Cenuba Doğru!

Genel - 29 Kasım 2017 12:28 A A

Hafiz Rüstem

hafiz.1951@mail.ru

“Bakıdan Yardımlıya səyahət” adlı poemamı 2008 – 2010-cü illərdə qələmə almışam.  Məşhur şair-publisist Əli Rza Xələfli bu poemanın motivləri əsasında “Yaddaşa aparan yollar” adlı məktub-roman nəşr etmişdir(“Vətən” nəşriyyatı, 2015, 608 səh). Bu poemada Türkiyə-Azərbaycan dostluğundan bəhs edən parçanı türk oxucularımız üçün təqdim edirəm. Bu parçada adları çəkilmiş tarixi fakt və hadisələrin geniş şərhləri ilə də tanış ola bilərsiniz.

Mənim bir millətim, iki dövlətim,

Türkiyəm – köməyim, gücüm, qüdrətim!

Oğuz qardaşımız, qan qardaşımız,

Dünyada əbədi yol yoldaşımız

Sınanıb tarixi keşməkeşlərdə,

Həmdəmimiz olub xeyirdə, şərdə.

Osmanlı Türkiyə çökdüyü zaman,

İngilis, fransız, erməni, yunan,

Bir də Rusiyanın verməyən aman,

İkibaşlı qartal caynaqlarından

Yeni Türkiyəni xilas edərkən,

Təhlükə altında olarkən vətən…

Qanlı cəbhələrdə Mustafa Kamal[1],

Başının üstündə o ulduz, hilal[2]

O Antanta[3] ilə qanlı davada,

Çanaqqalada[4], ya Sakariyada[5]

Düşmənə vururdu ağır zərbələr,

Meydan döyüşləri, müharibələr

Səngimək bilmirdi, edirdi davam,

Hər tərəfdə ölüm, qırğın, qətli-am!

Daşnak xəyanəti, yunan hiyləsi,

Saysız qətlü qarət, ölüm səhnəsi…

Canının hayında olan Türkiyə,

Dünyada təklənib qalan Türkiyə –

Yenə unutmadı Azərbaycanı,

Güvənib qardaşlıq etibarına,

Amansız taleyin ixtiyarına

Qətiyyən atmadı Azərbaycanı,

Əsla unutmadı Azərbaycanı!

Bizim xalqımızın fəxri, qüruru,

Mürsəl[6] peyğəmbərim, gözümün Nuru[7].

Hərbiyyə naziri – o Ənvər paşa,

Xəlil paşa kimi igid, ər paşa

Düşmənlər cəngində qoymayıb qəti,

Qorudu bizim gənc cümhuriyyəti.

Türklə azərinin birgə arzusu,

Yeni yaradılan Qafqaz ordusu[8]

Qovdu qanımızdan soran acları,

Rus-daşnak, ingilis yırtıcıların!

Suvarıb qanıyla bizim diyarı,

Cavan, igid, qardaş türk oğulları…

Nə qədər dünyada hələ varıq biz,

Qardaş Türkiyəyə minnətdarıq biz[9].

***

Bakının fatehi Nuru paşadan

Gözəl bir poema yazıb Nəriman[10]:

“Nuru paşa at belində

Türkiyədən, Karsdan gəlir.

Azərbaycan deyə-deyə,

Yaralanmış aslan gəlir.

Nuru paşa arxasıza arxa gəlir.

İgidlərin sırasında

“Hücum!” deyən igid gəlir.

Azərbaycan, səndən ötrü

Gör neçə min şəhid gəlir…

Paşa balam, sənin adın

Ordan gəlir.

Bu damara o damardan

Bax, o qandan bu qan gəlir.

Sən gələndə, Nuru paşa,

Sən yaşında cavan gəlir.

Türk can qoydu bu torpaqda

“Azərbaycan!” deyə-deyə.

Tarix, səni oxuyuram

Mən türkə “can” deyə-deyə…”

***

Qobustan – Şamaxı yolu üstündə,

Yurdumuza keşik çəkir bu gün də

Bir türk zabitinin tənha məzarı,

Yolundan saxlayır o yolçuları.

Bu məzar qardaşlıq əfsanəsidir,

Ağır döyüşlərin nişanəsidir.

Heç vaxt unudulmaz yaddaş yeridir,

O şəhid ölməyib, yenə diridir.

Naməlum şəhidə bir “Tənha məzar”

Adlı bir abidə qoyub Bəxtiyar[11]:

“Yolçu! Dayan burda, düşün bu yerdə,

Soruş kimdir yatan bu tək qəbirdə?

O, bir türk zabiti, doğuldu haqdan,

Sənin yardımına gəldi uzaqdan.

O, sənin arxanda bir dağa döndü,

Bu torpaq yolunda torpağa döndü.

Yolçu, bir anlığa burda dayan, dur!

Ayaq basdığın yer ona borcludur”

_______________________________________________________

[1] Türkiyədə Milli-azadlıq hərəkatının (1919 – 1923-cü illər) təşkilatçısı və lideri, Türkiyə Respublikasının banisi, görkəmli siyasi və hərbi xadim Mustafa Kamal Atatürk (1881 – 1938)

[2] Atatürkün ölməz sözləri təcavüzə məruz qalmış ölkəmizin hər bir vətənpərvəri üçün hazırda da Quran ayəsi qədər müqəddəs, aktual və qiymətlidir:”Türk vətəninin bir qarış torpağı üçün bütün millət bir vücud kimi ayağa qalxar. Heysiyyətinin bir zərrəsinə, vətəninin bir ovuc torpağına ediləcək təcavüzün onun bütün varlığına endirilmiş zərbə kimi qiymətləndirməyəcəyini nəzərə almamaq xətadır. Hörmətsizliyin, təcavüzün böyüyü, kiçiyi yoxdur.”

[3] İngiltərə, Fransa və Rusiyanın Almaniya, Avstriya-Macarıstan və İtaliyaya qarşı 1904 – 07-ci illərdə yaratdıqları imperialist blok. Birinci Dünya müharibəsi (1914 – 18) dövründə bu Blok Almaniya və onun müttəfiqlərinə qarşı, o cümlədən,Türkiyəyə qarşı müharibə edən bütün ölkələrin ümumi ittifaqı oldu.

[4] Atatürkün hərbi dühasıyla 18 mart 1915-ci ildə Çanaqqala boğazını keçməyə çalışan İngilis donanması ağır məğlubiyyətə uğradı.

[5] 23 avqust 1921-ci ildə yunan ordusu hücuma keçərək Sakarya meydan müharibəsinə başlamış ( 22 gün 22 gecə davam etmişdir), 13 sentyabr 1921-ci ildə qəhrəman türk ordusu Sakarya çayının şərqində düşməni darmadağın etmişdir.

[6] Türk ordusu komandanının obrazlı təqdimatı

[7] Bakının Şəhidlər xiyabanının qonşuluğunda türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Bakını bolşevik, erməni-daşnak birləşmələrinin işğalından qurtarmağa gələn Türk-Qafqaz ordusunun şərəfinə abidə (15 iyul 1999) ucaldılmışdır.  Nuru Paşa 1881-ci ildə İstanbulda anadan olub. O, “İttihad və tərəqqi” cəmiyyətinin qurucusu, Osmanlı tarixində böyük rol oynamış Ənvər Paşanın ögey qardaşıdır.

[8] Türk paşalarının köməyilə Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci ilin 7 iyulunda Nuru paşa Kürdəmiri işğalçılardan təmizləyib Şamaxıya üz tutdu. Şamaxı uğrunda döyüşdə kapitan İzzət əfəndi şəhid oldu. Düşmən döyüş meydanında 2 top, 1 zirehli avtomobil, 6 yük maşını, 6 mətbəx maşını, 1 minik maşını və yüzlərlə meyit qoyub qaçmışdı. Bu hadisədən sonra Almaniya hökuməti hərbiyyə naziri Ənvər paşadan hücumu dayandırmağı tələb etdi. İstefa vermək həddinə çatsa da, Ənvər paşa daxili əmrlə hücumu davam etdirməyi tapşırdı.Hücumu dayandırmaq, Bakını düşmənə vermək demək idi.Şanlı Türk ordusu Bakının 70 kilometrliyində düşərgə saldı. Nuru paşa Bakıətrafı kəndlərdən 6 minlik dəstə düzəltdi. Öz tabeliyində isə 8 minlik ordusu var idi. Nuru paşa cəbhə xəttində əsgərləri təlimləndirərkən , Çanaqqalada 10 türk əsgərinin 500-dən çox düşmən əsgərlərinə təslim olmayaraq onları geri oturda bildiklərini xatırlatdı.14 sentyabrda birləşmiş Türk-Azərbaycan qoşunu hücuma keçərək Bibi-Heybəti, Bayılı, “Qurd qapısı”nı, Biləcərini və strateji əhəmiyyətli yüksəklikləri tutdu. 15-ci piyada diviziyası isə Sabunçu istiqamətində şəhərə daxil olub Qaraşəhəri, Keşlə stansiyasını, Zığdağını, Malakankənd qəsəbəsini ələ keçirdi. Erməni-rus hərbi birləşmələri, ingilis qoşunları da hərbi gəmilərlə Ənzəliyə qaçdılar. Bu döyüşlərdə Türk-Azərbaycan qoşunları 2185 nəfər şəhid versələr də, sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Sentyabrın 16-da komandan Nuru paşa Bakı küçələrində qələbə paradı keçirdi.

30 oktyabrda bağlanmış Mudros müqaviləsinin tələbinə görə, türk qoşunları 17 noyabrda Azərbaycanı tərk etdi. Nuru paşa ilə Mürsəl paşanı isə Batumidə həbs etdilər. Amma 5 nəfər azərbaycanlı 2 nəfər yerli bələdçilə onları həbsxanadan qaçırtdı. Nəticədə, türk qoşunları ermənilərə güclü zərbələr vurdu, onların Gəncəyə hücumunun və Qarabağın silahlı erməni quldurları ilə birləşmələrinin qarşısı alındı. Bununla da, azəri türklərinin erməni-bolşevik birləşmələri tərəfindən tamamilə məhv edilməsi dayandırıldı.

[9] Zaman-zaman dara düşəndə öz doğma, etibarlı kömək əllərini Azərbaycana uzadan Türkiyənin yaxşılığını qədirbilən azəri türkləri heç vaxt yaddan çıxarmayacaqlar! Azərbaycanın müstəqillik tarixində Türkiyənin müstəsna rolu danılmazdır. Əgər, Allah eləməmiş, türklərin hal-hazıra qədər davam edən böyük köməyi olmasaydı, ölkəmizin taleyi indikindən də qat-qat acınacaqlı olacaqdı.

[10] Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə yazdığı “Nuru paşa” poemasından bir parça

[11] Xalq şairi B.Vahabzadənin Qobustan-Şamaxı yolu üstündə olan naməlum türk zabitinin müqəddəs məzarı üzərində ucaldılmış abidəyə yazdığı epitafiyadandır.

__________________________________________

[1] Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə yazdığı “Nuru paşa” poemasından bir parça

[1] Xalq şairi B.Vahabzadənin Qobustan-Şamaxı yolu üstündə olan naməlum türk zabitinin müqəddəs məzarı üzərində ucaldılmış abidəyə yazdığı epitafiyadandır.

Genel - 12:28 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    Korkuyla Öfke Yan Yana Yürüyor…
    Neşe Doster nesedoster@yahoo.com YAZI ARŞİVİ Üzerine kitap yazılacak kapsamdaki bu konu, şöyle formüle edilebilir: Bünyeye ağır gelen, sinirlerin sınırlarını zorlayan, moral değerleri yerle bir eden ağır yükler ve yöneticiler tarafından yapılan açıklamalar arttıkça, toplum geriliyor. Her geçen gün artan sorunlar insanları meşgul ediyor. Böylece kişisel planlar da öteleniyor.  Oysa genelde toplumun, özelde ise belli yaş […]
  • 02
    Lavrov: Ukrayna görüşmeleri başlamadan ateşkes olmayacak
      Rusya Dışişleri Bakanı Sergey Lavrov, Ukrayna’da önce ateşkes ilan edip ardından çözüm sürecine geçilmesini önerenlere Rusya’nın kanmayacağını söyledi. Lavrov, Rus üniversitelerinden öğretim görevlileri ve öğrencilere yaptığı konuşmada, Rusya’nın Ukrayna’da önce ateşkes ilan edilmesini ve ardından çözüm sürecine geçilmesini önerenlerin kendisini kandırmasına izin vermeyeceğini belirterek, şunları ifade etti: Şimdi bize, ‘Bir ateşkes yapalım, sonra bakarız’ […]
  • 03
    AB’den İsrail’in diplomatlara ateş açması hakkında soruşturma çağrısı
    İsrail ordusundan yapılan açıklamada, heyetin ‘onaylanan rotadan saptığı’ ve İsrail askerlerinin bölgeden uzaklaşmaları için havaya uyarı ateşi açtığı belirtildi. AB dış politika şefi Kaja Kallas, İsrail ordusunun Çarşamba günü Batı Şeria’da yabancı diplomatlardan oluşan bir heyetin yakınına “uyarı ateşi” açması üzerine soruşturma çağrısında bulundu. “Bugün Cenin’de İsrail Savunma Kuvvetleri’nin (IDF) Filistin Yönetimi tarafından düzenlenen bir […]
  • 04
    İsrail ordusu diplomatlara ‘uyarı ateşi’ açtı: Ankara ve dünyadan tepkiler
    İsrail ordusu bugün işgal altındaki Batı Şeria’nın Cenin kentinde içinde diplomatların bulunduğu bir heyete ateş açtı. Heyette bir Türk yetkili de vardı. İsrail, bunun bir “uyarı ateşi” olduğunu ve heyetin “onaylanan rotanın dışına çıkması nedeniyle” yapıldığını, kimsenin yaralanmadığını açıkladı. Filistinli yetkililerse, insani koşulları incelemekle görevli heyetin “gerçek mermilerle kasıtlı bir şekilde hedef alındığını” savundu. Olaya […]
  • 05
    Petrol fiyatları, İsrail’in İran’a saldırabileceği haberleri üzerine yükseldi
    İsrail’in İran’a yönelik herhangi bir saldırısı, ABD-İran nükleer görüşmelerini önemli ölçüde etkileyebilir ve aynı zamanda Orta Doğu’da halihazırda tırmanan gerilimi daha da arttırabilir. CNN’in yeni ABD istihbaratına göre İsrail’in İran’ın nükleer tesislerine bir saldırı düzenleyebileceğini öne sürdüğü haberinin ardından Çarşamba günü petrol fiyatları yükseldi. ABD ham petrolü Çarşamba sabahı yüzde 1,1 artışla varil başına 62,7 […]