Bir Vakit…
Hafiz Rüstem
Bir vaxt oynadardım dağı yerindən,
Yerimdən oynadır indi dağ məni.
Quş qanad salardı nəzərlərimdən,
İndi diksindirir yapalaq məni.
Bir vaxt biz qururduq yeni cəmiyyət,
Bu qədər yox idi şər, böhtan atan.
Daha təmiz idi onda təbiət,
Daha ətirliydi onda gülüstan.
Bir vaxt həzz alardıq azad əməkdən,
İndi azadlıq var, əmək görünmür.
Mənim gözlədiyim bu gələcəkdən
Sadə insanlara kömək görünmür.
Bir ovuc harının əlində əsir
Bütün məmləkətin varı, sərvəti.
Xalq özü “bir həsir – bir Məmmədnəsir”,
Ancaq yer götürür bu müsibəti.
Ölkə başdan-başa çalıb-oxuyur,
Ümid xəstələnib, inam sarsılıb.
Yəqin gördüklərim bir daş yuxudur,
Hər bir kirpiyimdən daş tək asılıb.
2005
-
YENİ Parti’de yönetim kadroları belli oldu: Grup başkanvekilleri seçildi
-
Arakçi: Ne tehditlerden korkuyoruz ne de baskıya boyun eğeceğiz
-
Sanchez’den Özgür Özel’e ‘Yeni Parti’ mesajı: Bu cesur karar herkese umut veriyor
-
Orman yangınları: İspanya ve Fransa AB’den yardım istedi
-
Özgür Özel Yeni Parti Genel Başkanı seçildi
-
Fransa’da orman yangınlarından denizden kaçış, binlerce kişiye tahliye
YORUM BIRAK
YORUMLAR
-
hafiz 11 Nisan 2018 09:05Cahit bəy, ictimai-siyasi hadisələrdən üzülmüşəm, dərin depressiyadayam. Sizin saytınızda yeri gəldikcə çıxış etmək, dərdlərimi bölüşmək mənə şərəf və hüzur gətirir. Tanrım sizin kimi nurlu dostları qorusun!
