İntizar!

20.06.2024 12:09

Kişi Okumuş

0 Yorum

İntizar!

Araz Gündüz

Azerbaycan Şiiri

 

 

 

Bu külək nə qəmli nağıl danışır-
Orda sevənlərın müşküldü işi.
Buludlar toplaşıb, hava qarışır,
Mən göyü bəs necə ovudum indi?!
*
Bu yazın günündə nələr olacaq:
İldırım yaracaq göyün bağrını-
Göyün yarasından qan açılaсaq,
Lalə tək səpəcək yerə ağrını…
*
İldırım səsindən diksinəcəksən,
Göyün yarasından xəbərsiz qalıb:
Lalə mövsümünə sevinəcəksən,
Lalənin yasından xəbərsiz qalıb…
*
Küləkdən titrəyən bu yarpaqların
Mənim ürəyımə oxşarı çoxdur,
Kövrəlib ağlayan buz bulaqların
Neynim, gözlərimə oxşarı yoxdur!..
*
Qalmışam səssizlik içində çünki
Göylər harayımdan uçula bilər!
Dərdimi bulağa danışmadim ki,
Gözü tutulunca ağlaya bilər…
*
Sən də dünya ilə bir qayna-qarış:
Nağılda qalmasın darda sevənlər;
Mənə gözlərinlə bir nağıl danış,
Vüsala yetişsin orda sevənlər!..
*
1983

 

İlgili Terimler :

YORUMLAR