15 Temmuz

Aynur İmran
Aynur_imranova@yahoo.com
Düz 1 il öncə, İstanbulda yeni tutduğumuz evə yerləşdiyimiz gün idi. Axşam dostlarımız dənizkənarına dəvət elədilər, yorğunluğumuzu və yeni düzənimizi qurduğumuzdan dolayı yaranan narahatçılığımızı ataq deyə. Görüşdük, söhbətləşdik, axşam 9 dan bir az keçirdi. Evə gəlməyə hazırlaşırdıq. Amma qəribə bir şey vardı, İstanbul narahatdı sanki, şəhərin üzrərində qəribə bir uğultu vardı. Evimizə çatanda artıq hər şey qarışmışdı. Çevriliş cəhdi vardı. Bu həyəcanı bir tək 20 yanvarda yaşamışdım, o ölkənin tək televiziyasının qapandığı gün, hansı ki, içimizdə bu dəqiqə ölkənin harasındasa insanlarımız öldürülür hiss vardı, havada qan qoxusu vardı. Ağır gecə idi 20 yanvar. 15 temmuzda ağır gecə oldu. Dəqiqəbədəqiqə xəbərləri izləyirdik. Xəbər spikerlərindən, siyasilərdən belə kimlərin ortada olmadığını görürdük. Fürsət gözləyənlər, türk adına son qalamızın, Türkiyəmizin adi bir şirkət kimi əl dəyişdirməsini gözləyən xainlər marığa yatıb hadisənin uğurla bitməsini gözləyirdi. Nə yaxşı ki, olmadı. Nə yaxşı ki, o gecə türk milləti pulun, gücün, sözün əsl mənasında böyük bir mafiyanın qarşısında öz sözünü deyə bildi. Mən belə bir şey görməmişdim, hər kəs küçələrdə, meydanlarda idi. Binanın üstünə çıxan adamlar aşağı məsafə ilə uçub insanları vahiməyə salmağa çalışan helikopterlərə daş atırdı. 15 iyul gecəsi bir qürur gecəsi idi. Belə bir millətn içində olmağın qüruru vardı, belə bir millətdən olmanın qüruru vardı. O qürur hissi qorxu hissindən daha güclü idi. Bəli, bu millət dastanı idi. Görüntüləri izləmisiniz yəqin ki, tankın lüləsindən tutub onunla birlikdə fırlanan insanlar vardı. Ölüm qorxusuna millət sevgisi sayəsində qalib gələn insanlar. Ölkəsini, millətini canından çox sevənlər vardı o gecə küçələrdə… Bunu yəqin ki, FETÖ üzvləri belə gözləmirdi. İllərdin sizin də gözünüzün qabağında Güləni tənqid etdiyim üçün nə qədər təhqirə, tənqidə məruz qalmışam. O gecə bizim haqlı olduğumuzu sübut edən gecə oldu, o gecə necə necə insanın gözünü açıldığı gecə oldu. O gecə həm də maskaların düşdüyü gecə oldu. Əslində keçən 1 ili təhlil edərkən görürəm ki, yaxşı ki 15 iyul cəhdi oldu. Bu çevriliş cəhdi olmasaydı terror şəbəkəsi hələ nə qədər insanı içinə cəlb edəcək, bir tək Türkiyəmizə deyil, bütün türk dünyasına zərbə vurmağa davam edəcəkdi. Ümid edirəm ki, başqa türk dövlətləri də bu olanlardan dərs çıxaracaq, Gülən qruplaşmanın ayağını ölkəsindən kəsəcək və onları təmizləycək.
P.S. O gecə çox utandığlm bir olay da yaşandı. Azərbaycandan məni sevən dostlar sosial şəbəkələrdən dayanmadan məni ehtiyatlı olmağa, küçəyə çıxmamağa çağırırdı. Bunu bir türk dostuma anlatdım, cavabında “indi anlayırsan Azərbaycan niyə bu hala gəlib? məsələ dövlət, millət məsələsi olanda “küçəyə çıxın” yerinə, “küçəyə çıxmayın” səslənirsə o zaman dövlətin düşmən əlində qalır və sənin o dövlətə heç bir haqqın qalmaz” dedi.
Əslində gözəl anlayıram ki, Azərbaycan yüzillərlə əsarətdə olub. İnsanlarımızın damarına qorxu işlənilib. Bunun tamamilə düzəlməsi üçün hələ normal cəmiyyətdə, tam müstəqil ölkədə yetişmiş ən az iki nəslin dəyişməsi lazımdır. Amma mən də Azərbaycanda düşmənə qarşı belə müqavimət günü görmək istəyirəm, millətini, dövlətini qorumaq üçün gözünü qırpmadan canın fəda edən insanların həyatından gözəl nə ola bilər?! Qorxaraq yaşanan yox, qorxmadan, geri çəkilmədən, sınmadan, əyilmədən yaşanan bir həyat…
-
İran ve ABD, nükleer müzakerelere Roma’dan sonra Umman’da devam edecek
-
Naci Görür: 23 Nisan depremleri İstanbul depremini daha öne çekti
-
İmamoğlu cezaevi hücresini çizdi: 19 Mayıs için Türk Bayrağı çağrısı yaptı
-
Merkez Bankası’nın yaptığı döviz satışı bir ayda 52 milyar doları aştı
-
Papa Francis’in cenaze töreni: Liderler Roma’da bir araya geliyor
-
Trump’ın gümrük vergileri aslında kimi hedef alıyor?
HABER LİSTESİ
-
01
İran ve ABD, nükleer müzakerelere Roma’dan sonra Umman’da devam edecekABD Başkanı Donald Trump anlaşma sağlanamaması halinde hava saldırıları düzenleyeceği tehdidinde bulunurken, İran da artan uranyum stokuyla nükleer silahlarını artırabileceğinin ipuçlarını veriyor. İran ve ABD arasında Tahran’ın hızla ilerleyen nükleer programına ilişkin müzakereler Cumartesi günü Umman’ın başkenti Maskat’ta yeniden başlayacak ve her iki taraftan teknik uzmanlar olası bir anlaşmanın ayrıntılarını belirlemeye çalışacak. Görüşmeler, ABD’nin yaklaşık […] -
02
Naci Görür: 23 Nisan depremleri İstanbul depremini daha öne çektiNaci Görür, fay konuşmak yerine önemli olan konunun depreme dirençli kentler yaratmak olduğunu tekrarladı. Yer bilimci Prof. Naci Görür, Cuma günü yaptığı açıklamada 23 Nisan’da İstanbul’da meydana gelen 6,2’lik depremle ilgili, ”Bu son 23 Nisan depremleri İstanbul Depremini daha da öne çekti,” dedi. İstanbul’da Silivri açıklarında Çarşamba günü öğle saatlerinde meydana gelen ve 12:49’da çevre […] -
03
İmamoğlu cezaevi hücresini çizdi: 19 Mayıs için Türk Bayrağı çağrısı yaptıEkrem İmamoğlu, ‘Tüm Türkiye’ye çağrımı yineliyorum. 19 Mayıs’a kadar evlerde, iş yerlerinde, köylerde, şehirlerde, arabalarda, telefonlarda Türk Bayrağımız olsun,’ dedi. İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu, tutuklu bulunduğu Silivri’deki Marmara Kapalı Cezaevi’ndeki hücresini çizdi. Renklendirilen çizim, İmamoğlu’nun sosyal medya hesabından paylaşıldı. İmamoğlu çizimle beraber şu notu paylaştı: “Ben odamı çizdim, arkadaşlarım da resmettiler. Hücremin […] -
04
Merkez Bankası’nın yaptığı döviz satışı bir ayda 52 milyar doları aştıMerkez Bankası (TCMB), son iki yıldır rezerv biriktirmeyi öncelikli hedeflerinden biri haline getirmişti. Ekonomistler, İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu’nun gözaltına alındığı 19 Mart’tan bu yana Türkiye Cumhuriyet Merkez Bankası’nın (TCMB) dövizi baskılayabilmek için yaklaşık 50 milyar dolardan fazla satış yaptığını hesapladı. İmamoğlu, 18 Mart’ta İstanbul Üniversitesi’nden aldığı diplomanın iptal edilmesinden bir gün sonra […] -
05
Papa Francis’in cenaze töreni: Liderler Roma’da bir araya geliyor88 yaşında hayatını kaybeden Papa Francis’in cenaze töreni Cumartesi günü gerçekleşecek. Törene büyük bir kalabalığın katılması bekleniyor. Papa Francis’in Cumartesi günü yapılacak cenaze töreni öncesinde devlet başkanları ve ileri gelenler Cuma günü Roma’da bir araya geliyor. Vatikan, aralarında 50 devlet başkanının bulunduğu 130 delegasyonun katılımını teyit ettiğini açıkladı. ABD Başkanı Donald Trump ve Ukraynalı mevkidaşı […]