İnsan! (Dört Limon Bir Manat!)

Edebiyat - 12 Temmuz 2017 08:20 A A

Hafiz Rüstem

Şair-telejurnalist Avdı Qoşqarla bu gün Heydər parkında təsadüfən görüşdük. Vaxtilə haqqımda teleçəkilişlə əlaqədar bir məsələdə ondan bərk incimişdim. Bu gün bu köhnə incikliyə son qoyduq, barışdıq. Bəzi ədəbi-bədii mövzularda da söhbət etdik. İkimiz də şeytana lənət oxuduq. Nədənsə bu ilin əvvəllərində yazdığım şeirdəki İNSAN obrazı gözlərim önündə canlandı.

İNSAN

O gün 20 Yanvar dayanacağında bir səyyar limon satan bizim 119 saylı avtobusa minib sərnişinlərə hündürdən, gər səslə öz limonlarını tərifləməyə başladı: “Ay camaat, limona gəlin – dördü bir manatdan, Lənkəran limonu! Ekoloji cəhətdən saf, təhlükəsiz, ətirli, dadlı, yeməli, içməli! Ay adamlar, sizinləyəm, kim istəyir ucuz, poçti, havayı limon, az qalıb, sonra gec olacaq, tələsin – dördü bir manatdan!
Elə dayanacaqda da yerindən tərpənən avtobusdan düşə-düşə öz sırtıq, həyasız simasını, tərbiyəsizliyini son anda da gizlətmədi: “Limon, ay Limon, gəl limon al!
Məncə, hamı bu küçə alverçisinin həm maddi, həm mənəvi miskinliyinə daxilən acıyırdı. O, potensial müştəri gözüylə baxdığı hər bir sərnişini sən demə, limon dəyərində görürmüş!
İnsan – limon tandemi facianə idi.
Bu mənəviyyatsızın nəzərində insanla limonun arasında fərq, təfavüt aradan götürülmüşdü.
İnsan canlı isim olduğu qədər, limon da şəxslənib xüsusi isim – Limon oldu.
Bu şeir belə bir kataklizmdən, metaforadan yarandı.
İnsanı mahiyyətsiz, idealsız, xeyirsiz, həm də ZİYANKAR və olduqca TƏHLÜKƏLİ BİR VARLIQ kimi (konkret olaraq “kamikadze”, terroçu “canlı bomba” kimi – H.R.) gördüm. Çünki hər insanda o səyyar limon satıcısından nəsə var.
***
Antik filosoflardan Sokrat da, Aristotel də insanı “ictimai heyvan” (natiq heyvan) adlandırırdı.
Hüseyn Cavidin “Topal Teymur” dramı qalib Teymurun məğlub Yıldırıma aşağıdakı ildırım kimi sözlərilə bitir:
(Teymur iki-üç addım aksayaraq Yıldırıma doğru yürür, məğrur və gur səslə)
Hiç məraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə… sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı! (yəni hakim, hökmdar olmazdı)
Əmir Teymur “dünyanın dəyəri” dedikdə insanın dəyərini nəzərdə tuturdu, şübhəsiz.
Məşhur biologiya elmləri doktoru, prof. Qara Mustafayevin fikrincə:” Ailə tərbiyəsi görməyən insan heyvandır”.

Sən təsəvvür etdiyim aqil, ali deyilsən,
Qəlbi geniş, nöqsandan ari, xali deyilsən.
Şairin saf, ideal bir xəyalı deyilsən,
Deyə bilmirəm necə insan imişsən, insan?
Əzəldən “ictimai heyvan” imişsən, insan.

Damğalanmış Adəmsən – qovulmusan cənnətdən,
Əbədi gözəllikdən, əbədi səadətdən.
Sən ki azad deyilsən daxili əsarətdən,
Zatən yerə enmisən, adiləşmisən, insan,
Nəfsin qulu olmusan, maddiləşmisən, insan.

Özgəni düşünmürsən, özünü düşünürsən,
Şəxsi şan-şöhrətini, feyzini düşünürsən.
Xırda hisslərini, qeyzini düşünürsən,
Danışan bir həşərat, qurd-quş imişsən, insan,
Xərabələr aşiqi, bayquş imişsən, insan.

Məgər matah imişsən, gülməşəkər imişsən?
Qvazimoda kimi bir eybəcər imişsən.
De Sad kimi intriqant bir gicbəsər imişsən,
Guya əsrlər keçib əhliləşmisən, insan,
Daha da korlanmısan, vəhşiləşmisən, insan.

Şeytana papış tikən mahir bir sənətkarsan,
İçi kinlə, qürrəylə dolu təcavüzkarsan.
Habili qətl eləyən Qabil cinayətkarsan,
Paxıl, xain, riyakar, qatil imişsən, insan,
Əsla kamilləşməyən cahil imişsən, insan.

Sənin elmin yox imiş, ancaq helmin var imiş,
Ona-buna atmaqda ağlın peşəkar imiş.
İşin sələmçilikmiş, ancaq ehtikar imiş,
Başdan-başa haramxor, makler imişsən, insan,
Daxilən bir diktator, Hitler imişsən, insan.

Deyirlər alicənab, nəcib, kübar imişsən,
Əslində üzdə mələk, qanı murdar imişsən.
Nağıldakıtək çəpəl, miskin, idbar imişsən,
Kim deyir qədirşünas, ya ismətlisən, insan?
Ədalətlisən insan, cəsarətlisən, insan?

Heç görmədim ki, sağlam rəqabət axtarırsan,
Məkrlə nəfəs alıb, ədavət axtarırsan.
Təkcə özünə maddi mənfəət axtarırsan,
Elə ki, sən başını yerə qoyursan, insan,
Torpaq səni doydurur, onda doyursan, insan.

İnana bilmirəm ki, sən bir zirvə imişsən,
Ancaq işığı boğan zülmət qüvvə imişsən.
Haqqın qanad verdiyi kinli dəvə imişsən,
Uçurmamış bir dam-daş qoyan deyilsən, insan,
Xoşbəxtliyi heç kimə qıyan deyilsən, insan.

Allahın yaratdığı dünya ali dünyadır,
Həm beşik, həm də məzar olan ulu dünyadır.
Bu görməli, gəzməli, yaşamalı dünyadır,
Onu tari-mar edən vulkan özünsən, insan!
Dünya doğru dünyadır, yalan özünsən, insan!
16 yanvar 2017

Görüntünün olası içeriği: açık hava ve doğa
Edebiyat - 08:20 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    Uluslararası Daruttakrip Kurumu ile yaptığım röportaj
    Hasan Kanaatlı h.kanaatli@hotmail.com   Yayın tarihi: 7 Şubat 2025 Türk düşünür Hasan Kanaatlı, Mescid-i Aksa’yla ilgili söyleşide: “İnsanlığı kurtarmak” İran İslam Cumhuriyeti’nin nihai hedefidir/Dünya çapındaki Müslümanlar İran’ı destekliyor!”  dedi Türkiye Ehl-i Beyt Dernekleri Federasyonu Başkanı Hasan Kanaatlı, İmam Humeyni (RA) önderliğindeki İran İslam Devrimi’nin, İslami uyanış ve kalkışma ruhunu canlandırarak, Müslüman ve hatta gayrimüslim toplumlara […]
  • 02
    CHP Genel Başkanı Özel: Erdoğan’la da gelseler, Erdoğan’sız da gelseler kazanacağız
    * CHP Genel Başkanı Özel, Türkiye Kent Konseyleri Platformu 32. Genel Kurulu’nda yaptığı konuşmanın ardından gazetecilere yaptığı açıklamada, bir an önce sandığı halkın önüne koymak istediğini belirterek Erdoğan’ın adaylığından korkmadıklarını, Türkiye’nin birinci partisi olduklarını vurguladı. CHP Genel Başkanı Özgür Özel, “Sandığı bir an önce önümüze koymak istiyorum. Bunun da kaçınılmaz bir sonucu olarak Erdoğan aday olabilir. […]
  • 03
    Osmanlı’da matbuatın doğuşu ve ilk gazeteciler…
    Hakan Akpınar hakanakpinar227@gmail.com Bu yazımızda, II. Mahmud devrinin en önemli yeniliklerinden biri olan İlk Osmanlı-Türk Gazetesi, Takvim-i Vekâyi’yi anlatacağız. 1831’in Kasım ayında yayın hayatına başlayan Takvim-i Vekâyi, devlet tarafından çıkarılan ilk resmî gazete olma vasfıyla Türk basın tarihinde oldukça önemli yer tutmaktadır. Sultan Mahmud, bu gazeteyi, Mısır Valisi Kavalalı Mehmed Ali Paşa’nın yayınladığı Vekây-i Mısriyye […]
  • 04
    ABD: Musk’ın DOGE ekibinin Hazine Bakanlığı verilerine erişimi engellendi
    Elon Musk’ın başında olduğu Hükümet Verimliliği Birimi’nin (DOGE) vergi iadeleri, sosyal güvenlik yardımları ve gazilere yönelik ödemeler dahil trilyonlarca doları yöneten, geniş bir kişisel ve finansal veri ağına erişimine izin verilmişti. ABD’de bir yargıç, Cumartesi günü teknoloji milyarderi Elon Musk’ın Hükümet Verimliliği Birimi (DOGE) ekibinin -milyonlarca Amerikalıya ait sosyal güvenlik ve banka hesap bilgileri gibi […]
  • 05
    BM: ABD yardımı keserse AIDS ve HIV nedeniyle 6 milyon kişi ölebilir
    ABD bağışları, 70 ülkede faaliyet gösteren ve AIDS’i 2030 yılına kadar halk sağlığı tehdidi olmaktan çıkarmayı hedefleyen BM programının küresel finansmanının büyük bölümünü oluşturuyor. Birleşmiş Milletler (BM) AIDS Ajansı’nın Cuma günü yaptığı açıklamaya göre, ABD Başkanı Donald Trump yönetiminin HIV ve AIDS programlarına yönelik küresel finansmanı çekmesi durumunda önümüzdeki dört yıl içinde altı milyondan fazla […]