Yüreğimin açık kapıları…
Hafiz Rüstem
Ramazan ibadətlərin qapısıdır deyirlər. Mən də bu ramazan günlərində ürəyimin bütün qapılarını insanların üzünə taybatay açdım – qonaqpərvər, səmimi, ədalətli, olduğum kimi görünməyə çalışdım. Ancaq çoxlarının ürək qapıları üzümə bağlı oldu. Yaxşı ki, Tanrımızın dərgahı hamımızın üzünə açıqdır. “Bütün maddi şeylər idealın kölgəsindən başqa bir şey deyildir. Ən yüksək ideal Allahdır. Hamımız Allaha oxşamağa çalışmalıyıq” (Platon). Əflatun da olsaq belə, haqqı, ədaləti qorumağın məhşər yolu ürəyimizin qıfılsız, açıq qapılarından keçir:
Daim sadiq oldum qələm dostuma,
Mən özümə sinədəftərmi deyim?
Soyuq məntiqində üşüdüm elmin,
Şeir atəşinə əsərmi deyim?
Bu təşnə ruhumu sirab eləyən
İçimdəki abi-kövsərmi deyim?
Nə işim zamanın çirkablarında?
Heç düzlük, təmizlik hünərmi deyim?
Mərd ilə namərdi tanımaq üçün,
Hər kəsin əməli cövhərmi deyim?
Kimə gərəkdir ki, riyakar insan?
O, cinmi, şeytanmı, bəşərmi deyim?
Məni çaşdırmasın ötərgi şeylər,
Hər dəfə “Allahu Əkbər”mi deyim?
Haqqı, ədaləti qoruyan üçün,
Bu dünya məhşərdən betərmi deyim?
Hafiz, bir Tanrıya sitayiş etdim,
Buna şahid yerlər, göylərmi deyim?
-
Erkan Saltan: Öyle Sanırdım…
-
Araz Gündüz: Ali Kerimli niçin cezalandırılıyor?
-
Filenin Sultanları Milletler Ligi’nde finale çıktı
-
ABD basını: Kongre’de Rusya’ya yönelik yeni yaptırımlar çıkmaza girdi
-
UCM tarihinde bir ilk: Başsavcı Kerim Han görevden alındı
-
İran ordusu: Bahreyn, Ürdün ve Kuveyt’teki ABD üsleri hedef alındı
