İNSANLAR ÖYRƏŞİB RÜŞVƏTƏ (İnsanlar Rüşvete Alışmışlar)
Hafiz Rüstem
Odda yanmaz, suda batmaz Mixail Saakaşviliyə
Zülm ilə aqçalar alıb zalim,
Eylər ənam xəlqə minnət ilə.
Cənnəti almaq olmaz aqça ilə,
Girmək olmaz behiştə rişvət ilə.
M.Füzuli
Burada ikinci beytdə dahi şair təkcə o dünyanın yox, həm də bu dünyanın gələcəkdə insan əlilə qurulacaq ideal, cənnət misallı cəmiyyətini nəzərdə tutub. Nə qədər ki, rüşvət mövcud olacaq, sosial ədalət mümkün olmayacaq, insan elə bu dünyada cəhənnəmdə yaşayacaq.
Mütəqarib bəhrində
(fəulun fəulun fəulun)
İnsanlar öyrəşib rüşvətə,
Ən yüngül qazanca, sərvətə.
Bu ona minnətli, o buna,
Yoluxub bu müdhiş tauna.
Rüşvəti alan da, verən də,
Baiskar, günahkar yerində!
Rüşvətxor, müftəxor cəmiyyət
Görərmi sosial ədalət?
Bu balıq başından iylənir,
Rüşvətxor varlanır, piylənir.
Bir baxın pıç-pıça, qiybətə,
İnsanlar öyrəşib rüşvətə.
Haqq itib, dəb olub oğurluq,
Dalana dirənib doğruluq.
Bu onu, o bunu tovlayır,
Hərif də arifi ovlayır.
Əvvəllər var idi “şirinlik”,
Arada yox idi sərinlik.
Ölkəmiz, talanıb, soyulub,
Hərraca, qumara qoyulub.
Hər şey də düzülüb bazara,
Dəyərlər gömülüb məzara.
Nə qədər acizmiş camaat!
Nə qədər ucuzmuş bu həyat!
Mən daha gəlmirəm heyrətə,
İnsanlar öyrəşib rüşvətə.
Kirlənib, çirklənib cəmiyyət,
Alınıb-satılır heysiyyət.
Bu ona, o buna atır bax,
İnsanlar bir-birin satır bax!
Başdadır harınlar, alçaqlar
Hökm edir dəyyuslar, yaltaqlar.
İşverən, qumarbaz, nəşəxor –
Deputat, ya nazir, direktor.
Yaxşılıq yerinə yamanlıq,
İnsandan çəkilir insanlıq.
Köklənir qəzəbə, şəhvətə,
İnsanlar öyrəşir rüşvətə.
Bir yanda milyarder ağalar,
Qaralar içində o ağlar.
Bir yanda çoxsaylı yoxsullar,
Qarışqa işçilər – o qullar.
Harda ki, var haram, var rüşvət,
O yerdə olarmı bərəkət?
Harda ki, rüşvətdən barat var,
O yerdə təfrit var, ifrat var.
Müftəxor, haramxor, sutenyor,
Bu nankor, gözü kor, qəlbi kor.
Qərq edir işığı zülmətə,
İnsanlar öyrəşib rüşvətə.
Ey Mişa, ey Allah adamı,
Rədd etdin rüşvəti, haramı.
Başına and içir kütlələr,
İnanır tək sənə talelər.
Düzlüyə özündən başladın,
Rüşvəti, haramı daşladın.
Gürcüstan yenidən quruldu,
Lil sular arındı, duruldu.
Millətin cibinə girənlər,
O rüşvət alanlar, verənlər
Kölgəndən qorxdular, qaçdılar,
O qara qüvvələr uçdular.
Sən xalqı bəladan qurtardın,
İNSANI ÖZÜNƏ QAYTARDIN.
Sən yetdin İNSANın hayına,
Arxanda dayandı Ukrayna.
Sevərmi səni heç diktator?
Sən Haqdan MÜSTƏNTİQ, PROKUROR!
Yox dedin sən şana, şöhrətə!
Sən divan tutdun bu rüşvətə!
Gəl oxu sən adil hökmünü,
Kəs görək rüşvətin kökünü!
Qənimsən əzəldən rüşvətə,
Bu xərçəng bəlaya, dəhşətə!
Afərin sənintək öndərə!
Zəkalı, gözütox rəhbərə!
Necə ki, sürünü ac qurdlar –
Gizlində parçalar, dağıdar.
Məhv elə canavar sürüsün!
Qoy səni Tanrımız qorusun!
16 dekabr 2017
-
Cahit Kılıç: İlber Hoca’nın ardından…
-
Fransa; Lübnan ve İsrail arasında ateşkes görüşmelerine ev sahipliği yapmaya “hazır”
-
Kuzey Kore, Japon Denizi’ne 10 balistik füze fırlattı
-
Ortadoğu’daki en büyük petrol depolama tesislerinden BAE’nin Füceyre limanı vuruldu
-
İsrail’in saldırısı sonucu Lübnan’da 12 sağlık çalışanı öldü
-
ABD’nin Bağdat’taki büyükelçiliğine saldırı
