SEN GİZLİ GÜNAHIMSAN!
Hafiz Rüstem
hafiz.1951@mail.ru
Bir günah etsəm əgər, min bir gün ah etmək gərək,
Min gün ah etsəm əgər, heç bir günahım yox mənim.
M.Füzuli
Günü əyləncəliyəm,
Dərdə öyrəncəliyəm.
Yenə sənsiz dəliyəm,
Yozulmaz izahımsan,
Sən gizli günahımsan
Olmasan da halalım,
Sənsən eşqim, vüsalım.
Varım, cahü cəlalım,
Qənirsiz sabahımsan,
Sən gizli günahımsan.
Sən günah, mən günahkar,
Ola bilmirik aşkar.
Mənə sahib-ixtiyar,
Ümidim, pənahımsan,
Sən gizli günahımsan.
Düşüb çəməndə bilmir –
Bənövşə bəndə, bilmir.
hər şeyi bəndə bilmir,
Allaha agahımsan,
Sən gizli günahımsan.
Sən etdiyim qəbahət,
Kimə isə xəyanət.
Mənə saf bir məhəbbət,
Alov saçan ahımsan,
Sən gizli günahımsan.
Eşq-i məmnusan əslən,
Bəxti tükdən asılan.
Ancaq göydə kəsilən
İlahi nikahımsan,
Sən gizli günahımsan.
17 oktyabr 2017
-
İran İsrail’e füzeleri ateşledi
-
Neşe Doster: Hedef belli, bahaneler belirsiz, şiddet sabit…
-
Aziz Yıldırım yeniden Fenerbahçe başkanı
-
Dr. Alper Akçam: Anılmak…
-
Prof. Dr. Barış Doster: ABD emperyalizminin saldırı ve işgal aygıtı olarak NATO
-
DSÖ uyardı: Güvensiz gıda her yıl 1,5 milyondan fazla can alıyor
