Pişmanım, Perişanım!

-Edebiyat - 27 Kasım 2017 17:05 A A

Hafiz Rüstem

hafiz.1951@mail.ru

 

Bu şerin yazılmasından 17 il keçir – hətta bu sətirlərə həzin bir musiqi də bəstələmişdim. Burdakı motiv və mahiyyət dəyişməyib. Bu üzücü “müstəqillik” dövründə nə şəxsi həyatımızda, nə də ictimai-siyasi-iqtisadi sferada dəyişiklik və inkişaf nəzərə çarpmır, əksinə qeyri-müstəqil olduğumuz keçən əsrin 70-ci illərinin tənəzzül və durğunluq dövrünü xatırladır. Bu rejim 20 faiz işğal ərazilərimizi həmişəlik dondurub, konservləşdirib, qalanlarını da özü üçün özəlləşdirib.
Fars mənşəli “peşman” sözünə orfoepik normaya uyğun olaraq uzun, incə “i” saitini artırmışam – o həm də uzun və sağalmaz dərdlərimizi ifadə edir.

Söz deməyin vaxtı çatır, susmaq olmur,
Soyuq-soyuq daştək qulaq asmaq olmur.
Nə səbri, nə hövsələni basmaq olmur,
Haqq səsimi qaldırıram! Mən insanam!
Peşimanam, pərişanam…

Çoxu qorxur, əlində ixtiyar olmur,
Onunçün də bu millət bəxtiyar olmur.
Axı bir gül açılmaqla bahar olmur,
Mən də elə sizin kimi bir xəzanam,
Peşimanam, pərişanam…

Çox fəxr etmə keçmişinlə, bu gün kimsən?
Babaların hakim, özün müttəhimsən.
Özünə dost, qeyrilərə bir qənimsən,
Quş dilində danışan bir Süleymanam
Peşimanam, pərişanam…

Dünya – ovlaq, məkr – ovçu, qalan ovmuş,
Addım-addım bizi güdən ya qandalmış, ya buxovmuş.
Taleyimiz yad əllərdə bir girovmuş,
Xoşbəxtliyə indi necə bəs inanam?
Peşimanam, pərişanam…

Anlamıram bu gördüyüm nə həyatdır?
Keylik, süstlük əcaib bir ehtiyatdır.
Dəli könlüm buna yaman narahatdır,
Bu gündən çox sabah üçün nigaranam, 
Peşimanam, pərişanam…

2000

-Edebiyat - 17:05 A A
BENZER HABERLER

YORUM BIRAK

YORUMLAR

  • hafiz 27 Kasım 2017 18:37

    Cahit bəy, Sizə heç bilmirəm, təşəkkürümü necə ifadə edim? Aqillər yaxşı demişlər ki, insana təşəkkür etməyənin Allaha şükrü qəbul edilməz. Siz imeylinizə göndərmədiyim bu şerimi müəllifinə ehtiram əlaməti olaraq öz möhtəşəm saytınızda yayımlamısınız. Bununla da Siz təkcə mənə yox, həm də təmsil etdiyim başı dərddə olan ölkəmizə diqqət və sayğınızı bildirmisiniz. Siz nəticə etibarilə peşman və pərişan qəlbimi sevindirmisiniz. Tanrım Sizdən razı olsun, Cahit bəy!