Hiç….

-Edebiyat - 13 Ocak 2018 10:26

Saadet Cahangir

Adı konulmamış şiirler silsilesinden…

İndiki qapıların
içi, çölü birdi… heç,
daha könül də açmaz 
üzləri dəmirdi… heç…

özünlə danışarsan:
-bu nə səs-səmirdi?
-heç…
kimsəyə söyləməzlər
belə gizli dərdi heç…

geridə bir hekayə,
danışmayım, sirrdi… heç…
dünya səni kiminsə
unutduğu yerdi… heç…

 

BENZER HABERLER