Çıkıp gitmeye ne var?!

-Edebiyat - 27 Ağustos 2017 21:49 A A

Saadet Cahangir

Çıxıb getməyə nə var…
gəzdiyim ana küncü-
Bakı… 
lap sürgün olsun, 
lap həbsxana küncü…

tutqun acılarımın
duzlu şəhər qoxusu,
bir az külək, bir az qum, 
bir az Xəzər qoxusu…

dağınıq saçlarımı 
xəzrinlə dara getsin, 
hamı çıxıb gedirsə, 
bu vətən hara getsin?..

çıxıb getməyə nə var…
gəzdiyim ana küncü-
Bakı… 
lap sürgün olsun, 
lap həbsxana küncü…

-Edebiyat - 21:49 A A
BENZER HABERLER