Eldeniz Quliyev
Azerbaycan Aydınlar Birliği Başkanı
Bu gün nəhayət ki, Qobustan həbsxanasında hacı Mövsüm Səmədovla görüşə bildim…
Əhval-ruhiyyəsi yaxşı idi. Dost – tanışlara, İslam partiyasının üzvlərinə,sədr əvəzi hacı İlham Əliyevə, eləcə də dini camiyə -islami, əxlaqi və mənəvi dəyərlər uğrunda mübarizə aparan bütün qardaş-bacılara salamlarını göndərdi. Eyni zamanda, insan hüquq və azadlıqlarınin qorunması istiqamətində daima fədakarlıq göstərən Leyla Yunusa, vəkil Yalçın İmanaova xüsusi sayğı və minnətdarlığını çatdırmağı xahişi etdi.
Hacı Mövsümlə ölkədə və dünyada baş verən hadisələr barədə geniş fikir mübadiləmiz oldu. Deyim ki, dəyərli hacı bütün əhəmiyyətli hadisələrdən xəbərdardı; olaylara münasibətdə isə, həmişə olduğu kimi, böyük ruh yüksəkliyi və mübarizə əzmi nümayiş etdirir. O, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını, sözün əsl mənasında, siyası sərsəmlik kimi dəyərləndirdi və bu bədnam qərara qarşı sərt şəkildə etiraz etməyin vacibliyini vurğuladı. Ölkənin dini kəsimi ilə mütərəqqi düşüncəli ziyalıların, habelə mənəviyyatlı yaşam tərzi, xoşbəxt və demokratik Azərbaycan uğrunda mücadilə aparan insanların bir araya gəlməsinin talehyüklü məsələ olduğunu vurğuladı.
Məndə belə təəssürat yarandı ki, Hacı Mövsüm Səmədov azadlıqda yaşayanların çoxundan azaddır. Və bir daha əmin oldum ki, İman sahibi, ibadət əhli, özünün dini dəyərlər daşıyıcısı missiyasını dərk edən, ən başlıcası,- ruhən azad olan İNSAN üçün… həbsxana divarları və qıfıllı qapılar heç vədə qorxulu reallıq sayılmır!..
Allah-Təalanın köməyi və haqq uğrunda mübarizə sayəsində o qapılar da, o qıfıllar da açılar, inşAllah!