. Hamı bilir ki, bu nəhəng layihələrin hər birinə görə Putin leqal olaraq Azərbaycandan hərbi xərac alır. Bunu Zakir Həsənovun müsahibəsində rahatca tapa bilərsiz:
«- Onda hərbi məsələyə keçək. Azərbaycanla Rusiya arasında 2010-cu ilin əvvəllərində bağlanmış irimiqyaslı müqavilə üzrə işlər necə gedir? Həmin müqavilədə söhbət 100 T-90S tankından, 100 BMP-3-dən, “Msta-S” özüyeriyən artilleriya sistemindən, “Smerç” reaktiv artilleriya sistemlərindən və bir çox digər silahlardan gedirdi, ümumi məbləği 5 milyard dollara çatan müqavilə idi. Həmin məbləğ Azərbaycan tərəfindən ödənilibmi və texnika alınıbmı?

– Bu müqavilə 90 faiz yerinə yetirilib. Xırda-para işlər qalıb. Sizin adlarınızı çəkdiyiniz texnikanın hamısı çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən elə həmin silahların da sayəsində biz ötən ilin aprelində uğur əldə etdik. Bütün bunlar müasir silahlardır və biz onu mənimsəyib uğurla tətbiq edirik».

Bu, Zakir Həsənovla, Azərbaycanın siyasətçi olmayan Müdafiə naziri ilə mükalimənin ciddi redaktə edilmiş bir parçasıdır. 2010- cu ildən indiyə qədər təkcə bir müqavilə üzrə Azərbaycan Rusiyaya 4,5 milyard dollar pul verib. Əvəzində nə aldığı bəlli deyil. İstənilən peşəkar hərbçi 4,5 milyard dollara Azərbaycan ordusunun komplektləşdirilməsi üçün hansı işləri görməyin mümkün ola biləcəyini xırdalaya bilər. Mən də hərbçi deyiləm, amma Zakir Həsənovdan fərqli olaraq bilirəm ki, bu qədər pul, əgər gözüqıpıq deyilsə, arxasında siyasi iradə,  Şoyqunun, Putinin, Tkaçevin, Roqozinin, Proxanovun, Solovyovun, Yakuboviçin,.. bircə telefon zənginə tab gətirə biləcək siyasi cəsarət dayanırsa, Dağlıq Qarabağı işğaldan azad etmək üçün iki dəfə yetərlidir. Arxasında siyasi iradə dayanmırsa, bundan 10 dəfə artıq pul da havaya səpələnmiş puldur və «bundan 10 dəfə artıq» ifadəsini də təsadüfən işlətmirəm.

İlham Əliyev Rusiyaya hər il nə qədər xərac verir?

Buraya qədərini də vurğulayıram: İlham Əliyevin hökumətinin, daha doğrusu, elə onun özünün Rusiya ilə hərbi təchizat sahəsində ticarət müqavilələrinin mahiyyəti Rusiyaya xəracın sənədləşdirilməsidir. Həm də, bu, xəracın leqal formasıdır. Bir də var, qeyri- leqal forması. Əlbəttə, İlham Əliyevin Rusiyaya ödədiyi qeyri-leqal xəracın məbləği haqqında əfsanəvi rəqəmlər barədə danışırlar. Amma bu rəqəmlərin əfsanəyə bənzəməyən tərəfləri də var və ictimai fikir vedrənin içindən səs çıxarmır. Azərbaycan balaca ölkədir və burada prezidentin mətbəxində baş verənlər qısa ləngimələrlə də olsa, cəmiyyətə çıxır. Konkret olaraq, Azərbaycandan keçən transmilli enerji xəttlərinə görə Vladimir Putinin İlham Əliyevdən haqq alması isə hətta bəzi Qərb çevrələrinə də bəllidir.

Mark Tvenin personajı…

Zakir Həsənovun müsahibəsinin «bizim raketlər ermənilərin raketlərindən çoxdur» kimi hissəsi isə Mark Tvenin məşhur mükaliməsini xatırladır:

«-Dayan, böyük qardaşıma deyərəm, o sənin öhdəndən yaxşı gələr. Səni çeçələ barmağıyla yıxar.

– Allah vurmuşdu sənin böyük qardaşını! Mənim qardaşım səninkindən də böyükdür. Sənin qardaşını götürüb hasarın o üzünə atar».

Bu, Mark Tvenin uşaqlar üçün yazdığı «Tom Soyyer və Heklbrri Finnin macəraları adlı povestindən bir parçadır. İndi isə bu parçanı özünün dediyinə görə, siyasətçi yox, hərbçi olan Müdafiə naziri Zakir Həsınovun müsahibəsinin bu hissəsi ilə müqayisə edin: «Onlar (ermənilər-red.) bilirlər ki, əgər heç kim işə qarışmasa heç üç gün də davam gətirə bilməyəcəklər».

«Əgər heç kim işə qarışmasa…». Amma bu, nə zaman olacaq, yaxud nə zamansa olacaqmı? İndi «heç kimin işə qarışmayacağı» hərbi əməliyyatlar nəinki Azərbaycanın aid olduğu Şərqi Avropada, hətta Afrikanın dərin cəngəlliklərində də baş vermir. İlham Əliyev isə bir prezident olaraq öz aktuallığlnı bu boyda dünyada strateji müttəfiqlər tapa bilmədiyinə görə də itirib. Bu isə, əlbəttə, Zakir Həsənovun işi deyil, axı, o, siyasətçi deyil…

 

Azerbaycan Azadlıq gazetesi

ALINTI YAZILAR - 13:54 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    Fransa’da hükümet düştü
    Hükümet, bütçe için Marine Le Pen’in aşırı sağcı Ulusal Birlik (RN) partisinin desteğini alamayınca çöktü. Çarşamba günü Michel Barnier, solcu Yeni Halk Cephesi (NFP) ittifakı ve aşırı sağcı Ulusal Birlik (RN) partisinin güçlerini birleştirerek kendisini güvensizlik oylamasıyla düşürmelerinin ardından Beşinci Cumhuriyet’in en kısa süre görev yapan başbakanı oldu. Barnier hükümeti, gensoru önergesini destekleyen 331 oyla […]
  • 02
    Fikri derinlik, fikri takip ve basın emekçileri… (1)
    Neşe Doster nesedoster@yahoo.com Bu yazımı 2 bölümlük bir yazı dizisi olarak kurguladım. Yıllardır aralıksız yazdığım,  “Tanyeri” sitesinin yayın yönetmeni Sn. Cahit Kılıç ne der bilmiyorum. Ama ben içimden gelenleri, kalemime dökülenleri yazmaya çalıştım. Sabrınıza teşekkür ederek iyi okumalar… Yazıma başlarken! Mesleğine emek veren, gönül veren, gözdağına göz yummayan, kalemini satmayan, döneme göre pozisyon almayan, basın […]
  • 03
    Jake Paul ile Mike Tyson’a rövanş maçı için 700 milyon dolar teklif edildi
    * 58 yaşındaki Mike Tyson’ın AT&T Stadyumu’nda Jake Paul’a karşı ringe çıkıp tartışmalı bir şekilde oybirliğiyle alınan karar sonucunda yenilmesinden bir ay sonra Suudi Arabistan Genel Eğlence Kurumu yöneticisi Turki Alalshikh, Mike Tyson’a karşı rövanş maçını kazanması durumunda Jake Paul’a 700 milyon dolar vereceğini duyurdu. Suudi Arabistan, Jake Paul’a rövanş maçına çıkması ve 3 dakika […]
  • 04
    Basılı yurt dışı harç pulu dönemi bitiyor: 1 Ocak’ta yeni dönem başlıyor
    Gelirler İdaresi Başkanlığı, basılı yurt dışı harç pulu uygulamasının 1 Ocak 2025’te sona ereceğini duyurdu. Türkiye’den yurt dışına çıkışlarda alınan basılı harç pulu uygulaması 1 Ocak 2025’te sona eriyor. Yeni uygulamada, yurt dışına çıkış harcı ödemeleri dijital vergi dairesi, havalimanındaki vezneler veya anlaşmaları bankalar üzerinden yapılacak. Peki yurt dışı çıkış harcı ne kadar? Yurt dışı çıkış harcı ne kadar […]
  • 05
    Scholz, Alman barış gücü birliklerinin Ukrayna’ya gönderilmesine karşı çıktı
    Almanya Şansölyesi Olaf Scholz, Kiev ile Moskova arasında bir ateşkes sağlanması halinde Ukrayna’daki askerden arındırılmış bölgeye barış gücü askerlerinin gönderilmeyeceğini açıkladı. Almanya Şansölyesi Olaf Scholz, 16 Aralık’ta yapılacak güven oylaması öncesinde Çarşamba günü Federal Meclis’te milletvekillerinin sorularıyla karşı karşıya kaldı. Alman lider, Dışişleri Bakanı’nın ateşkes üzerinde anlaşmaya varılması halinde askerden arındırılmış bir bölgede barış gücü konuşlandırılabileceğini söylemesine […]