Sözü Yüce – Özü Alçak!..
Hafiz Rüstem
2015-ci ilimin “ƏN SEÇMƏ VƏ MÖHTƏŞƏM LİRİKA” nominasiyasının qalibi hesab etdiyim şerim:
SÖZÜ – UCA, ÖZÜ – ALÇAQ
Yaxşı qələm əhli kimi təqdir etdiyim,
ancaq qətiyyən qələm dostu hesab etmədiyim,
kəsdiyimiz duz- çörəyi tapdayan,
çörəyi dizi üstə olan, acnəfs,
rəzil, hər yerə başını soxan, soxulcan bir şairə
Sözü tər güldəstə olan,
Sənəti göz üstə olan.
Daxilən bərk xəstə olan
Köhnə əyyaş, qoca sarsaq,
Sözü – uca, özü – alçaq.
Tanrı bir istedad verib,
Bəxt verib, qol-qanad verib.
Ona da şöhrət, ad verib,
Bir əmması vardır ancaq,
Sözü – uca, özü – alçaq.
Dilindədir ideallar,
Gözəlliklər, xoş xəyallar…
Eybəcərdir onda hallar,
Uzundraz, bədən caydaq,
Sözü – uca, özü – alçaq.
Dəyərlidir söz-söhbəti,
Şirin nitqi, bəlağəti.
Ancaq yoxdur heysiyyəti,
Şəxsiyyəti bir oyuncaq,
Sözü – uca, özü – alçaq.
Misal çəkər sitat-sitat,
Təzə-təzə, boyat-boyat.
Cövhərini çıxarıb at,
Qalan tortaya, xılta bax,
Sözü – uca, özü – alçaq.
Zəmanəylə bəhsəbəhsdə,
Xam arzuda, çiy həvəsdə.
Çörəyisə dizi üstə,
Həm sırtıqdır, həm qurumsaq,
Sözü – uca, özü – alçaq.
Andırsa da o Hiçkoku,
Təlqin etmir dəhşət, qorxu.
Alimi-biəməldi bu –
Naqqal hərif, bivec axmaq,
Sözü – uca, özü – alçaq.
Bilmirəm ki, nə illətdən?
Bir yekəbaşdır fitrətdən.
Hətta aldığı rüşvətdən
Həya etmir bu fırıldaq,
Sözü – uca, özü – alçaq.
Kürdür – Arazı çatışmır,
Aşıqdır – sazı çatışmır.
Quşdur – pərvazı çatışmır,
Bir kərkəsdir – iticaynaq,
Sözü – uca, özü – alçaq.
Guya köhnə sənətkardır,
Dünyaya öz sözü vardır.
İnsan kimi bəxtiyardır,
İçi qurd-quş, ac yalquzaq,
Sözü – uca, özü – alçaq.
Halal-haram bilməz ki, nə?
Dürüstlüyə yad, biganə.
Nə müdrikdir, nə divanə,
İçi paxıl, çölü – yaltaq,
Sözü – uca, özü – alçaq.
Sözün dalı-qabağı var,
Sözün dərəsi-dağı var.
Sözün qarası-ağı var,
Qaraya vurur ağ yamaq,
Sözü – uca, özü – alçaq.
Boş-boş sözlə oynamaqdan
Nə çıxacaqdır, ay şeytan?
Onsuz yoxdur səndə vicdan,
Yaxşı tanıyır səni xalq,
Sözü – uca, özü – alçaq.
Bizdən yaxşı əməl qalır,
Övlad miras-təməl qalır.
Düşünmə ki, söz-ləl qalır,
Əgər yoxsa abır, əxlaq,
Nə varsa – kəlləmayallaq!
Sözü – uca, özü – alçaq!
29. III. 2015
-
Piyasa fiyatı 64 dolar: ABD, Venezuela petrolünü 45 dolardan satmaya hazırlanıyor
-
İran’da internet kısıtlamaları gevşetiliyor: Erişim ‘3 aşamada’ açılacak
-
Polonya Cumhurbaşkanı Nawrocki: AB ‘sönmekte olan bir yıldız’
-
Azerbaycan’dan Almanya ve Avusturya’ya gaz ihracatı başladı
-
Gazze Barış Kurulu Açıklandı
-
Bulgaristan, hükümet istifasının ardından son 5 yıldaki 8. erken seçimine gidiyor
YORUM BIRAK
YORUMLAR
-
hafiz 30 Aralık 2017 12:09Gözəllik və eybəcərlik estetik kateqoriyalardır və bizim canlı həyatımızı bunlarsız təsəvvür etmək mümkün deyil Biz daxilən gözəlləşməsək, yaxud fitrən gözəl olmasaq, bu ideala qovuşa bilərikmi? Məncə, yox! İndi plastik əməliyyatlarla üz-gözünü, boy-buxununu gözəlləşdirə, zahirən kukla kimi, maneken kimi gözəl görünə bilərsən. Ancaq bu, nəyəsə, hansı bir əşyayasa rəng, boya vurmaqdan, biçim verməkdən uzağa gedə bilməz. Məncə, heç zahirən də tam çirkin, eybəcər insanlar yoxdur. Gözəlliyin nüvəsi daxili gözəllikdir, daxili mədəniyyətdir, batini, fitri HÜSNdür. Bu hüsn olmasa, nə qədər zahirən gözəl olsan da, hurü qılmana oxşasan da, bir o qədər çirkin və eybəcərsən. Bir də unutmaq olmaz ki, ümumiyyətlə, gözəllik idealın, mahiyyətin gerçəkləşmiş təzahürüdür. Nə qədər ki, insan reallığın əsarətində olur, nə qədər ki, idealdan, mahiyyətdən uzaq olur, bir o qədər insan eybəcər olur. Bir də müşahidə etmişəm ki, bizim leksikonumuzda gözəllikdən çox eybəcərliyi daha dəqiq bildirən sözlər, söz birləşmələri, sabit, frazeoloji sözlər daha çoxdur. Bəlkə bu, ona görədir ki, bəşəriyyət hələ formalaşmayıb, xüsusilə bizim rüşvətlə nəfəs alan ölkələrdə eybəcər hallar, eybəcərliklər bütün ictimai-siyasi-iqtisadi sferaları əhatə edib. Buna görə də “Sözü – uca, özü – alçaq”ları qələmə alarkən bu eybəcərlik təmsilçilərini təsvir etməkdə söz qəhətçiliyi çəkmədim. Bu yeni il qabağı sürprizi təşkil edən Cahit bəyə təşəkkürlər!
