Kaçır!..
Hafiz Rüstem
2004-cü ildə Polad Bülbüloğlu, Sirus Təbrizli və bizim direktor Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”in binasını və dərsliklərini satıb öz aralarında bölüşdürdülər, işçiləri də amansızlıqla küçələrə atdılar.
Heç milli düşmənlərimə də bu potensial işsizliyi rəva görməzdim. Əslində nəfsimizə qarşı cihad xarici düşmənlərimizə qarşı cihaddan daha vacib və taleyüklüdür. Bu şeir həmin dəhşətli günlərin poetik təəssüratıdır.
Qəflətən taleyin üzü dönəndə
Səndən ümid qaçır, arzu da qaçır.
Bir xeyri olmayır cəhd eləsən də,
Bərəkət də qaçır, ruzi də qaçır.
Bağlanır qapılar, kəsilir kömək,
Bir bəhrə verməyir çəkdiyin əmək.
Keçmir boğazından yediyin çörək
Onun dadı, tamı, duzu da qaçır.
Baxma ki, qanundan tamam kənardır,
Qaçılmaz rəzalət qanunu vardır.
Kim ki, zülmkardır, mərdiməzardır,
O, qurddur ki, qovur, quzu da qaçır.
Məəttəl qalmışam həyat dərsinə,
Bizə təsir edən həyat tərzinə.
Arabir fırlanır dünya tərsinə,
Dovşan tutur deyə tazı da qaçır.
Qoy səni üzməsin bu köhnə şahmat,
Bir yol qalib gələn yüz yol qalır mat.
İnsanda vəfa yox, dövranda səbat,
Hafiz’in özündən özü də qaçır.
BENZER HABERLER
-
İran, İsrail’e saldırıları durdurdu: ‘Lübnan’a saldırırlarsa daha sert karşılık veririz’
-
Özgür Özel: ‘Yarın grup toplantısı yapacağız, ben konuşacağım’
-
Trump seçim hilesi sorusundan sonra röportajı yarıda kesti: ‘Ya yalancısın ya aptalsın’
-
NATO, Rusya sınırlarında hava tatbikat başlatıyor
-
Ermenistan’da seçimi Paşinyan’ın partisi kazandı
-
İsrail ve İran’dan karşılıklı yoğun saldırılar
