Ev değil, adalet bölüşün…

İlham Hüseyn
Yaşadığımız ölkədə dəyərlər “yataq xəstəsi” olduğuna görə, dəyərsizliklər gücləndirilmiş iş rejiminə keçib. Xalqa xidmətə görə yox, hökumətə xidmətə görə fəxri ad verilir. Həqiqəti yayanlara yox, yalanı alqışlayanlara ev təklif olunur. Torpaq uğrunda canını fəda edənlərin yox, hektarlarla torpağa sahib olanların rütbəsi artır. Nəticə budur ki, günahsızlar zindanda, günahkarlar villada ömür sürürlər.
Son günlərin əsas müzakirə mövzusu jurnalistlərin evlə təmin olunmasıdır. Daha doğrusu, yuxarıların müəyyənləşdirdiyi adamlara “zəhmət haqqı” verilməsidir. Bir qrup jurnalsit “mənim prezidentim” sözünü dilinə “prapiska” eləyib, aldığı evin minnətdarlığını çatdırmaq istəyir, başqa bir qrup ev paylanmasında ədalətsizliyə yol verildiyini, evi olanların təkrar bəhrləndiyini, kimlərinsə katibəsinə, sevgilisinə, qələmə yeni sarılmış övladlarına ev aldığını bildirir.
Həyatının böyük hissəsini jurnalistikaya həsr etmiş adam niyə evsiz olmalıdır? Niyə bir jurnalsitin ev almaq arzusu hökumətin mövsümi jestlərinə görə reallaşmalıdır? Niyə 30 il kirayədə qalan jurnalsit ev siyahısında adının çıxmasını, lotereyada rəqəmlərin çıxması kimi həyəcanla gözləməlidir?
Başqa bir sual da var. Niyə jurnalistlərin ev alması cəmiyyətdə birmənalı qəbul olunmur? Təkcə sosial şəbəkələrə nəzər salanda məlum olur ki, ev alan jurnalsitlərə aqressiya ilə yanaşanlar, belələrini qınayanlar var. Çünki, Azərbaycan reallığı hamının içinə hopub. Hamı bilir ki, 255 mənzil azad sözü yaşadanlara, korrupsiyanı ifşa edənlərə, ölkədəki eybəcərlikləri tirajlayanlara verilməyəcək. Uzaqbaşı, gözdən pərdə asmaq üçün sifətini qoruyan 1-2 jurnalisti də siyahıya sala bilərlər. Amma ev alanların böyük hissəsinin sosial şəbəkələrədə “sabun yarmarkası” açması da göstərdi ki, bu evlər jurnalsiti müstəqilləşdirmək üçün yox, asılı vəziyyətə salmaq üçün verilir.
Kaş, bu ölkədə “jurnalistlərə qayğı” adı altında yüzlərlə ev paylamaq əvəzinə, qürur, müstəqillik, qətiyyət paylamaq mümkün olaydı. Rejimin məddahına çevrilmiş ictimai-siyasi xadimlərə fəxri ad paylamaq, əqidəsinə xilaf çıxanlara vəzifə vermək, yazdıqlarını pozmaqla məşğul olanların yaxasına medal taxmaq bu ölkədə ənənədir.
Bütün bu dəyərsizləşdirmə prosesi ona görə baş verdi ki, ölkədə ədalət, azadlıq, şəffaflıq paylamaq ləğv olundu. Həqiqi dəyərləri paylamaqla məşğul olan jurnaslitlər isə şərləndi, həbs olundu, işgəncəyə məruz qaldı, ölkədən didərgin salındı və.s Ümumiyyətlə, ölkədə bir dənə müstəqil yazılı mətbuat yoxdursa, müstəqil saytlara blok qoyulubsa, azad mətbuatın susdurulması üçün milyonlar xərclənibsə, bu ölkədə mətbuata qayğıdan danışmaq qəhqəhəlik lətifədir.
Əgər jurnalistə ev paylamaq diqqət və qayğının göstəricisidirsə, şəhid ailələrinin “qan pulu”nu mənmisəmək nədir? Minlərlə insanı devalvasiyanın zərbəsi altında qoyub, Hollandiyada keçirilən futbol çempionatına 80 milyon dollar xərcləməyə nə ad verək? Vətəndaşın yüksək faizli kreditlərlə çökdürülməsini, minlərlə evin bankların girovuna çevrilməsini, hər məqam düşəndə qiymətlərin qaldırılmasını necə başa düşək?
Qəribədir, saysız-hesabsız villalara sahib olanlar, kimisə 2-3 otaqlı evlə təmin etməyi “böyük qayğı” kimi “oformut” eləyir. Həm də bu “qayğı”ya xərclənən pullar kiminsə atasının pulu deyil, dövlətin puludur. Dövlətin pulunu vətəndaşa verirlər və bunu analoqsuz qayğının göstəricisi kimi tirajlayırlar.
Müxtəsər, Allah bütün ehtiyacı olanlara ev qismət eləsin. Amma ilk növbədə hamının ləyaqət evi, vicdan evi, ədalət evi olsun. Biz israrla hamıya ədalət payalanacağı gün üçün mübarizə aparırıq. O zaman bütün xalqın adı siyahıda olacaq və heç kimə yaltaqlanmağa ehtiyac qalmayacaq.
Azerbaycan Azadlıq Gazatesi
-
Manisa’nın yeni belediye başkanı belli oldu
-
Hakan Akpınar: BOP’un gizli ajandası…
-
Bedelli askerlik: Ödenecek tutar değişiyor
-
Ekrem İmamoğlu için 7 yıl 4 aya kadar hapis cezası istendi
-
Merkez Bankası anketiyle, memur ve emekli zammı için yeni oran ortaya çıktı
-
İran parlamentosu, Rusya’yla stratejik ortaklık anlaşmasını onayladı
HABER LİSTESİ
-
01
Manisa’nın yeni belediye başkanı belli olduManisa Büyükşehir Belediye Başkanı Ferdi Zeyrek’in hayatını kaybetmesinin ardından başkanlık seçimi süreci tamamlandı. Belediye meclisi, olağanüstü toplantıda yapılan gizli oylama sonucunda Besim Dutlulu göreve geldi. * Manisa Büyükşehir Belediye Başkanı Ferdi Zeyrek’in elektrik çarpması sonucu 9 Haziran’da hayatını kaybetmesinin ardından şehrin yeni belediye başkanı göreve geldi. Belediye meclisi, olağanüstü toplantıda yapılan gizli oylama sonucunda […] -
02
Hakan Akpınar: BOP’un gizli ajandası…Hakan Akpınar hakanakpinar227@gmail.com YAZI ARŞİVİ Bazı yazılara girizgâh gerekmez. İsrail’in, 200 uçakla gökyüzünden baskın yaparak İran’ı ansızın bombalaması; nokta atışı suikastlarla rejimin onlarca kilit ismini ve yüzlerce insanı katletmesiyle başlayan İran-İsrail Savaşı’nın gerekçesi zaten bir girizgâha ihtiyaç bırakmayacak kadar açık… O yüzden kitabın ortasından konuşmak en doğrusu… Amaç belli… ABD ile Avrupalı peykleri, on yıllardır […] -
03
Bedelli askerlik: Ödenecek tutar değişiyorMemur maaşlarına gelecek zamla birlikte bedelli askerlik ücreti de artacak. Temmuz ayında açıklanacak enflasyon verisine kadar başvuru yapanlar farkı ödememiş olacak. * Askerliğini bedelli olarak yapmak isteyenler için maliyet artıyor. Temmuz ayından itibaren bedelli askerlik ücretlerine artış gelecek. Bedelli askerlik ne kadar? Şu anda bedelli askerlik ücreti 243 bin 13 lira 44 kuruş olarak uygulanıyor. Yoklama […] -
04
Ekrem İmamoğlu için 7 yıl 4 aya kadar hapis cezası istendiİstanbul Cumhuriyet Başsavcısı Akın Gürlek ve ailesiyle ilgili kullandığı ifadeler nedeniyle yargılanan Ekrem İmamoğlu hakkında savcı mütaalasını açıkladı. * İstanbul Büyükşehir Belediyesi’ne yönelik soruşturma kapsamında tutuklanan ve görevden uzaklaştırılan Ekrem İmamoğlu‘nun, İstanbul Cumhuriyet Başsavcısı Akın Gürlek ve ailesi hakkında kullandığı ifadeler nedeniyle yargılandığı davada mütaalasını açıklayan savcı İmamoğlu’nun 2 yıl 8 aydan 7 yıl 4 aya kadar hapisle cezalandırılmasını […] -
05
Merkez Bankası anketiyle, memur ve emekli zammı için yeni oran ortaya çıktıTemmuz ayında milyonlarca memur ve emekli için yapılacak maaş zammı netleşmeye başladı. 5 aylık enflasyon farkı sonrası gözler haziran verilerine çevrilmişti. Merkez Bankası anketine göre tahmini enflasyonla birlikte 6 aylık fark belirlendi. SSK ve Bağ-Kur emeklisi yüzde 16.95, memurlar ise yüzde 15.84 zam alacak. * Temmuz ayında maaşlara yapılacak ara zam için geri sayım […]