Azerbaycan İktidarının Kapattığı TURAN AJANSI Hakkında!
Aygün Muradhanlı
Mehman bəy “Turan”da demokratik Azərbaycanın kiçik modelini yaradıb. Neçə millətin, siyasi baxışın insanları Turanda özlərini “öz qablarında” hiss edərək yaşayır. Məhz yaşayır. “Turan” çoxdan sadəcə iş yeri olmaqdan çıxıb. Lap çoxdan…
Sağçıyla solçunun, dindarla ateistin, mühafizəkarla liberalın dostca, qardaşca bu ölkənim sabahı üçün çalışdığı yerdi “Turan”. Həsən Quliyev, Zəfər Quliyev, Vəfa Quluzadə, İsaxan Aşurov, Elton Quliyev… nə qədər dəyərli aydını tanımışam “Turan”da… Bu millətin “qaymaqları”nı o məkana çəkən hər birinin içindəki Azərbaycan sevgisi, bu dövlətin, bu millətin gələcəyi üçün narahatlıq idi. Nə polemikalar, nə müzakirələr dinləmək xoşbəxtliyim olub “Turan”da…
Əxlaqın, mənəviyyatın, vicdanın vətəndaşlıq borcu olduğunun neçə-neçə örnəyini görmüşəm orda. Bu gün Mehman bəyin həbsini ən sakit qarşılayan bəlkə də onun özüdür. Çünki uzun zamandır ölkədə gedən proseslərin onun həbsini də istisna etmədiyini Mehmandan dəqiq bilən yoxdu. Optimist proqnozları isə millətin ruhunu məhvdən qorumaq, özünə inamını sarsılmağa qoymamaq üçün idi. Bunu Mehman bəyin zəngin şəxsiyyətinə bələd hər kəs bilir. Səninlə fəxr edirəm, BÖYÜK ADAM. Tanrı səni və Turanı qorusun.
-
Trump: ‘İsrail ve Lübnan 10 günlük ateşkes konusunda anlaştı’
-
Cahit Kılıç: Tarihteki her gerçeğe düşmanlık, cehaletin ve art niyetin göstergesidir.
-
Sokak serserisi Hegseth: ABD güçleri yeniden çatışmaya hazır, abluka ‘gerekirse süresiz’ devam edecek
-
Rusya Federasyon Konseyi Başkanı Matviyenko, İstanbul’da Cumhurbaşkanı Erdoğan’la görüştü
-
Rusya’dan Ukrayna’nın Kiev, Dnipro ve Odesa kentlerine saldırı
-
Okul saldırıları sonrası öğretmenler iş bırakma eyleminde
