Soğuk Muharebe! (SOYUQ MÜHARİBƏ)
Hafiz Rüstem
hafiz.1951@mail.ru
Hazırda ürəyim və onun ətrafını küt ağrı tutub. Evin sahibəsi kompüter arxasında çox oturduğumu dərhal diaqnozlaşdırır və belə getsə xəstəxanalıq olacağımı proqnozlaşdırır. O, mənə mümkün qədər bu elektron şüadan uzaqlaşmağı və uzanıb-dincəlməyi məsləhət görür. Məni indi əslində ürəyimin mövcud vəziyyətinə şəfa verə biləcək hardasa aşağıdakı şeir-məlhəm düşündürür:
Yanımdan keçirkən de, qəsdən niyə
Sən vurdun özünü görməməzliyə?
Görərək, özünü korluğa qoydun,
Səslədim, özünü karlığa qoydun.
Yanımda deyilsə üzün kölgəli,
Neçin bu rəftarın olsun ləkəli?
Vəzifəm əskikmi o vəzifəndən?
Üzr istəyimmi bununçün səndən?
Aramıza düşən soyuqluq nədir?
Cəmiyyətdə soyuq müharibədir!
Bunun səbəbi nə? Korluq, zəlillik,
Mənəvi yoxsulluq, ruhi əlillik.
Özgə uğuruna paxıllıq, həsəd,
İnsana laqeydlik, haqqa xəyanət.
Özünü özgənin fövqündə görmək,
Ləyaqət tapdamaq, şərəf itirmək.
İnamsız yaşamaq, şübhəli olmaq,
Ağla güvənməyib hissə qapılmaq.
Bunların önünü almaq olmazmı?
İnsan öz nəfsini cilovlamazmı?
Bununçün çəkirik ürək korluğu,
Ən ülvi, ən təmiz dilək korluğu.
Doğmalıq yerini verib yadlığa,
Çoxdan başlamışıq diplomatlığa.
Vətən də, dövlət də qalıb bir yana,
Bəzimiz çəkilib öz dar qınına.
Yaşayır nə bir dost, nə yoldaş olub,
Vətəndaş bərkiyib bədəndaş olub.
Alır əlimizdən bəxtiyarlığı,
Sağlam can korluğu, bədən korluğu.
Çəkirik əqidə, məslək korluğu,
Qəlbən bağışlanan çiçək korluğu.
Üz-üzə, göz-gözə şax baxsın gərək,
Sözün əməlinlə düz çıxsın gərək.
Hərə öz işinə yandırarsa can,
Korluqdan, zülmətdən qurtular cahan.
Bir sabah çəkmərik işıq korluğu,
Həyata, insana aşiq korluğu.
1979
-
YENİ Parti’de yönetim kadroları belli oldu: Grup başkanvekilleri seçildi
-
Arakçi: Ne tehditlerden korkuyoruz ne de baskıya boyun eğeceğiz
-
Sanchez’den Özgür Özel’e ‘Yeni Parti’ mesajı: Bu cesur karar herkese umut veriyor
-
Orman yangınları: İspanya ve Fransa AB’den yardım istedi
-
Özgür Özel Yeni Parti Genel Başkanı seçildi
-
Fransa’da orman yangınlarından denizden kaçış, binlerce kişiye tahliye
YORUM BIRAK
YORUMLAR
-
hafiz 15 Aralık 2017 08:05Təşkkürlər, Cahit bəy! Bu səhər də ürəyimin ağrısı davam edir, ancaq bu yazımı verdiyinizə görə sanki gözümə işıq gəldi, sanki təklənməkdən qurtardım. Nə edəsən ki, sərt diktatura basqısı altında “müstəqillik əsarətində yaşamağa məhkum olunmuşuq. Təsəvvür edin ki, gələn il bu gedişlə prezident olacaq hakim ailənin növbəti üzvü bizi nə ilə müjdələyir:”Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.” Bu adam ya bilə-bilə, ya da özünü bilməməzliyə qoyaraq qanımızı içən, torpaqlarımızın 20 faizini qəsb edən qart, kaftar, qəddar, qarı düşmənlə guya bizi “barışdırmaq istəyir”. Məgər o müqəddəs torpaqlar geri alınıbmı, məgər minlərlə şəhidlərimizin qan bahası verilibmi? Bu iki mühüm amili necə yaddan çıxarasan, necə görməzdən gələsən? Bu soyuq müharibədənsə isti müharibə daha yaxşı!
