GİZLİ AĞVALİDEYNLİK (Anne – babayı incitmek)

Hafiz Rüstem
(esse- varoluş)
Əvvəllər sənə zəng edəndə, telefonumuzu söndürüb, özün zəng edir, hörmətlə sorğularımıza dərhal cavab verirdin, əlavə kefimizi, əhvalımızı soruşurdun. Elə düşünürdük ki, sənin üçün artıq kontur xərcləməyimizə rəva görmürsən. Yenə də öz valideynlərinə qarşı formaca eyni şəkildə bu ənənəni davam etdirirsən, ancaq mahiyyətcə gizli şəkildə ağvalideynlik edirsən – kefin istəyəndə telefonunu açırsan, bağlayırsan, bununla da saymamazlıq, diqqətsizlik, itaətsizlik göstərirsən.
Artıq biz səni – diqqətcil, mehriban, valideynlərini sevən oğul kimi tanıya bilmirik. Hətta bir dəfə sənə mesaj göndərdim ki, bəlkə artıq arvad tərəfə əyilmisən, bizim gəlinimizin öz qayınatası və qayınanasına qarşı məkrli niyyətlərini yerinə yetirirsən? Belə getsə onun valideynləri – mənim yüksək vəzifəli qudalarım səni də öz böyük yeznələri Mürvət kimi rişxəndlə çağırarlar,“Yeznə mənim eşşəyimdir”–deyib urvatsız bir qohuma çevirərlər. Bu isə hər bir ləyaqətli yeznə üçün diri-diri torpağa gömülmək deməkdir. Axı onlar sənin üçün cehizləri ilə öz qızlarını verməkdən savayı nə ediblər ki? Nə qədər gec deyil, hansı ailədən çıxdığını, genetik-əxlaqi üstünlüyünü, özgürlüyünü, ailəndə bir kişi kimi öz böyüklüyünü qoruyub saxla, oğlum – açıq yazdım.
Çünki örtülü bazar, dostluğu pozar, – deyiblər. Sən bu mühüm mesajıma yəqin ki, gizli hirsini, hikkəni boğaraq mənə açıq bir rəy bildirməyə də cəsarət edə bilmədin. Həm də qorxdun ki, əks təqdirdə səni sözlə “diri-diri yeyərik”, səndən heç nə qalmaz, çox pərt olarsan. Bu iradəsizliyin, qətiyyətsizliyin – daxili qaranlığın sənin əsl simanı açıq görməyə imkan vermir. Yadındadırmı, mən bəzən sözümə baxmayanda, haqsız bir əməl törədəndə sənə “Haramzadənin biri haramzadə!” – “Xanım qız xalasına, qoç igid dayısına çəkər” deyiblər. Nə halal dayılarına, nə əmilərinə oxşadın, Oxşamışına lənət! – deyərdim. Bu qəzəbli ifadələrimdən payını götürər, bir daha neqativ hərəkətlər etməzdin. Hərçənd yaxşı haldır ki, sonralar küçədəngəlmə pis vərdişlərin olmadı, düz yol tutdun – içkidən, siqaretdən, narkotikadan, qumardan, veyil gəzməkdən, zina və digər neqativ əməllərdən fitrən uzaq gəzib-dolandın. Nə olsun ki, safsan, təmizsən? Bunlar Hafiz Şirazi demişkən, hələ hamısı demək deyil:
Dövlət odur ki, ürək qanı axmadan olsun,
Yoxsa bu səy, həyəcan, bu, hamısı deyildir.
Dünyada qismət olan bu beşgünlük möhləti
Xoş keçir, ötən zaman bu, hamısı deyildir.
Saqi, fəna dənizi sahilində durmuşuq,
Fürsət gözdən qaşacan, bu, hamısı deyildir.
Mən yanmışın kədəri, ahuzarı, fəğanı
Üzdən hacəti-bəyan, bu, hamısı deyildir.
Hafizin adı yaxşı rəqəm mənası verir,
Rindlərdə xeyir-ziyan, bu, hamısı deyildir.
Artıq biz səni bir övlad kimi itirmiş kimiyik – sadəcə zahiri rəsmiyyətçiliklə özümüzə təsəlli veririk. Ancaq sənə bu tezliklə unutduğun valideynlərinin qarşısında borclu olduğunu xatırlatmağa məcburam – manqurtluq yolunu tutduğuna görə. Bəlkə öz övladlarını taleyin ixtiyarına buraxmış bəzi valideynlər kimi səninlə insafsız rəftar etmişik? Bəlkə körpəlikdən bütün ehtiyaclarını yerinə yetirən, özümüzə qızırğandığımız ən dadlı yeməklərlə səni sevə-sevə, əzizləyə-əzizləyə yedirib-içirdən, həmişə təzə və səliqəli geyindirib-kecindirən, tay-tuşlarından geri qalmağına imkan verməyən, görməli, gəzməli yerlərə aparan, təlim-tərbiyənə xüsusi vaxt ayıran, ali təhsil almağına şərait yaradan, böyük bir şirkətə işə düzəldən, 48 sotluq pay torpaqlarını satıb sənə yaşadığımız şəhərin mərkəzində yeni tikilmiş çoxmərtəbəli binanın dördüncü mərtəbəsində 88 kvadrat metrlik üçotaqlı mənzil alan, bahalı təmir etdirən, yeddi il bundan qabaq məşhur bir şadlıq sarayında təntənəli oğul toyunu etdirən, gəlinimizlə səni həmin yeni əlahiddə mənzilə köçürən, xeyir-dualarınızı verən biz deyilik?
Adını mən qoyduğum, yeni, gözəl nəvəmiz də dünyaya gəlib, atalı-analı böyüsün, Allah qorusun! Təkcə sənin insan olmağın uğrunda apardığımız mübarizədə yollar həmişə hamar olmayıb. Hələ uşaqlıqdan sən dəfələrlə xəstələnəndə, məktəbdə, məhəllədə gözlənən saysız-hesabsız təhlükəli hadisələrdən səni qoruyanda, kənar, pis təsirlərdən səni daşındıranda, sənin üçün neçə-neçə dəmir qapıları döyəndə, hətta düşmən ayağına gedəndə, bürokratik idarələrdə sürüm-sürüm sürünəndə, üstündə nanə yarpağı kimi əsim-əsim əsəndə, sağlam, ictimai gərəkli həyat tərzinə səni yönəldəndə, vacib bilik, bacarıq və vərdişlərə yiyələnməyinə nəhayət nail olanda, sənin inad və tərsliyinə rəğmən konservativ, empirik adət-ənənələrə adaptasiya edilməyində nə qədər əzab və iztirablar çəkdiyimizi, anadan əmdiyim südün burnumdan töküldüyünü, hər gündə bəzən yüz dəfə ölüb-dirildiyimi və s. dəhşətli məqamları demirəm. Biz bir valideyn kimi səndən heç nəyimizi əsirgəmədik, hətta cüzi maaşlarımız müqabilində özümüzün çətin günlərinə əmanət pul da saxlamadıq.
Sənə sərf etdiyimiz o boyda böyük məbləğdən kiçicik bir vəsait ayırıb hətta öz kitabımı çap etdirməyə qıymadım. Axı mənim əsərim də elə sənin kimi ögey övladım deyil. Ancaq mən ayrı-seçkilik etdim, sənət əsərimi yox, səni tərcih etdim ki, təki sən bizdən də xoşbəxt yaşayasan. Bu sözləri sənə elədiyim təmənnasız yaxşılıqları başına vurmaq üçün demirəm. Sən də artıq bir gənc valideynsən, necə deyərlər arvad-uşaq sahibisən, biz səni və digər övladlarımızı cəmiyyət üçün yetişdirdiyimiz kimi sən də eyni missiyanı həyat yoldaşınla – bizim gəlinimizlə birgə yerinə yetirməlisən. Ancaq yolunuzda istirahətlərini və sağlamlıqlarını itirmiş, qan təzyiqindən, stenokardiyadan və digər naməlum xəstəliklərdən əziyyət çəkən, hələlik özlərini müayinə və müalicə etdirməyə maddi imkanları olmayan, kövrək və yaşlı valideynlərini nəzərdən qaçırmamaq şərtilə – çünki valideynlərinin də sənin boynunda haqları var. Biz öz müqəddəs valideynlik vəzifəmizi şərəflə yerinə yetirmişik, sən də indi öz ailən üçün eynən çalışırsan. Səndən heç bir maddi təmənna güdmürük, sənə verdiklərimiz ananın südü kimi halal xoşun olsun, Alllaha şükür, pis-yaxşı bu ölmə-diril, dilənçi pensiya pulları ilə başımızı girləyirik.
Bizdən sonrakı xərcləmədiyimiz pula satılacaq hər şeyimiz –daşınmaz əmlakımız – üçotaqlı mənzilimiz, satılmamış pay torpaqlarımız vərəsəlik hüququ ilə, həm də vəsiyyətə uyğun olaraq Sizə qalacaq. Biz həm də hazırda sərəncamımızda olan mal-mülkümüzü üzümüzə xoş baxan hər hansı bir Allah bəndəsinə bağışlamaq ixtiyarımızı da özümüzdə saxlayırıq. Heç kəs bu fani dünyada qazandığı maddi sərvətləri o dünyaya apara bilmədiyi kimi biz də pulla ölçülən hər şeyimizi bərabər bölüşdürüb sizə miras qoyub gedəcəyik ki, bizdən sonra bizi lənətlə yad etməyəsiniz. Hər övlada nəsib olmayan bu boyda zəngin maddi irs müqabilində sağlığında valideynlərinə qarşı bu biganəlik və etinasızlıq haradan qaynaqlanır, görəsən?
Məgər bu cür xeyirxah və fədakar valideyninə, ümumiyyətlə sənə həyat bəxş edən ata-anaya telefonu qapayarlar? Bilirəm, dərhal bəhanə gətirəcəksən ki, iclasda, konfransda, ya da nə bilim haradasa bərk məşğul idin, dar macalda mümkün deyildi, sonra zəng edəcəkdin və s. Bu bəhanələrinin sənə öz şirin canı qədər, varlığının bir parçası qədər yaxın olan valideynlərinə qəti dəxli yoxdur. İlk baxışda bu, çox cüzi görünür, ancaq böyük qəbahətlər cüzilərdən yaranır. Məgər düşünmürsən ki, bu laqeydlikləri indi böyütdüyün övladın – bizim nəvəmiz sabah sənin başına gətirə bilər? Bəlkə hazırda ölüm ayağındayam, köməksizəm, təkcə sənə ümidliyəm təcili yardım üçün, sənə son sözümü demək üçün zəng etmişəm? Bu cür kritik hallarda dərhal səsimə səs verməyəcəksənsə, mənim üçün səninlə yad adamın nə fərqi? Ölümün gözlə qaş arasında olduğundan xəbərin yoxmu?
Niyə bəsirət gözlərin – gələcəyi görmə qabiliyyətin qapanıb? Bəsirət gözləri olmayanlar əsl korlardır, nankorlardır, naxələflərdir, bədvarislərdir. Axı sənin gözlərin də, könlün də, evinin qapıları da, telefonun da valideynlərinin üzünə istənilən anda, həmişə açıq olmalıdır! Biz ömrümüzün bu qürub çağında sənə bildiririk ki, sənə prinsipcə bütün borclarımızı artıqlaması ilə verib qurtarmışıq.
Sən isə nə qədər ömrün var, bizə sadəcə mənəvi övladlıq borcunu yerinə yetirməlisən. Hərçənd bu borcu ən yaxşı övladlar belə ödəyib-qurtara bilmir, çünki bu gözəgörünməz, müqəddəs borc tükənməz, əbədi şərəfli borcdur – Allaha şükranlıq kimi, öz böyüklərinə kiçiklik borcun kimi. Borclu borclunun sağlığını istər – kəlamı da burada, bu müstəvidə yerinə düşmür. Çünki əsl övladın valideyninin ruhlarına həm də ölümdən sonra hər cümə axşamı “Yasin” oxutdurmaq, hər ildönümündə “Quran” tapşırtdırmaq borcu da var.
Telefonunu valideynlərinə söndürmə ki, vaxt gələr bu ədəbsizliyin və laqeydliyin bədəlini ödəyərsən. Qapını dolayı yolla üzümüzə çırpma ki, gələcəkdə ən yaxın adamların sənin özünü qapılar dalında qoyarlar. Bizə etinasız olma ki, baxımsız qalarsan. Valideynlərini unutma ki, nanəcib övladların tərəfindən unudularsan! Valideynini sevməsən, övladların da öz ata-analarını sevməz! Valideynlərinə qarşı soyuq münasibət, etinasızlıq bütün gələcəyini şübhə altına qoyur. Bütün sonrakı sevgilərin mənbəyi valideynlərinə sevgidən başlanır – məncə Allah eşqi də, qardaş-bacı məhəbbəti də, qadın sevgisi də, övlad sevgisi də, dost məhəbbəti də, Vətən sevgisi də, qlobal humanist sevgi də, ümumiyyətlə, sözün geniş mənasında həyat eşqi də. Nə əkərsən, onu da biçərsən – deyiblər.
Varlı-yoxsul olmasından asılı olmayaraq, insan özündən sonraya ən yaxşı, ən ideal halda üç miras, üç əmanət qoyub gedir: Yaxşı övlad, yaxşı əsər, bir də yaxşı ad-əməl. Əslində yaxşı əməl – insanın saf əxlaqı, xeyirxah işləri, müsbət ictimai fəaliyyəti özündən sonraya qoyduğu abidə kimi, görk kimi hər şeyi əhatə edir.
Sənin qədər mənə doğma şerimi oxu və ibrət götür ki, didaktikasız insan həyatı mahiyyətsizdir. Bu şeri şəxsən tanış olmadığım, ancaq mənim yaradıcılığımı izləyən məşhur türk teleaparıcısı, söz xiridarı, publisist Cahit Kılıç mənim fb səhifəmdən icazəmlə götürüb öz həmkarı ilə birlikdə öz telekanallarında keçən il səsləndirib-yorumladılar. Ancaq unutma ki, səndən fərqli olaraq mən öz valideynlərimə qarşı sağlıqlarında heç vaxt sənin kimi laqeyd, daşürəkli olmağı heç ağlımın ucundan keçirmədim. Baxmayaraq ki, yeni, müasir nəsillər valideynlərindən çox zəmanələrinin övladlarıdır – deyirlər. Həmişə səni sağ-salamat, əmin-amanlıqda, ruzi bolluğunda, munis həyat yoldaşı və dostlarla, yaxşı övlad və yazacağın əsərlərlə bir yerdə görmək arzuları ilə:
Bu əyri ağaclar bitib əydiklərimizdən,
Bu ağu kimi meyvələr əkdiklərimizdən.
Layiqli təşəkkür, ya da təbrikmi umaq biz
Vaxtilə nahaq xətrinə dəydiklərimizdən?
Buğda çörəyin yoxdu, hanı buğda dilin bəs?
Çıxmış qəhətə ruzi də söydüklərimizdən.
Məzlum özünə zülm eləyib haqqını bilməz,
Zalım yetişir büt kimi öydüklərimizdən.
“Qaçqın” ilə “köçkün” qabar atmış dilimizdə,
Boş sinəmizə boş yerə döydüklərimizdən.
Bir dərs olanı, görk olanı insan unutmaz,
İbrət götürə bilmirik o görklərimizdən.
Aydın görünür hansı yuvanın quşuyuq biz,
Öz əynimizə xarici geydiklərimizdən.
Çirkdən törəyir piyli, haramzadə nəsillər,
Ya Rəbb, yu, təmizlə bizi bu köklərimizdən!
Hafiz, sözünə kim ki, əməl eyləsə artıq,
Əskik ola bilməz ulu göytürklərimizdən.
Hafiz RÜSTƏM
29 İYUN 2017
Eğri Ağaçlar şiiri, On4 TV’de Cahit Kılıç tarafından okunmuş ve İsmail Bendiderya ile birlikte yorumlanmıştır. Tanyeri Haber olarak, o görüntüleri takdim ediyoruz.
-
Uluslararası Daruttakrip Kurumu ile yaptığım röportaj
-
CHP Genel Başkanı Özel: Erdoğan’la da gelseler, Erdoğan’sız da gelseler kazanacağız
-
Osmanlı’da matbuatın doğuşu ve ilk gazeteciler…
-
ABD: Musk’ın DOGE ekibinin Hazine Bakanlığı verilerine erişimi engellendi
-
BM: ABD yardımı keserse AIDS ve HIV nedeniyle 6 milyon kişi ölebilir
-
Hamas üç rehineyi, İsrail ise 183 Filistinli tutukluyu serbest bıraktı
HABER LİSTESİ
-
01
Uluslararası Daruttakrip Kurumu ile yaptığım röportajHasan Kanaatlı h.kanaatli@hotmail.com Yayın tarihi: 7 Şubat 2025 Türk düşünür Hasan Kanaatlı, Mescid-i Aksa’yla ilgili söyleşide: “İnsanlığı kurtarmak” İran İslam Cumhuriyeti’nin nihai hedefidir/Dünya çapındaki Müslümanlar İran’ı destekliyor!” dedi Türkiye Ehl-i Beyt Dernekleri Federasyonu Başkanı Hasan Kanaatlı, İmam Humeyni (RA) önderliğindeki İran İslam Devrimi’nin, İslami uyanış ve kalkışma ruhunu canlandırarak, Müslüman ve hatta gayrimüslim toplumlara […] -
02
CHP Genel Başkanı Özel: Erdoğan’la da gelseler, Erdoğan’sız da gelseler kazanacağız* CHP Genel Başkanı Özel, Türkiye Kent Konseyleri Platformu 32. Genel Kurulu’nda yaptığı konuşmanın ardından gazetecilere yaptığı açıklamada, bir an önce sandığı halkın önüne koymak istediğini belirterek Erdoğan’ın adaylığından korkmadıklarını, Türkiye’nin birinci partisi olduklarını vurguladı. CHP Genel Başkanı Özgür Özel, “Sandığı bir an önce önümüze koymak istiyorum. Bunun da kaçınılmaz bir sonucu olarak Erdoğan aday olabilir. […] -
03
Osmanlı’da matbuatın doğuşu ve ilk gazeteciler…Hakan Akpınar hakanakpinar227@gmail.com Bu yazımızda, II. Mahmud devrinin en önemli yeniliklerinden biri olan İlk Osmanlı-Türk Gazetesi, Takvim-i Vekâyi’yi anlatacağız. 1831’in Kasım ayında yayın hayatına başlayan Takvim-i Vekâyi, devlet tarafından çıkarılan ilk resmî gazete olma vasfıyla Türk basın tarihinde oldukça önemli yer tutmaktadır. Sultan Mahmud, bu gazeteyi, Mısır Valisi Kavalalı Mehmed Ali Paşa’nın yayınladığı Vekây-i Mısriyye […] -
04
ABD: Musk’ın DOGE ekibinin Hazine Bakanlığı verilerine erişimi engellendiElon Musk’ın başında olduğu Hükümet Verimliliği Birimi’nin (DOGE) vergi iadeleri, sosyal güvenlik yardımları ve gazilere yönelik ödemeler dahil trilyonlarca doları yöneten, geniş bir kişisel ve finansal veri ağına erişimine izin verilmişti. ABD’de bir yargıç, Cumartesi günü teknoloji milyarderi Elon Musk’ın Hükümet Verimliliği Birimi (DOGE) ekibinin -milyonlarca Amerikalıya ait sosyal güvenlik ve banka hesap bilgileri gibi […] -
05
BM: ABD yardımı keserse AIDS ve HIV nedeniyle 6 milyon kişi ölebilirABD bağışları, 70 ülkede faaliyet gösteren ve AIDS’i 2030 yılına kadar halk sağlığı tehdidi olmaktan çıkarmayı hedefleyen BM programının küresel finansmanının büyük bölümünü oluşturuyor. Birleşmiş Milletler (BM) AIDS Ajansı’nın Cuma günü yaptığı açıklamaya göre, ABD Başkanı Donald Trump yönetiminin HIV ve AIDS programlarına yönelik küresel finansmanı çekmesi durumunda önümüzdeki dört yıl içinde altı milyondan fazla […]