Evez Zeynallı
Hiç tanımadığım hâlde, gazetesi basıldığı gün ona arka çıkan bir yazı yazmıştım… Hak ve adalet adına, demokrasi ve basın özgürlüğü adına…
Daha sonra gazetesinin bütün mal varlığına el koydular. Yetinmediler, iftirayla, yalan ithamlarla hapse attılar onu… O süreci günü birlik takip ettim ve hem ona arka durdum, dilim döndüğünce hakkını savundum, hem de despotik rejim hakkında birçok ağır yazı kaleme aldım…
Daha sonra hazırlayıp sunduğum televizyon programlarımda haksızlığa uğradığını dile getirdim.
Evet, Tanyeri Haber‘in künyesinde “Azerbaycan Temsilcisi” olarak görünen Evez Zeynallı‘dan bahsediyorum…
Bugün onun doğum günüdür… Evez Zeynallı’nın doğum gününü canı gönülden tebrik ederken, bir dostunun onun hakkında yazdığı düşüncelerini aşağıya alıyorum.
Cahit Kılıç
Q U R D A D A M
Türk mifologiyasında “Qurd” anlayışına – Bozqurd əfsanəsinə necə önəm verildiyini, ona necə sevgi və sayğıyla yanaşıldığını aranızda bilməyən, çətin ki, tapıla. Qurd qədim türklər üçün azadlığın, döyüşkənliyin, mübarizliyin, çevikliyin və sədaqətin simvolu sayılıb həmişə.
Deyilənə görə, Qurd o yırtıcıdır ki, özünəməxsus qaydalarla yaşar və onu heç vaxt da pozmaz; ovunun balası yanındasa, ona toxunmaz; qəfil səsdən geri sıçramaz, irəli, təhlükənin üzərinə atılar; iylə, qoxuyla yox, gözüylə hərəkət edər; ən əsası, qətiyyən kölə həyatını sevməz, təslim olmaz, əhilləşməz…
Kəndimizdə olmuş əhvalatdır: rəhmətlik Ovçu Məmədin (adı Məhəmməd olsa da, biz ona həmişə “Məməd dayı” deyirdik – E.Ş.) tələsindən qurtulmaq üçün yaşlı bir Qurd tələni mıxlandığı yerdən çəkib çıxarmış, üstəlik, ağır zənciri və dəmir parçalarını qarlı və kol-koslu təpələrin üzəriylə bir neçə kilometr də arxasınca sürümüş, qurtula bilmədiyini görüb sonda da ayağını dişiylə çeynəyib qıraraq, qaçmışdı…
Rəhmətlik Məməd dayı öz əlləriylə düzəltdiyi dəmir tələsini qarda açılmış qan iziylə gedib tapmışdı və danışırdı ki, sonralar bir neçə dəfə qarşısına bir pəncəsi qopmuş, 3 ayağıyla hərəkət edən yaşlı bir Qurd çıxsa da, onu vurmaq istəməmiş, atəş açmamışdı…
Xaraktercə döyüşkən, mübariz, daim hərəkətdə olan türk milləti üçün Qurd məhz bu xüsusiyyətlərinə görə ruhlarına yaxın, doğmadır və onu özlərinə simvol, əsatirlərində yolgöstərici seçiblər. Axı insanlar kimi, millətlərin də xarakteri olur və hər bir millət də öz ruhuna uyğun simvollar seçir, əfsanələr yaradır.
Ruhun sevdiyi, ruhun qəbul etdiyi isə həmişə doğru və gözəl olar…
Qurd haqqında belə uzun-uzadı danışmağım səbəbsiz deyil. Cəmiyyətimizdə də, çox az sayda qalsalar belə, nə yaxşı ki, hələ Qurd kimi, Qurd xarakterdə olan adamlar var – öz dəyişməz qaydaları olan və o qaydalardan kənar çıxmayan, mübariz, azadlıqsevər, dəyanətli, ələalınmaz və cəsur…
16 dekabr belə adamlardan birinin – ruhumun dost kimi qəbul etdiyi və özünün ruhunda da tam şəkildə Qurd xarakterini daşıyan dəyərli qələm adamının – ƏVƏZ ZEYNALLInın doğum günüdür. Hərçənd, rəsmi tərcümeyi-halında doğum tarixi kimi “1 yanvar” göstərilib, amma yaxından tanıyanlar, doğmaları bilir ki, bu, onun rəhmətlik atası Tapdıq əminin kürəyixallı doğulan körpəsini qorumaq istəyindən – 18 yaşına çatanda oğlunun qışda yox, yayda əsgərliyə getməsini hesablamasından irəli gəlib…
Əvəzi də mən elə, təxminən, 18 ildir tanıyıram – Türkiyədə universiteti bitirib böyük arzularla ökəmizə qayıtdığı və qaynar Türkiyə həyatının təsiriylə də Azərbaycanda yaxşıya doğru böyük dəyişikliklərə imza atacağı düşüncəsiylə yorulmadan qəzetlərlə, siyasətçilərlə görüşdüyü, söhbətləşdiyi və hərlənib-fırlanıb sonda da mətbuat meydanını öz “ovlağı” seçdiyi vaxtlardan…
Ancaq hara getdisə, harada işlədisə, sonda qalmaqal qopardı, oradan qalmaqalla ayrıldı – axı o, doğru bildiyindən asanca geri çəkilən, təslim olan, əyilən, haqsızlığa boyun əyən adam deyildi! Köləliyə alışmış cəmiyyətlər belə adamlarla dil tapa bilməz, onları sevməz! Əksinə, belələrindən qaçmağa, uzaq durmağa çalışarlar! Çünki belə adamlar öz davranışlarıyla onların alışdıqları kölə, qul həyatına azadlıq havası qatar, əlavə hərəkətlilik gətirər, narahatlıq, təşviş və qorxu yaradar! Onlar isə kölə həyatlarını dəyişmək, bu “nizam”ı pozmaq istəmədiklərindən, qorxduqlarından və acizliklərindən belə “qançıxaran adamlar”dan kənar gəzər və adını da “idarəolunmaz” qoyarlar!
Əvəzi də bu səbəbdən bu cəmiyyətdə heç sevmədilər və adını da “idarəolunmaz”, “ipə-sapa yatmaz” adam qoydular! Unutdular ki, belə “idarəolunmazları” idarə etməyin, onlarla “dil tapmağın” bircə yolu var – ədalətli davranış və insan ləyaqətinə sayğılı münasibət!
…Yadımdadır, 3 il müxtəlif qəzetlərdə – “Günaydın”, “Millətin Səsi”, “Hürriyyət”, “Vətəndaş həmrəyliyi” qəzetlərində çalışan Əvəz hər yerdən dava-dalaşla ayrılıb, axırda da başının üstündə kimsənin durmadığı, özünün olan və özünü ifadə edə bildiyi meydanı seçdi – “Xural” adlı qəzetini yaratdı, düz 9 il – 2002-dən ta 2011-ci ilin 28 oktyabrına – həbs olunanadək, burada yazdı, yazdı, yazdı… və yaza-yaza da ancaq özünə düşmən qazandı!!!
Çünki Əvəzin bu aləmdə “öz qaydaları” vardı və bu qaydalar içərisində də seçdiyi peşənin – mətbuatın ənənəvi sərt tənqidçilik prinsipinə sadiqlik öndə idi: yaza bilinməyənləri yazdı, yazısına yer verilməyənlərə yer verdi, tribuna tapa bilməyənlərə tribuna oldu, “Xural”ın səhifələrini hər kəsin üzünə taybatay açdı, hətta öz qəzetində öz əleyhnə belə yazılmış yazıların dərcinə imkan tanıdı… Bu isə cəmiyyəti kölə kimi görmək və kölələşdirmək istəyən “quldarlar”ın mətbu baxışlarına, dünyagörüşlərinə zidd idi. Onlara azad, hər kəsin üzünə açıq və hər kəsin tənqid edilə biləcəyi, hər kəsi öz adıyla çağıracaq mətbuat lazım idimi?! Əlbəttə, yox!!! Elə odur ki, adamın haqsızlıqla barışmayıb tez özündən çıxacaq xasiyyətə sahib oldugunu bildiklərindən, beşcə günün içərisindəcə tələsini qurdular, “torbasını” tikib 9 illiyinə də atdılar içəri…
Əvəz, düz, 1158 gün qaldı bu “tələ”də – ayağına bağlanmış 9 illik zənciri, düz, 3 ilə çeynəyib qıra bildi! O üç ildə də özünə və peşəsinə sadiq qaldı – həbsxanada, 4 divar arasında belə, hər səsdən diksinib qorxub-qaçmadı, o səslərə, o təhlükələrə sarı getdi və… içəridən yüzlərlə məhbusun taleyindən, həbsxanalardakı vəziyyətdən bəhs edən “Dustaq gündəliyi…” ilə çıxdı. Hələ o kitabı çap olunmayıb, ancaq əminəm ki, bir gün mütləq çap olunacaq və Əvəz daha bir hadisə yaradacaq…
… Artıq düz 6 ildir onu həmişəki “ovlağına” buraxmırlar; indi bu “ovlağa” o qədər çaqqallar daraşıb ki, meydan üfunət, leş iyi verir… Düz 6 ildir “Xural” qəzeti nəşr olunmur və həbsdən çıxdığı 3 ildir ki, Əvəz bir pəncəsini itirmiş, üç ayağı ilə dağlarda tənha dolaşan həmin o yaşlı Yalquzağı xatırladır…
Bizdə – “Strateq.az”da həyata keçirdiyi “Qaynar Qazan” layihəsində hər istədiyini edə bilmir, açığı, öz başı çəkib deyə, hər addımda məni qorumağa, “senzuradankənar” mövzulara girməməyə çalışır. Ancaq kim görməsə də, mən yaxşı görürəm ki, bu Qurd Adam burada özü ola bilmir, necə əziyyət çəkir…
Axı yaxşı bilirəm ki, “azadlıq onun xarakterindədir” və bu Azad Adam belə çərçivəyə, qəfəsə sığa, burada çox dura bilməz: ya o biri ayağını da qırıb mütləq daha uzaqlara qaçıb gedəcək, ya da bizi o qəfəsdən çıxmağa və digər Qurdlarla əl-ələ verib, yenidən Aypara şəkilində düzülməyə sövq edəcək…
Doğum Günün mübarək, əziz Qardaş – Qurd Adam!
Qurdlar ailəsinə də, dostlarına da, yoluna-qaydalarına, yurd-yuvalarına da sədaqətli olarlar! Tanrı canından çox sevdiyin o gözəl ailəni – Şamama Ananı, həyat yoldaşın Məlahət xanımı, övladların Selcanı və Banunu, qardaşın Raufu, bacıların Maralı və Alidəni qorusun, dostların yıxılmaz, yuvan rahat, yurdun firavan, yolunsa uğurlu olsun!
48-ində dərisi soyulan Nəsiminin yaşını ötdün, 50-yə adlamağa isə hələ düz 1 ilin var… Təlatümlər, həyəcan və gərginliklərlə zəngin, yalnız Qurd gözünün cığırı seçə biləcəyi dumanlı bir il…
“Ovlağına” qayıt, çaqqalları təmizlə və sərhəddini işarələ!!!
Elxan ŞÜKÜRLÜ
HABER LİSTESİ
-
01
Yaşlılığa ve yalnızlığa dair çok dokunaklı bir mektup…Neşe Doster nesedoster@yahoo.com YAZI ARŞİVİ Bir süreden beri eğitim verdiğim kurumda, her yaş ve meslek gurubundan katılımcı var. Hem bana, hem onlara göre dersler verimli geçiyor, kendilerini ifade etme ve anlatma imkanı buluyorlar, sorunlar ve sorular masaya yatırılıyor, ilişkiler ve ilgisizlikler örnekleriyle tartışılıyor, ortak paydalarda buluşuluyor, çözüm yolları aranıyor, yazım teknikleri anlatılıyor, özetle sürenin nasıl […] -
02
Ömür Dediğin…Cahit Kılıç Cahitkilic54@gmail.com YAZI ARŞİVİ Mihail Lermontov “Utanç verici bir umursamazlığımız var iyiye ve kötüye. Solup gidiyoruz kavgaya girmeden daha. Yüz kızartıcı korkaklarız tehlikeyi görünce. Ve iğrenç tutsaklarız iktidar karşısında” *** Evet, bununla başladım ama kendimi tenzih ederim. Hayatım boyunca hiçbir muktedirin tutsağı olmadım… Hiçbir tirana, hiçbir zalime, hiçbir despota, sempati beslemedim, zulüm karşısında baş […] -
03
Türkiye Kupasını Galatasaray KazandıZiraat Türkiye Kupası Finali’nde Trabzonspor ile Galatasaray Gaziantep Büyükşehir Belediye Stadı’nda karşılaştı. Mücadele tempolu başladı. Maçın 2. dakikasında Eren Elmalı’nın soldan ortasında Osimhen’in penaltı noktası üzerinde aşırttığı top ters kanattaki Yunus Akgün’de kaldı. Bu oyuncunun bekletmeden şutunda, meşin yuvarlak az farkla üstten auta gitti. 5. dakikada Galatasaray öne geçti. Trabzonspor savunmasının uzaklaştırmakta zorlandığı topla ceza […] -
04
Guterres: BM Ukrayna’da çözüm için taraflara her türlü desteği vermeye hazırBirleşmiş Milletler (BM) Genel Sekreteri Antonio Guterres, BM’nin Ukrayna’da çözüm için taraflara her türlü desteği vermeye hazır olduğunu belirtti. Berlin’de gerçekleşen BM Barış Gücü Konferansı sonrası düzenlenen basın toplantısında konuşan Guterres, BM’nin Ukrayna’da çözüm için taraflara her türlü desteği vermeye hazır olduğunu söyledi. Guterres, “BM taraflara her türlü desteği sağlamaya hazır. Taraflar kabul ederse, BM’den bunu yapmasını isteyebilirler. Ancak, […] -
05
Lavrov: Rusya’nın Müslüman ülkelerle çok ortak noktası bulunuyorRusya Dışişleri Bakanı Lavrov, Rusya ile Müslüman ülkeleri arasında çok kutuplu düzen inşasına bağlılık, neo-sömürgeci uygulamaların reddi ve dünyanın kültürel ve medeniyet çeşitliliğine saygı gibi çok sayıda ortak nokta bulunduğunu belirtti. Rusya Dışişleri Bakanı Sergey Lavrov, İslam İşbirliği Teşkilatı (İİT) Dokuzuncu Genç Diplomatlar Forumu’nun katılımcılarına video mesaj ile seslenerek, Rusya ile Müslüman ülkeleri arasında […]