Araz Gündüz
arazgunduz@yandex.ru
45 yıl önce Məmməd Araz’ın “Sən kimə gərəksən, mən kimə gərək?” adlı şiirinden etkilenerek bir yazı karalamıştım. Bir dörtlüğü şöyleydi:
Çok da ışık gelen tarafta duvar var…
Çok da dağ engeli, kaya duvar var,
Dünyaya gelmeye güneş yol bulur –
Güneşle yan yana durmasa meşrep,
Sen kime gereklisin, ben kime gerek?
Bir keresinde Ali Bey Kerimli’nin röportajlarından birinde şöyle bir anekdot dikkatimi çekmişti: “Geceleri, yatmaya hazırlanan küçük oğlum Timur’a Azerbaycan halk masallarından birini anlatıyorum. Fakat bu masalların bazı yerlerini değiştiriyorum. Mesela, oğlumun Məlikməmməd’in kardeşlerinin ipini kesip kuyuya attıklarını duymasını istemiyorum. Bırakın, kardeşin kardeşe ihanet edebileceğini aklına bile getirmesin. Bunun gibi, diğer masalları da gerektiğinde değiştirerek, manevi ve ahlaki değerlerin üstünlüğü ilkesi üzerine kuruyorum.”
Şimdiki çocukları bilmiyorum ama bizim çocukluğumuzdaki oyunlar arasında dünyayı “baş aşağı” çevirme oyunu da vardı. Çok basit bir oyundur: Başını aşağı eğersin, ayaklarının arasından geriye bakarsın ve dünya tersine döner. Azerbaycan’ın bugünkü rejimi de hepimizi bu oyunun katılımcısı olmaya zorlamak istiyor…
Geliniz, bir anlığına başımızı dik tutup birbirimizin gözlerinin içine bakalım, elimizi vicdanımıza koyup şu soruya cevap arayalım: Ali Kerimli, iktidarın iddia ettiği gibi Rus casusu mudur? Onun Ramiz Mehdiyev gibi liyakatini ve haysiyetini kariyere satan bir ahmakla iş birliği olabilir mi? Ramiz Mehdiyev’in yazdığı “mektuptaki” elli kişiden biri Ali Kerimli ise, diğerleri kimdir?
Aslında ruhani Taleh Bağırzadə kırılabilseydi ve Ali Kerimli’nin karşısına dikilmeye zorlansaydı, şimdi çoktan “İran casusu Ali Kerimli” masallarını dinliyor olacaktık.
Ali Bey’in silah arkadaşlarını kırıp onu yalnız bırakmayı başarsalardı, şimdi çoktan “milyonlarca manatı zimmetine geçiren dolandırıcı Ali Kerimli” efsaneleri ortalıkta dolaşıyordu.
Sovyet döneminde şöyle bir fıkra vardı: Komutan hücum emri veriyor. Tam o sırada bir askerin siperden çıkıp geriye kaçtığını görüyor, durdurup sebebini soruyor. Askerin cevabı: “Ben gidiyorum, uzaktan hız alıp hücuma geçeyim.” Bugün Azerbaycan’da kendisine siyasetçi ve siyasi parti diyenlerin çoğuna yakışan bir örnek değil mi?
Əliağa Vahid’in gazellerinden birinde şöyle bir beyit var:
Şairler içinde sanma hünersizdi Vahidi,
Vahid ne de olsa, yine bir iddiası var.
Vezni bozsa da, bence son mısra şöyle olsa daha güzel olurdu:
Vahid ne de olsa, yine bir ideası var…
Ali Kerimli gibi inancı, prensipleri ve idealleri uğruna cesaretle, gözünü kırpmadan, korkusuzca mücadele eden bir insanı zulmün pençesinden kurtarmaya gücü yetmeyen bir toplumun üyesi olmak gerçekten üzücüdür…
Ali Kerimli için yazılabilecek tek iddianame şudur: Halkını, vatanını yürekten sevdiği, inancına sadık kaldığı, davranışlarını yüz ölçüp bir biçtiği, bütün faaliyetini hayra ve hizmete adadığı, halkının çiğnenen hakları uğrunda yorulmadan mücadele ettiği ve halkını kendi haklarına sahip çıkmak üzere örgütlendirdiği için suçlanmakta ve sevdiklerinin gözleri önünde yok edilmeye mahkûm edilmektedir.
Görün, bu yazılanlar size de tanıdık geliyor mu?
“…Çok muhtemeldir ki, nice yıllardır halkımızın kulağını güzel masallarla doldurup, cehaletin en büyük mutluluk olduğunu aşılayan tarih kitaplarının yerine, Avrupa’dan gerçek tarihi anlatan kitaplar gelsin. Bu kitaplar halkımıza iyiyi kötüden ayırt etmeyi, doğruculuğu, yurt sevgisini öğretebilir; ama bu, bizim ülkenin hukuk sistemine tamamen terstir.
…Emirlerimizi bozmamaları için biz onların hepsine düşünmeyi de yasak ediyoruz. Bütün müminler bu buyruğumuzu duysun: Birdenbire birinin üç kelimeyi birleştirip açık bir cümle kurabildiğini görürlerse, hemen gammazlayıp kim olduğunu bize bildirsinler. Yurttaşlarımıza bundan böyle, Osmanlı saltanatımızın âdetine uygun olarak, bütün konuşmalarında hiçbir anlamı olmayan kelimeler kullanmalarını emrediyoruz.
İmparatorluğumuzun başkentine, kaçak yollarla herhangi bir yabancı düşüncenin girmemesi için, ülkemizin batısındaki bataklıklardan birinde doğmuş olan sarayın başhekimini bu işin üzerine nöbetçi koyuyoruz. Şimdiye kadar sultanın ailesinden dört kişinin bu hekimin elinde öldüğünü bildiğimizden, bilgilerin yayılmaması konusunda onun herkesten fazla gayret göstereceğini düşünüyoruz. Bu emrimizle ona sıkı sıkı tembih ediyoruz: Şehrimizin kapısından girmek isteyen, ister yazılı ister sözlü olsun, bütün düşünceleri yakalayıp ellerini ayaklarını bağlayarak yanımıza getirsin ki, biz de gereken en ağır cezayı verelim.
Hicri 1143 yılında, Muharrem ayının 7’sinde, dört bir yana cehalet saçan sarayımızda buyurulmuştur.”
Voltaire – “Kitap Okumanın Çok Büyük Zararları Hakkında” (1730)
Dahi Rus yazarı Lev Tolstoy, 1902’de Rus Çarı II. Nikolay’a gönderdiği mektupta şöyle yazıyordu: “Siz bunu bilemez değilsiniz: İnsanlığın bilinen bütün tarihi boyunca yaşadığı hayat ve bu hayata bağlı ekonomik, toplumsal, dini ve siyasi formalar sürekli değişmiş; kaba, acımasız ve anlamsız biçimlerden daha yumuşak, daha insani ve anlamlı biçimlere geçmiştir.”
Bütün diktatörlerin aptallık hastalığından mustarip olduğuna hiç şüphem yok. Bugün tarihin akışının Azerbaycan’da yanılacağına ve kendilerine uzun vadeli iktidar şansı vereceğine inananların ne aklı ne de geleceği vardır. Tarih, ilerlemeyen halkları ilerleyen halkların gübresine çevirir. Bizi bekleyen bu kaderi yaşamamak için gücümüzü toplamamızın tam zamanıdır.
Azerbaycan Türkçesinden çevrilmiştir. Aslı aşağıdadır.
Əli Kərimli nəyə görə cəzalandırılır?
45 il qabaq Məmməd Arazın “Sən kimə gərəksən, mən kimə gərək?” adlı şeirindən təsirlənib bir yazı qaralamışdım, bir bəndi beləydi:
Çox da işıq gələn tərəfdə div var…
Çox da dağ maneə, qaya divar var,
Dünyaya gəlməyə günəş yol tapar –
Günəşlə yanaşı durmasa məslək,
Sən kimə gərəklsən, mən kimə gərək?
Bir dəfə Əli bəy Kərimlinin müsahibələrindən birində belə bir epizod diqqətimi çəkmişdi: “Gecələr, yatmağa hazırlaşan kiçik oğlum Timura Azərbaycan xalq nağıllarından birini danışıram. Ancaq bu nağılların bəzi yerlərini dəyişirəm. Misal üçün, istəmirəm ki, mənim oğlum Məlikməmmədin qardaşlarının onun ipini kəsib quyuya atdıqlarını eşitsin, qoy, o, qardaşın qardaşa namərdlik edə biləcəyini ağlına belə gətirməsin. Bunun kimi, başqa nağılları da yeri gəldikcə dəyişir, mənəvi-əxlaqi dəyərlərin üstünlüyü prinsipi üzərində qururam”.
İndiki uşaqları bilmirəm, bizim uşaq oyunlarımızın arasında dünyanı “baş-ayaq” etmək oyunu da vardı. Çox sadə oyundur: başını aşağı əyirsən, ayaqlarının arasından geriyə baxırsan və dünya “baş-ayaq” olur. Azərbaycanın bugünkü rejimi bizim hamımızı bu oyunun iştirakçısı olmağa məcbur etmək istəyir…
Gəlin, bir anlığına, başımızı dik tutub bir-birimizin gözünün içinə baxaq, əlimizi vicdanımıza qoyub bu suala cavab axtaraq: Əli Kərimli, iqtidarın dediyi kimi, rus casusudurmu? Onun Ramiz Mehdiyev kimi ləyaqətini, heysiyyətini karyeraya satan bir əbləhlə iş birliyi ola bilərmi? Ramiz Mehdiyevin yazdığı “məktubdakı” əlli nəfərdən biri Əli Kərimlidirsə, qalanları kimdir?
Əslində ruhani Taleh Bağırzadə sındırılsaydı, Əli Kərimlinin üzünə durmağa məcbur edilsəydi, indi biz çoxdan “İran casusu Əli Kərimli” nağıllarını dinləməkdəydik.
Əli bəyin silahdaşlarını sındırıb onun üzünə durmağa məcbur etsəydilər, indi çoxdan idi, milyon manatları mənimsəyən “fırıldaqçı Əli Kərimli” əfsanələri ortalıqda dolaşırdı.
Sovet dönəmində belə bir lətifə vardı: “Komandir hücum əmri verir, bu vaxt, bir döyüşçünün səngərdən çıxıb geriyə qaçdığını görəndə onu saxlayıb səbəbini soruşur. Əsgərin cavabı belə olur: Mən gedirəm, uzaqdan sürət yığıb hücuma keçim”. Bugün Azərbaycanda özünə siyasətçi, siyasi partiya deyənlərin çoxuna yaraşan bir örnək deyilmi?
Əliağa Vahidin qəzəllərindən birində belə bir beyt var:
Şairlər içrə sanma hünərsizdi Vahidi,
Vahid nə də olsa, yenə bir iddiası var.
Vəzni pozsa da, düşünürəm, sonuncu misra belə olsa daha gözəl səslənərdi: Vahid nə də olsa, yenə bir ideyası var…
Əli Kərimli kimi əqidəsi, prinsipləri, idealları üçün hünərlə, göz qırpmadan, qorxub-çəkinmədən döyüşən bir insanı zülmün pəncəsindən qurtarmağa gücü çatmayan bir cəmiyyətin üzvü olmaq çox üzücüdür…
Əli Kərimli üçün yazıla biləcək yeganə ittiham aktı: Xalqını, vətənini ürəkdən sevdiyi, əqidəsinə sadiq olduğu, davranışlarını yüz ölçüb bir biçdiyi və bütün fəaliyyətini xeyirə xidmətə sərf etdiyi, xalqının tapdanan haqları uğrunda yorulmadan mübarizə apardığı və xalqı öz hüquqlarına sahiblənmək istiqamətində təşkilatlandırdığı üçün ittiham edilir və sevdiklərinin gözü önündə məhv edilməyə məhkum olunur.
Görün, bu yazılanlar sizə tanış gəlirmi?
“…Çox ola bilər, neçə illərdir xalqımızın qulağını gözəl nağıllarla doldurub, ona bu cəhalətin ən böyük xoşbəxtlik olduğunu aşılayan tarix kitablarının yerinə, Avropadan gerçək tarixi anladan kitablar gəlsin. Bu kitablar xalqımıza, yaxşını pisdən ayırd eləməyi, doğruculluğu, yurd sevgisini öyrədə bilər, bu isə bizim ölkənin hüquq sisteminə büsbütün ziddir.
…Bizim əmrlərimizi poza bilməmələri üçün, biz onların hamısına, düşünməyi də yasaq eləyirik; qoy bütün möminlər bu buyuruğumuzu eşitsinlər: birdən kiminsə, üç sözü biri-birinə qoşub aydın bir cümlə qura bildiyini görsələr, dayanmadan, onları çuğullayıb, kim olduqlarını bizə çatdırsınlar. Yurddaşlarımıza, bundan sonra da, bizim Osmanlı səltənətinin adətinə uyğun olaraq, bütün danışıqlarında heç bir mənası olmayan sözlərdən istifadə etməyi əmr edirik.
Bizim imperiyanın paytaxtına, qaçaqmalçılıq yolu ilə, hansısa yad düşüncənin gətirilə bilməməsi üçün, ölkəmizin günbatanındakı bataqlıqların birində doğulmuş olan sarayın baş həkimini, bu işlərin üstündə keşikçi qoyuruq: indiyə kimi sultanın ailəsindən dörd adam bu baş həkimin əlində öldüyündən, bizim ölkəmizdə biliklərin yayılmaması üçün onun hamıdan artıq can yandıracağını düşünürük. Biz, bu əmrimizlə ona bərk-bərk tapşırırıq: qoy o, şəhərimizin qapısından içəri keçmək istəyən istər yazılı, istərsə də ağızla deyilə bilən bütün düşüncələri tutub, əl-ayaqlarını sarıyaraq, bizim yanımıza gətirsin ki, biz də gərəkli saydığımız ən ağır cəzanı onlara verə bilək.
Hicri 1143-cü ildə3, Məhərrəm ayının 7-də, bizim dörd bir yana cəhalət yayan sarayımızda buyurulmuşdur”.
Volter. “Kitab oxumağın çox böyük ziyanları barədə”. 1730-cu il.
Dahi rus yazıçısı Lev Tolstoy 1902-ci ildə rus çarı II Nikolayı idiotizmdən çəkindirmək niyyəti ilə ona göndərdiyi məktubunda yazırdı: “Siz axı bunu bilməyə bilməzsiniz: insanlığın bizə bəlli olan bütün tarixi boyunca, onun yaşadığı həyat, habelə bu həyatla bağlı olan iqtisadi, ictimai, dini və siyasi formalar ara vermədən dəyişilmiş, qaba, amansız və mənasız formalardan, daha yumşaq, insani və mənalı formalara keçmişdir”.
Bütün diktatorların idiotizm xəstəliyindən əziyyət çəkdiyinə şübhəm yoxdur və bugün tarixin gedişinin Azərbaycanda yanılacağına, özlərinə uzunmüddətli hakimiyyət şansı verəcəyinə inananların ağlı olmadığı kimi gələcəyi də yoxdur. Tarix tərəqqi etməyən xalqları tərəqqiyə qoşulan xlaqların gübrəsinə çevirir və bizi gözləməkdə olan belə bir taleyi yaşamamaq üçün gücümüzü toparlamağın əsil vaxtıdır.