Neşe teşnesi dünyaya saygılarımla…

27.06.2022 10:17

303 Kişi Okumuş

1 Yorum

Neşe teşnesi dünyaya saygılarımla…

Aynur İmran

Aynur_imranova@yahoo.com

 

Oturmuşam balkonda, boğazdan keçən gəmilərdə toyları izləyirəm. Bu dəqiqə İstanbulda elə ən məntiqli toy məkanı gəmilərdir. İstidən nəfəs almaq olmur.
Əlqərəz baxıram, ən nəşəli, ən çox səs küyü gələn, meydançasında ən kalabalık oynayan oıan balaca gəmilərdir. Böyük gəmilərdəki toylarda çoxu ya şəkil çəkdirir, ya da tək tək oturub masaların başında söhbət edirlər. Meydançada da bir iki nəfər gənclə bəy gəlin oynayır.

Ümumiyyətlə bunu illərdir müşahidə edirəm ki, Allah insana var dövlət verdikcə elə bil nəşəsini azaldır. Və ya insan zəngin olduqca özü nəşəsini itirir bilmirəm. Məsələn, mən o varlı insanların içində kıpır kıpır oyanayan, musiqi səsi eşidən kimi çiyinlərini əsdirib rəqs edənlərin içinə qaçan birini heç müşahidə eləməmişəm. Bunu edən hər zaman zor şərtlərdə yaşayıb, özünə gün güzəran qazanamaq üçün min zəhmət çəkən insanlar olur. Pulun gətirdiyi kibir insanların həyatdan zövq alma bacarığını udur sanki.

Sevirəm nəşəli insanları. Türkiyə kimi bir ölkədə onların qiyməti ayrı bilinməli. Dindarların hər yerdə sənə tənəli baxdığı bir toplumda ciyərlərin sancana qədər qəhqəhə atmaq ayrı bir əyləncəlidir. Məsələn mən inanmıram ki, Allah qadın gülüşünü sevməyə. Bu qədər gözəl bir əyləmi yaradıb onu sevməməsi məntiqıi deyiı, hələ onun insanların ağır, yorulmuş, gərəksiz dərtlənmiş kalabalaıklarının içində eşidilməsini qəbul etməməsi heç məntiqli deyil. Toylara baxdıqca ilk gülüş səsləri hansı gəmidən gəlir ora boylanıram, çünkü mənim də istəmsizcə üzüm gülür anında. Belə…

Bəzən təəsüratını bölüşərək bir gözəlliyə diqqət çəkmək istəyir insan. Məsələn, evində gülən bir qadının olmasına, musiqi çalınınca oynamaq istəyəcək qədər gamsız olmağa şükür etmək lazımdır. Küçədə bir çiçək satan qadınla dərtləşməyə, bir bomja yemək almağa, küçə musiqiçilərinə qoşulub mahnı oxumağa ehtiyacı var bu dünyanın. Mən edirəm və ətrafdan qəribə baxan insanların da necə bədbəxt olduğunu anlayıb üzülürəm. Övladlarımızı bu dünyaya əmanət edəcəyik, ona görə də hər yerə biraz mərhəmət, biraz nəşə, biraz insanlıq qatmaq məcburiyyətindəyik. Bol bol gülüb, gülə bilməyənlərin səni dəli sanaraq təbəssüm etməsinə səbəb də olmaq olar. Təki o dodaq qaçmağa alışsın, yavaş yavaş çoxalacaq sonra. Türklər demiş nereden kurtarsak kardır…


Yazı Arşivi

İlgili Terimler :

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz

Neşe doster
27 Haziran 2022 - 13:01

Aynur hanım. İnsanın könül tellerini titreten bu gözel yazınıza öz minnettarrığımı bildirirem. Sağolun. Salamat galın.