Ebülfez Elçibey Ekseninde Azerbaycan’da Tarihi Gerçekler (II)

Daşgın Ağalarlı
dahsginagha@gmail.com
May ayınnn 3 -cü ongünlüyündə Bas Nazir Pənah Hüseynovun Ingiltərə səfəri gercəkləşdi.Bu səfərdə Ermənistanın Baş Naziri ilə Ingiltərə Baş Naziri Con Meycorun vasitəçiliyi ilə çərçivə müqaviləsi imzalanmalı idi. Daglıq Qarabağda ermənilərə mədəni muxtariyyət verilməsi,erməni dilində təhsil,din sərbəstliyi ve.s nəzərdə tutan bu müqavilənin imzalanması təşəbbüsü Rusiyanı özündən cıxarmısdı. Azərbaycandakı emissarları vasitəsilə “xəyanət” dedi qodusu yapdırır,”Hərbi Şura” deyilən antimilli qurumun işinin güclənməsinə çalışırdi.
Eyni zamanda bir qədər əvvəl Ermənistanla separat atəşkəs müqaviləsi imzalamış Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də Bakıdakı pozuculuq,sabotaj fəaliyyətini genişləndirmiş,bu işe çox saylı insan və maliyyə cəlb etmişdi.Naxçıvanın iqtisadi potensialının artırılması üçün Turkiyənin EKSIMBANK-indan alınan 200 milyon dollarlıq kredit də əsasən bu işə xərclənirdi.Eyni zamanda Əli Ömərov,Şadman Hüseyn,Samur Novruzov,Arif Rəhimzadə kimi deputatlar,Nemət Pənahlı da Surət Hüseynovun ətrafina toplanır,onu hərbi çevriliş törətməyə sövq edirdilər.Çox maraqlıdır ki,erməni-rus qüvvələrinin iyun ayının 15 -dən etibarən Kəlbəcərdən çıxarılmasına dair qrafikin Ermənistanın da imzalamasına nail olmuş,Dağliq Qararabağ ermənilərinə mədəni muxtariyyət verilməsinə razı olmuş hakimiyyətə “xain” damğası vurmaq istəyən ,S.Hüseynov rəhbərliyindəki “Hərbi Şura” deyilən qanundankənar qurum Ermənistanla atəşkəs və dostluq müqaviləsi imzalamiş H.Əliyevlə birgə çıxış edirdi. Təkcə bu fakt çevriliş planlarını yapanların gercək niyyətlərinin hardan qaynaqlandığını göstərir.
H.Əliyevin emissarları əhali arasında təşviş və dedi qodu strategiyasını genişləndirir,bunun üçün əhalinin aclığa sürüklənməsinə çalışırdılar. Bakı Çörək zavodlarından çörək mağazalarına daşınan çörəklərin pulunun sürücülərə artıqlamasıyla ödənilib,çörəklərin Xəzər dənizinə axıdılması faktları bizə sonralar məlum oldu. Bu işe rəhbərlik edənlərdən biri,əslən Ordubad rayonundan olan tacir,Qoçəli adlı adam sonralar etdiyi əməlin xəyanətindən dolayı xəstə düşmüş,günlərini ağlayaraq Allaha yalvarmaqla keçirmişdi…Məncə o adam hələ də sağdır.
Nehayət bəlli,4 iyun qiyamı başladı.Gəncəde hökümət quvvələri müəmmalı uğursuzluğa düçar oldular.Baş Nazir istefa verdi.Məsələyə Turkiye Prezidenti S.Dəmirəl müdaxilə etdi.O H.Əliyevin Bakıya cağırılması və hakimiyyətdə yer almasının vaciblyi təklifi ilə çıxış etdi. Prezident Elçibəy koalisiya üçün üstünlüyü AMIP sədri E.Məmmədova verdi.Lakin E.Məmmədovun ətrafi da artıq H.Əliyevdən direktivlər alırdı.(Sonradan göründüyü kimi AMIPin yarısından çoxu Əliyev gələn kimi onun tərəfinə,az sonra isə YAP-a kecçdi).
E.Məmmədov koalisiya ücün Konstutusiya quruluşumuzun dəyisməsini istədi,Prezidentin formal səlahiyyətlərə və təmsilçilik haqqına sahib bir yetkisiz fiqur olmasını istədi.Təbii ki,ona rədd cavabı verildi.
S.Dəmirəl Prezident Elçibəyə təzyiqini davam etdirirdi.Elçibəy onun Bakiya dəvət olunmasına bir şərtlə razılıq verdi ki,o Baş Nazir təyin olunacaq və dərhal Elçibəyle birgə mətbuat konfransı kecirəcək,qiyamın ölkə müstəqilliyinə qəsd planı daşıdığını bəyan edecəkdi.
H.Əliyev Baş Nazirliyə deyil Parlament sədrliyinə iddiasını irəli sürdü,yalniz bu halda deyilən bəyanatı verməyə razı oldu. Artiq iş işdən keçmişdi,vaxt uduzulmuşdu.Dəmirəlin Elçibəye davamlı telefon etməsini və məsləhətlərinə (əslində basqısına) davam etməsini də nəzərə alsaq Elçibəy buna da razılıq verdi.Isa Qəmbər Parlament Sədrliyindən istefa verdi və yerini H.Əliyevə güzəşt etdi…
Bundan sonrası Azərbaycanda yeni epoxanın başlanğici oldu.
Demokratik Dövlətin totalitarizmlə,demokratiyanın diktatura ilə,insan hüquqlarının repressiyalarla,vətəndaş cəmiyyətinin bütün sahələrdə dövlət nəzarətinin və monopoliyanın güclənməsi ilə … əvəzlənməsi prosesi başladı.
Keçmis DTK generalı olaraq H.Əliyev qorxu və şaiyə texnologiyalarını işə saldı. Saxta sepatratizm görüntülərinin yaradılması,saxta “dövlət çevrilişinə cəhdlərin” planlanması,”dağılmaqda və parçalanmaqda olan ölkənin xilaskarı” obrazının yaradılması…və daha necə necə qorxulu planlar gerçəkləşməyə başladı. Hələ kövrək olan və yeni yaranmaqda olan vətəndaş cəmiyyətinin bütün atributları kosmetik don geyindirilərək məhv edilməyə doğru gedirdi. Azad mətbuat,azad söz dəhsətli imtahan qarşısındaydı və sonralar çox dəhsətli qurbanlarını da verdi.
Proqressiv qanunlar yerini bir adamın hakimiyyətinin quvvətlənməsinə,repressiya aparatının güclənməsinə xidmət edən qanunlara verdi.
1990 -cı ildə komendant saatı şəraitində belə kecirilən Parlament seçkisi 1995 -ci ildə kecirilən “seçki”lərlə müqayisədə nümunə sayılacaq qədər fərqli olmuşdu.
“Xarici Investisiyanın qorunması üzre Dövlət Komitəsi” ləğv edildi.Rüşvet və “şapka” verməyə razı olmayan investorlar ölkədən qovuldu.Xeyli sayda regional layihələr donduruldu.
1994 -cü ilin oktyabr və 1995 -ci ilin mart siyasi şouları nəticəsində yüzlərlə insan öldürüldü,minlərlə insan həbsə atıldı.
(Haşiye cıxıb onu qeyd edim ki,bir il yarım ərzində ölkə həbsxanalarındakı insan sayı 7000(yeddi min)dən 40000(qırx min)ə yaxınlaşdı.Bunların böyük bir qismi siyasi həbslər idi)
Ən dəhşətli zərbələrdən biri də Iqtisadi sahəye dəydi. Azad ticarətin tədricən monopoliyalara bölünməsi və hər sahənin bir məmura,bir Əlyev ailəsi fərdinə tabe etditrilməsi prosesi başladı.
Neft Muqavilələri üzrə Konsorsiumun işi dayandırıldı,alver başladı…
Bütün bu baş verən və bundan sonralar da verəcək ağır,repressiv,depressiya,siya
Əlbəttə var idi və bu səhvlər bəzən bağışlanmaz həddə idi.Amma bir fərq var ki,Elcibəy bir dövlət başçısı olaraq əsasən xoş niyyətinin,hakimiyyeti qorumagin ehemiyyetini tam basa dusmeyen,xeyli sayda namərd və romantik kadrların qurbanı olurdu.Özü tam səmimiyyətlə təşəbbüsə və inkişaf projelərinə açıq idi.Amma Prezidenti qoruyacaq,intizami saxlayacaq institutlar yox derecesinde idi.
Milli Hakimiyyət (Elçibəy hakimiyyəti qısaca belə adlanır və bunu haqq etmişdi) sanki özünü qoruma instinktindən uzaq idi.Böyük əksəriyyət inanmaq istəmirdi ki,kimlərsə namərdcəsine onları devirmək xəyalına düşə bilər.Muharibə cəbhəsində ciddi uğurlar əmələ gəlmişdi və ədalətli sülhə yaxınlaşılmışdı.Ordu və Daxili işlər sistemi islahata doğru gedirdi.Hüquq mühafizə sistemi,məhkəmə sistemi növbəti Parlament seçkilərindən sonra yeni və tam ədalətli simasını alacaqdı.Professional və vicdanlı kadrların axtarışı və işə cəlb edilməsi prosesi gedirdi.Xaricdə təhsil alan gənc kadrların ölkəyə dönmələri gözlənilirdi ki,dövlət idarəçiliyinə yeni nəfəs gəlsin…
Azərbaycanın Baş Naziri Pənah bəy Dövlət Katibi olduğu dövrdə də Baş Nazir kimi də bir necə dəfə qiyam edeceklerini aciq aşkar bildirən adamlarla məxfi görüslərdə iştirak etmiş,onların aldadıcı oyunlarına inanmışdı,daha doğrusu aldanmışdı.Perspektivde herbi cevrilis planlasdiranlarin Azerbaycan ve xaricde cox tecrubeli meslehetcileri var idi.Gəncə ətrafindan gələn ciddi məlumatlara dırnaqarası baxmasının bir səbəbi də bu aldanışlar idi.Hökümət başçısı kimi Pənah bəyin ətrafinda,bir neçesi Baş Nazirin muavini sifətiylə,şübhəli,korlanmiş reputasiyaya malik,Rusiyaya casusluq edən,H.Əliyevə açıq aşkar simpatiya göstərən…kadrlar cxluq teskil edirdi.
H.Əliyevin sonralar hakimiyyətini möhkəmləndirmək ücün istifadə etdiyi Neft Müqavilələrinin imzalanması lüzumsuz olaraq ləngidilirdi(bu barədə birinci yazıda məlumat vermişdim)…
Prezident Elçibəyin manevrlərə açıq olmaması,tam musteqillik xetti bir cox xarici dairelerde narahatliq yaratmisdi. Bu,əsasən Rusiya ilə münasibətdə özünü göstərirdi….
Prezident Əbülfəz Elçibəyin Finlandiyaya,Helsinki Aktını imzalamaq üçün etdiyi rəsmi səfəri nəzərə almasaq bir Prezident kimi ikinci rəsmi səfərini Rusiyaya etmişdi.Rusiyada onu Baş Nazir Yeqor Qaydar,Xarici Işlər Naziri Andrey Kozırev,Moskvanın Meri Qavriil Popov və digər çox yüksək ranqlı dövlət xadimləri qarşılamısdı ki,bu o vaxtlar Rusiya üçün alışıq bir durum deyildi.Prezidentlər Elçibəylə Yeltsin protokolda göstərildiyi kimi 30 dəqiqə 65 dəqiqə təkbətək görüşmüşdülər.Prezident Yeltsin Elçibəyi azərbaycan türkcəsində salamlamış,Prezident Elçibəy isə salamalaşmadan sonra bütün danışıqlar boyu ana dilində danışmışdı.Nümayəndə heyətinin üzvü,Baş Nazirin birinci müavini Abbas Abbasovdan fərqli olaraq Rusiya Prezidenti bu halı gülüşlə deyil,ciddi qarşılamışdı və bunun üçün 2 professional tərcüməçinin xidmətindən istifadə etmişdi…
Sonradan bəlli olduğu kimi Prezident Yeltsin təkbətək görüşdə Elçibəydən bir demokrat – dissident olaraq onu Müstəqil Dövlətlər Birliyində(MDB) kommunistlərlə tək buraxmamağı,heç olmasa MDB- yə assosiativ üzv olmağı xahiş etmişdi.Əvəzində,Elçibəyin istəyi üzərinə Azərbaycanla ikitərəfli müqavilələrin imzalanması üçün ciddi dəstək verəcəyini bəyan etmişdi…
Prezident Yeltsin bu istəyi numayəndələrarası göruşdə və birgə mətbuat konfransında da bəyan etmişdi.Prezident Elçibəy Rusiya Prezidentinin bu tələbinə rəsmən razılıq verməsə də “yox” da deməmişdi və Boris Yeltsin bunu perspektivdə baş tutacaq razılıq kimi qiymətləndirmişdi…
Bildiyimiz kimi,H.Əliyev hələ Prezident səlahiyyətlərini icra edərkən Azərbaycanı MDB -yə üzv etdi. Hakimiyyət komandasının bir neçə ciddi üzvü Azərbaycana yönəlik Rusiya təhlukəsini önləmək üçün Elçibəydən MDB -yə tamhüquqlu deyil assosiativ üzv olmağa razılıq verməyi xahiş etmişdi.
Dövlət çevrilişi prosesi 3 oktyabr 1993 -cü ildə H.Əliyevin ekstremal şəraitdə keçirilən seçkilərdə Prezident “seçilməsi” ilə başa çatdı və o tarixdən sonra H.Əliyev öncə hegemoniyasının,sonra isə Əliyev dinastiyasının qurulması və möhkəmlənməsi prosesinə start verdi.
Hələ 1993 -cü ilin iyul ayında,Ermənistanla cəbhə xəttində ağır durum hökm surərkən 51 özünümudafiə batalyonunun ləğivi(nizami ordu quruculuğu bəhanəsiylə) sərhəd rayonlarımızın dalbadal işğalı,bir çox hallarda bir gullə belə atilmadan işğalı ilə muşayiət olundu.Əslində H.Əliyevin bu xain qərarı başqa şeyə xidmət edirdi…
Qiyam prosesində sonradan önə keçən,Elçibəyin də dəvəti uzərinə Bakıya gələn H.Əliyev bir tərəfdən polkovnik S.Hüseynovla gizli danışıqlar aparır,digər tərəfdən də Rusiyada olan emissarları və dostları vasitəsiylə Boris Yeltsindən onun Azərbaycana rəhbərliyini tanımağı xahiş edirdi.Lakin Yeltsin onu inadla rədd edir,keçmiş Prezident Ayaz Mutəllibovun Azərbaycan rəhbərliyinə qayitmasında maraqlı olduğunu bəyan edirdi.Iranla da ciddi danışıqqlar aparan Əliyev Iranin istəyi uzrə Konstitusiyaya Azərbaycan bir Islam Dövləti olmaıi barədə bənd salacağını vəd etmiş,beləliklə Irandan tam dəstək almışdı.
Amma Boris Yeltsin H.Əliyevə heç cür razılıq vermir,ona inanmadığını açıq aşkar bildirirdi.Əliyev isə özünün Rusiyaya daha sədaqətli övlad olduğunu bütün həyatı boyu sübut etdiyini,Yeltsinin istənilən şərtini yerinə yetirməyə hazır olduğunu bildirirdi.Beləliklə,Yeltsin ondan Dağlıq Qarabağ ətrafi 5 rayonu(Ağdam,Füzuli,Cəbrayıl,Q
Beləiklə Əliyev onun diktaturasını asanlıqla qəbul etməyəcək,milli şüurlu silahlı birləşmənin əsas qismini neytrallaşdırdı.Sonra isə,növbə Daxili Işlər strukturunda olan qüvvələr(R.Cavadovun timsalında) gəlirdi…Zəngin provakasiya və şaiyə yaymaq təcrübəsindən,provakativ diversiyalar və silahlı toqquşmalar yarada bilmə təcrübəsindən,xalqin psixoloji durumundan istifadə etmə təcrübəsindən yaralanmaqla bu “təhlukələri” də neytrallaşdırdı və yuxarıda qeyd etdiyimiz kimi,yuzlərlə insan öldürüldü,minlərlə insan həbsxanalara atıldı…
H.Əliyev sözdə demokratiyadan tez tez danışsa da az cox azadlıq görmüş xalq,körpə də olsa yaranmaqda olan vətəndaş cəmiyyəti,xeyli sayda azad mətbuat onun üçün niyyətlərini gerçəkləşdirmək yolunda çox böyük əngəl idi.
Təsadüfi deyil ki,1995 -ci ildə onun rəhbərliyi ilə keçirilən hökümət iclasında Ədliyyə Naziri Südabə Həsənova hətta Prezidentə müxaliflik etdi.Əliyevin “demokratiya və ədalət prinsiplərinə sadiqik” bəyanatının arxasınca Ədliyyə naziri Südabə Həsənova “Demokratiyani bir anlayış kimi məhv etməliyik,yoxsa möhkəm hakimiyyət(Oxu-diktatura.D.A) qurmaq cətin olacaq…”. Xanım Həsənovanın bu müxalifliyi Əliyev tərəfindən xoş təbəssümlə qarşılanmış,elə həmin iclasdan sonrakı gündən etibarən bütün dövlət müəssisələrindən YAPçı və ya ona dəstəkçi olmayan orta və yüksək vəzifəli insanların qovulması prosesi başladı.Südabə Həsənova bəlkə də yeganə Nazir oldu ki,işdən azad olunandan sonra hara işə səfir göndərilmədi,Ali Məhkəmə,sonra isə Ali Appelyasiyasiya məhkəmərinə sədr təyin olundu.Qardaşı Naxçıvandan Bakıya Nazir müavini vəzifəsinə gətirildi.Beləiklə Əliyev göstərdi ki,ona da müxalif olmaq olar,bir şərtlə ki,onu “demokratlıq”da günahlandırasan.
Əliyev iqtidarının bütün proqressiv ideyaları və əməlləri tədricən əhv etme,neytrallaşdirma qrafiki barədə əlavə və böyük həcmli araşdırma yazısına ehtiyac var.
Bəlli olduğu kimi Əliyev hakimiyyətinin son 5 ili əsasən varisin hakimiyyətə gəlişinə həsr olunub.O varisin ki,mərhum atasını 5 ay soyuducuda saxladı,ölümünün elan olunmasını onlədi ki,rəsmən hakimiyyətdə dövlət başçısı kimi tanınsın.
O varis ki,mürtece hakimiyyət nümunəsi olaraq atasına bir çox hallarda “rəhmət” oxutdurdu.
O varis ki,ona müxalif olanlara qatı düşmən kimi baxdı və satın ala bilmədiklərini məhvetme,təcrid etme siyasətinə üstünlük verdi.Onun hakimiyyəti dönəmində öldürülən yazıçı,jurnalist,siyasətçi…,bi
O varis ki,olan qalan dövlət atributlarını da məhv etmə kursu götürdü.Monopoliyaları daha da sərtləşdirdi,monopolist nəzarətçi çevrələrini qısaltdı.Az qala sadə vətəndaşlar üçün nəfəs almaq da pullu xidmətə çevrildi.Sosial,kommunal proyektlər adı altında onlarla milyard dollarlıq maliyyə silindi və xaricə köçürüldü.
O varis ki,nisbətən müstəqil mətbuatı almaqla,ala bilmədikləini məhv etmeklə qalmadı,dünyada tanınmış insan haqları mudafiəçilərini,QHT təmsilçilərini,jurnalistləri…v
Və o varisin hakimiyyəti sürünə- sürünə olsa da,hər şeyə zərər verə- verə olsa da,beynəlxalq sanksiyalarla üz -üzə qalma təhlukəsi qarşısında olsa da…. davam edir.
-
Eğitilmiş korkular…
-
ABD’den Yemen’e yeni saldırı: Husilerden ‘misilleme’ açıklaması
-
Trump’ın açıklamaları sonrası Japonya’dan ‘uzun menzilli füze’ hamlesi
-
Rapor: Hukukun üstünlüğü AB genelinde geriye gidiyor
-
Peskov doğruladı: Putin ve Trump yarın telefon görüşmesi yapacak
-
ATM para çekme limitlerine güncelleme geliyor: Ne zaman yürürlüğe girecek?
HABER LİSTESİ
-
01
Eğitilmiş korkular…Han Ayvaz Adıgüzel hanayvazadiguzel@gmail.com Problemler karşısında küçülmemek lazım. Problem bir yanıyla korkudur. Korku, ayaklarımıza zincir dolar, aklın normal seyrini bozar. Korkular karanlık gecelerdir, orada eğitiliyor. Amerikalı yazar; İsa’dan sonra en tehlikeli adam Osho’dur demiş. Osho bir filozoftur. Onun konuşmalarından 650 kitap meydana gelmiş ve yok satmıştır. Yirmiyi aşkın düşünce merkezleri kurulmuştur. Filozof Osho ölünce şöyle […] -
02
ABD’den Yemen’e yeni saldırı: Husilerden ‘misilleme’ açıklamasıTrump, Cumartesi günü Husiler saldırılarını durdurana kadar ‘ezici ölümcül güç’ kullanacaklarını belirtti. Yemenli Husilere ait Al-Masirah TV’ye göre ABD, Pazartesi günü ülkeye yeni hava saldırıları düzenledi ve en az 53 kişi hayatını kaybetti. Bu gelişmenin ardından hem isyancı grup hem de ABD Başkanı Donald Trump saldırıları tırmandırma sözü verdi. Husiler tarafından yönetilen Sağlık Bakanlığı’na göre, […] -
03
Trump’ın açıklamaları sonrası Japonya’dan ‘uzun menzilli füze’ hamlesiYaklaşık 1.000 kilometre menzile sahip olacak bu füzeler, Kuzey Kore ve Çin’in kıyı bölgelerindeki hedefleri vurabilecek kapasitede olacak. Japonya, ABD’de Başkan Donald Trump yönetiminin güvenlik anlaşmalarına yönelik tutumu ve bölgedeki devam eden gerilimler nedeniyle güneydeki Kyushu Adası’na uzun menzilli füzeler konuşlandırmayı planlıyor. Yaklaşık 1.000 kilometre menzile sahip olacak bu füzeler, Kuzey Kore ve Çin’in kıyı […] -
04
Rapor: Hukukun üstünlüğü AB genelinde geriye gidiyorKısa süre önce yayımlanan bir rapora göre, AB’de hukukun üstünlüğü alanında yıllardır bir gerileme gözlemleniyor. Adalet sistemi, yolsuzlukla mücadele ve medya özgürlüğüne ilişkin demokrasi endeksleri kalıcı ve sistemik zorluklarla karşı karşıya. Avrupa için Sivil Özgürlükler Birliği tarafından Pazartesi günü yayınlanan Hukukun Üstünlüğü raporu, durum bir üye devletten diğerine değişmekle birlikte, son birkaç yıldır hukukun üstünlüğünün […] -
05
Peskov doğruladı: Putin ve Trump yarın telefon görüşmesi yapacakMoskova ve Washington arasındaki son temasların ardından Rusya ile ABD liderleri arasında beklenen telefon görüşmesinin yarın yapılacağı kesinleşti. Kremlin Sözcüsü Dmitriy Peskov, Rusya Devlet Başkanı Vladimir Putin’in yarın ABD Başkanı Donald Trump’la telefon görüşmesi yapacağını ve bunun için hazırlıkların sürdüğünü belirtti. Peskov, Trump’ın Putin’le yarın görüşeceğine dair haberlerin sorulması üzerine, “Evet, bu doğru. Yarın için böyle bir konuşma hazırlanıyor” yanıtını verdi. […]