HESABAT – 2019
Hafiz Rüstem
hafiz.1951@mail.ru
2019-cu İLİN ŞE”RLƏRİ
EPİTAFİYA
Xalq deyər:
Ağacı qurd içindən yeyər.
Sən də bir həyat ağacı – vətən,
Sökülürsən, tökülürsən içindən!
Anlamaz bunu yaltaqlar, manqurtlar.
İçimizdən yeyər bizi
bu vəhşi, bu murdar ac qurdlar-
Durmaq bilməz! Doymaq bilməz!
Köpüb-partlamaq bilməz!
Öldürməyincə ölməz!
Ey zəngin, ana coğrafiya,
Səni illərdir qurd kimi
içindən gəmirir,
xırtaxırtla sümürür,
talan edir, qarət edir bu mafiya!
Sənədir məndən bu epitafiya!
Ağacsanmı, daşsanmı,
ey refleksləri öldürülmüş
laqeyd, qorxaq xalq?
Diriykən ölüsənmiş,
Fatihən verilib,
Necə deyim ayağa qalx?
——————————
Manqurt – türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gerilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir.
27 yanvar 2019
VƏTƏN
Familə Fərmanlı üçün
Bu gün Qarabağ qazisi, Xocalı döyüşçüsü Familə Fərmanlını ziyarət etdim. Bacısı qulluğunda dayanır. Kimya terapiyası başa çatdıqdan sonra xərçəngdən əməliyyat olunacaq.
Çay süfrəsi arxasında sevinclə dedi ki, fb-dən dostluğunda olan Anar adlı tələbə bu yaxınlarda evlərinə gəlib. Xanıma divar saatı, üstü “Familə Fərmanlı” yazılmış fincan hədiyyə edib.
Sən demə, Familə xanımla əlaqə saxlayan, onu unutmayan, ona şəfa diləyən insanlar çoxdur. Sağ olsunlar!
Ancaq hazırda tibbi müayinəyə və 230 manatdan başlayan bahalı dərmanlarına pul çatdıra bilmir – öz pensiyası və I qrup əlilliyinə görə təzə artırılmış müavinət müalicəsinə qəti kifayət etmir.
Sevindirici xəbər odur ki, Masazır bələdiyyəsinin sədri və Abşeron icra hakimiyyətinin nümayəndəsi söz veriblər ki, tezliklə nəhayət, yaşadığı evin kupçasını (mülk kağızı – dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı) ala biləcək!
Heyf ki, xəstəliyin təsirindən ağır eşidir, lazım gələndə öz çarpayısından çəliyə söykənərək ayağa qalxır.
Zahirən könül açan, daxilən qəlbimi göynədən bu görüşün sonunda yadigar şəkil çəkdirdik.
Xırdalana qayıdarkən ürəyimin göz yaşları – aşağıdakı şe”r heç bilmədim ki, qələmimdən necə süzüldü.
Haraya gedirsən, dərəbəylikdir,
Nə olsun, daha bəy, ya xan yox, vətən!
Doğmalıq, halallıq yox, ögeylikdir,
Allahdan, bəndədən qorxan yox, vətən!
Sağlığın istəyir borclu borclunun,
Qanına susayıb öclü öclünün.
Təəssübün çəkir güclü güclünün,
Kasıba, pulsuza baxan yox, vətən!
Sanki yem olmuşuq pəzəvənglərə,
Xallı kaftarlara, ac pələnglərə.
Bu görməmiş, vəhşi, qart nəhənglərə,
Bir adil məhkəmə, divan yox, vətən!
Şəhidə, qaziyə nə bir qiymət var,
Nə də vətəndaşa iş var, sənət var.
Hər bir şey satılır! Talan, qarət var!
Sənə sahib, qahmar çıxan yox, vətən!
5 mart 2019
AY AĞZI GÖYÇƏK
Dünya ağzı göyçəklərlə, ağızdan pərtövlərlə, boşboğazlarla, başdan xarablarla doludur.
Bunlara xəbərçilər, agentlər, abırsızlar, sirr saxlamazlar, çərənçilər, radikallar, idarəolunmazlar, ümumiyyətlə ləyaqətsizlər də deyilir.
İctimai-siyasi bəlaya çevrilmiş bu psixləri – ağzı göyçəkləri bir fərd kimi göstərmək istədim.
Bax, bu gəlhagəllə, bu gethagetlə,
Yaxana vurulan bir etiketlə.
Bu rüsvayi-cahan bir epitetlə
Səni çağırırlar nə gözəl-göyçək!
Ay ağzı göyçək!
Hər rəngə girirsən buqələmun tək,
Hər şəklə düşürsən mum, bərəmum tək.
Küləklə sovrulan səhrada qum tək,
Elə bil ilğımsan – yalanla gerçək,
Ay ağzı göyçək!
Hər işə lağ edib qulp da qoyursan,
Sən məhək daşını qəlp də qoyursan.
Guya can yandırıb, qəlb də qoyursan,
Daxilin eybəcər, xaricin qəşəng,
Ay ağzı göyçək!
Heç kimsəyə gəlmir yazığın sənin,
Bilinmir nə mənan, nə məğzin sənin.
Elə ki, açılır “gül ağzın” sənin
Ac nəfsindən qarsır, yanır gül-çiçək,
Ay ağzı göyçək!
Sənə ağıldan da zirək deyirlər,
Mədə bulandıran milçək deyirlər.
Hərdən də “xalası göyçək” deyirlər,
Öz köhnə peşəndən demirəm əl çək!
Ay ağzı göyçək!
Bəzi qadınlar tək yoxdur hülqumun,
Yoxdur saf ürəyin, yoxdur saf qanın.
Yoxdur heç baxtı da mənim xalqımın,
Onu gözdən salan varmı sənin tək?
Ay ağzı göyçək!
14 may 2019
GİLEY
Zaman ürəyimizcə
Keçmədi rəyimizcə.
Haqqı göz üstə tutduq-
Halal çörəyimizcə.
***
Nə olsun ki,canı canımdan mənim,
Bir doğmadır – qanı qanımdan mənim.
Vətən tanımayan, özünü sevən,
Yağıdır! Rədd olsun yanımdan mənim!
2019
SİYASƏT
E.İsayev bir aktiv bloger kimi öz tarixi vətənində – Azərbaycanda neqativ ictimai-siyasi proseslərə ardıcıl olaraq öz etirazını bildirirdi.
O, əvvəlcə vətəndaşı olduğu Rusiyanın Sankt-Peterburq şəhərində həbs edildi və beynəlxalq hüquqa rəğmən azadlığa buraxıldı. Ancaq Rusiya vətəndaşlığından məhrum edildi.
1980-ci il təvəllüdlü İsayev Elvin Ukraynaya gəlib oradan da Hollandiyaya getmək istəyirdi. Ancaq rejimin xəfiyyə orqanları onu həmin ölkədən oğurlayıb (Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini guya pozduğuna görə) 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana “deportasiya” edilib.
Görün, bu müdhiş rejim nə gündədir ki, öz kölgəsindən qorxur, nəinki öz vətəndaşlarının, hətta xaricdə yaşayan həmvətənlərimizin də söz azadlığını pozur, qanuni hüquqlarımızı, milli maraqlarımızı tapdalayır.
Deməli, vətəndaşlarımızın siyasi aktivliyi olmadığından hazırda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təhlükə altındadır.
Biz Elvinik!
Vətənimizin şanlı, qəhrəman oğlu ELVİNƏ AZADLIQ!
Siyasət mənlik deyil,
Siyasət sənlik deyil.
Demək, o, bizlik deyil,
Demək, o, sizlik deyil.
Guya əsl siyasət
Çirkin oyunmuş fəqət.
Hərə öz işi ilə
Məşğul olsun, budur şərt!
Bəs siyasət kimlikdir?
Rüşvətxor hakimlikdir?
Xəstə bir cəmiyyətin
əlacı həkimlikdir.
Yox, siyasət mənlikdir,
Elə həm də sənlikdir.
Ona sahib çıxmasaq,
Bu, xalqa düşmənlikdir.
Bizlikdir bu siyasət,
Sizlikdir bu siyasət.
Elə ən böyük biclik
Düzlükdür bu siyasət!
Siyasət həm elmdir,
Siyasət həm helmdir.
Elmsiz, helmsiz xalqın
Aqibəti ölümdür!
***
O, seçmək, seçilməkdir,
Çəkilmək, ölçülməkdir.
Xalqın iradəsilə
İqtidara gəlməkdir.
O, ali bir sənətdir,
Sağlam bir rəqabətdir.
Saxtakarlıq olarsa,
Bir milli fəlakətdir.
O, haqqın tərəzisi,
İlahinin ruzisi.
Ayıq-sayıq qorunan
Vətənin ərazisi.
Ondan aslıdır fəqət,
Adil bir hakimiyyət.
Passiv olsa cəmiyyət,
Hər şey dəhşətdi, dəhşət!
O, bir şans, o, bir fürsət,
Vətənə ali xidmət.
Siyasəti olmayan
Məhvə məhkumdu dövlət!
Namus, qeyrət ondadır,
Cürət, qüdrət ondadır.
O, şəxsi bir mülk deyil,
Ümumdövlət ondadır.
Onsuz qorxaqlar nə çox!
Yaltaq-yalaqlar nə çox!
Həm mənəvi şikəstlər,
Maddi çolaqlar nə çox!
Onsuz hər iş yamandır,
Hətta doğru yalandır.
Siyasətsiz bir ölkə
Yad əllərdə talandır!
Əslən hər şey siyasət,
Doğma-ögey siyasət.
Rədd olsun satqın, acgöz
O qul, lakey siyasət!
Siyasət – qalibiyyət!
Siyasət – məğlubiyyət!
Halal əlində qüdrət!
Haram əlində qələt!
Siyasilər var olsun!
Qoy xalqa qahmar olsun!
Vətəni, xalqı sevsin,
Müdrik, peşəkar olsun!
Siyasətlər içində,
Cəmiyyətlər içində.
Azərbaycan tanınsın
Qoy dövlətlər içində!
3 sentyabr 2019
————————
Bloger – blog (sözü İngiliscə “web ” və “log ” sözlərinin birləşməsindən yaranmış və zamanla “blog ” halını almışdır. Mənası isə “web gündəliyi “, “onlayn gündəlik ” deməkdir) sahibi, bu onlayn gündəliyini yaradan və paylaşan şəxs.
KÖHNƏ-TƏZƏ XIRDALAN
Çəkilib gölməçə, zığ,
Yolları – qazıq-qazıq.
Sakinlərin üzünə
Boylanır yazıq-yazıq…
Bax tin-tin, dalan-dalan,
Xırdalanır Xırdalan.
Sökülür – tikilməyə,
Tikilir – sökülməyə.
Dikəlir – bükülməyə,
Xırpalanır Xırdalan.
Köhnə Xırdalan – muzey,
Qəbristanlıq – movzoley.
Yastı-yapalaq evlər
Həm doğma, həm də ögey.
Bu kənd Nəbi Xəzrili,
Gilavarlı, xəzrili.
Məscidli, minarəli,
Sədəqəli, nəzirli.
Təzə, modern Xırdalan,
Sıra-sıra göydələn…
əyri-üyrü, köndələn
Küçələrin gözəldir.
Gündüzlərdən seçilməz
Gecələrin gözəldir.
Bu tozlu, tozanaqlı,
Parkları – çil-çıraqlı.
Köşklü, oturacaqlı,
Bər-bəzəkli şəhərim,
Mənim ömür səhərim.
10 sentyabr 2019
MUTASİYA
İllərdir… ömrümüzü kəsir
Qartımış mafiozlar,
siyasi dələduzlar.
Beynimizi yuyur
bu “məşhur tozlar”-
Ponçik Muradın “Maşın” şousu
Yatıra bilərmi bu XAOSU?
Xoşqədəmlər, Zaurlar –
Ucuz udub, baha uduzurlar.
Soyundurulmuş sözlər
üryan, bayağı, sün”i!
İtib hər şeyin HÜSNÜ…
Rəsmi ekran-efirdə
hər şey var, ancaq HAQQ yox!
VƏTƏN yox, QARABAĞ yox!
Qalib, qürurlu XALQ yox!
25 noyabr 2019
SƏN EY ƏLAHƏZRƏT XALQ!
Şəhid bacıoğlum Füzulinin əziz xatirəsinə.
Gücümüz sözə çatır! Acığımızı sözdən çıxırıq! Biz ictimai-siyasi hadisələri ədəbi-bədii güzgüdə obyektiv göstəririk.
Dövrün sultan Səncəri güzgünü sındırır, zülmü sındırmır!
Bu zülm nə vaxta qədər davam edəcək?
Bu xalqın haqqı nə vaxtadək mənimsənəcək?
Ey Tanrım, bəs sənin ƏDALƏTİN nə vaxt cənnət vətənimizi cəhənnəmə çevirən zalıma, şər qüvvəyə divan tutacaq?
Yenə Milli məclisə qeyri-milli lov düşüb,
Fövqəladə seçkilər işə düşüb, şov düşüb.
Geydirmə iqtidarla müxalifət içində
Guya qaçaqaç düşüb, guya qovhaqov düşüb.
Üzdəniraq YAP-çılar, xalqdan uzaq gopçular
Erməniyə yalmanır, xalqa qənim, dov düşüb.
Rusiyadan İsayev, Fransadan Piriyev
Məxfi tilov atıblar, əllərinə ov düşüb.
Bunlar Stalinə də indi “rəhmət” oxudur,
Yadımıza lənətlik Mikoyan, Kirov düşüb.
“YouTube”da, “Instagram”da “Twitter”də, . “Fb”də
Dillər qandallanıbdı, ayaqlar buxov düşüb.
Ölkənin sərvətləri oğurlanıb, talanıb,
Bir ovuc monarxistə bütöv xalq girov düşüb.
Qarabağ qaziləri – işsiz, evsiz-eşiksiz,
Şəhidlərin qəbrinə od düşüb, alov düşüb.
Bir tərəfdən yaltaqlar, bir yandan da manıslar
Xalqı yatızdırırlar, ürəklərə xof düşüb.
Kim deyir ki, yatmısan, sən ey ƏLAHƏZRƏT XALQ?
Ayağa qalx! Ömrünə qar yağıb, qırov düşüb.
Hafiz Rüstəm
19 dekabr 2019
—————————–
Şou, yaxud şov – yəni əyləncəli proqramlar
İsayev və Piriyev – fəal siyasi blogerlərimiz, Haqq carçıları Elvin İsayev və Rəfael Piriyev hətta yaşadıqları qərib ölkələrdə təqib edilərək oğurlanıb, həbs edilib.
HABER LİSTESİ
-
01
İsrail Siyonizmi ve BOPHakan Akpınar hakanakpinar227@gmail.com ABD, 2003 yılında Irak’ı işgal ettikten sonra Ortadoğu’da akan kan hiç durmadı… Taliban’ın 11 Eylül 2001’de iki Amerikan yolcu uçağını kaçırıp New York’taki İkiz Kuleler’i yerle yeksan etmesinin ardından Washington Yönetimi, bu bahane ile önce Afganistan’ı, sonrasında Irak’ı işgal ederek yüzbinlerce sivilin ölümüne sebep oldu. “Sebep oldu” dedik; ama sözün gelişiydi o… […]
-
02
Paşinyan: Rusya ve Ermenistan arasında aktif bir siyasi diyalog varErmenistan Başbakanı Paşinyan, Erivan ve Moskova arasında son dönemde aktif bir siyasi diyalog bulunduğunu belirtti. Moskova’da düzenlenen Bağımsız Devletler Topluluğu (BDT) Liderler Zirvesi marjında Rusya Devlet Başkanı Vladimir Putin’le yaptığı görüşmenin basına açık kısmında konuşan Ermenistan Başbakanı Nikol Paşinyan, iki ülke arasındaki siyasi diyaloğa vurgu yaptı. Paşinyan, “Son aylarda oldukça aktif bir siyasi diyalog yürüttüğümüzü belirtmekten büyük mutluluk duyuyorum. Rusya Başbakan […]
-
03
Türkiye’de son yedi yılda ‘şüpheli kadın ölümleri’ yüzde 82 arttı1.441’i son 7 yılda şüpheli ölüm olmak üzere ve 2010’dan bu yana gerçekleştirilen kadın cinayetleri ile birlikte toplamda 5.696 kadın hayatını kaybetti. “Kadın cinayetleri” ile “kadınların şüpheli ölümlerine” ilişkin raporlar hazırlayan “Kadın Cinayetlerini Durduracağız Platformu” verilerine göre, Türkiye’de 2017 ile 2023 yılları arasında “şüpheli kadın ölümleri” yüzde 82 artış gösterdi. 2010 yılında yaşanan Münevver Karabulut cinayetinin ardından […]
-
04
John Hopfield ve Geoffrey Hinton 2024 Nobel Fizik Ödülü’nü kazandılar…Fizik ödülü, bu hafta ve önümüzdeki hafta açıklanacak altı Nobel Ödülü’nden ikincisi. 2024 Nobel Fizik Ödülü, yapay sinir ağlarıyla makine öğrenimini mümkün kılan keşifleri dolayısıyla iki biliminsanına verildi. Bu yılki ödülün sahipleri Amerika Birleşik Devletleri’ndeki (ABD) Princeton Üniversitesi’nden John Hopfield ve Kanada’daki Toronto Üniversitesi’nden Geoffrey Hinton oldu. İsveç Kraliyet Bilimler Akademisi Genel Sekreteri Hans Ellegren […]
-
05
Fikir disiplini…Han Ayvaz Adıgüzel hanayvazadiguzel@gmail.com Ülkemizde Türk milliyetçiliği konusu bölünmüş bir disiplin halini aldı fakat kimseden evet veya red onayı gelmiyor. Görüş belirtmeme devam eden tarihi hastalığımız olsa gerek. Bu durum bize yanlış sunulan İslam anlayışından geçmiştir. “Neuzibillah cehenneme giderim” korkusunun getirdiğidir bu. Korku, Türk’ün iliklerine işlemiş ama yaşadığı ezilmişliğe, yoksulluğa ve uğradığı hakarete cehennem diyemiyor, […]